Rusiyanın məşhur illüzionistləri Safronov qardaşları Bakıya gələcəklərini və bir neçə möhtəşəm illüziya fəndləri göstərmək istədiklərini deyib.

ANS PRESS-in məlumatına görə, “Moskva-Baku” nəşrinə müsahibə verən Safronovlar Bakı səfərlərindən də danışıblar.

“Bakıya gələndə təəssüf ki, gəzməyə çox vaxtımız olmur. Səhər gəlirik, hotelə daha sonra isə komandamızla birbaşa səhnəyə gedirik. Konsertdən sonra isə dərhal geri qayıdırıq. Amma bir dəfə Bakını az da olsa gəzə bildik. Xatırlayıram, üç bina alov dillərinə oxşayır. Bu qüllələrlə bağlı çox gözəl fənd fikirləşmişik. Bunu heç kim etməyib. Ola bilsin “Alov qüllələri”ni yoxa çıxartdıq, ya da yerni dəyişdirdik, yəni binanı hərəkət etdirəcəyik”, deyə illüzionist qardaşlar bildirib

Safronovlar Bakıya nə vaxt gələcəkləri barədə dəqiq vaxt deməsələr də səfərin tezliklə baş verəcəyini bildiriblər.