Bakıda «Bizim ritmi hiss et!» adı altında NERO Dance Center rəqs kollektivinin 11-ci ildönümünə həsr olunmuş konsert keçirilmişdir. Trend Life-yə bu haqda tədbirin təşkilatçıları məlumat vermişlər.

Konsertdə rəqs studiyası şagirdləri, böyüklər və uşaq qrupları, eləcə də öz moda və epatajlı üslubu ilə tanınan NERO şou-baleti çıxış etmişdir. Qonaqlara çılğın, gözəl və orijinal rəqs kompozisiyaları təqdim olunmuşdur.

Illustration: trend.az

 «Biz yorulmadan yüksəliş və inkişafa can atırıq. Bütün bunlar bizim hamımız üçün bir imtahan, özü də uğurla verilən və gedişində bizim üçün peşəkarlıq və keyfiyyətin hər şeydən mühüm olduğunu bir daha sübut etdiyimiz imtahan oldu», — deyə NERO Dance Center rəhbəri Emin Üseynov bildirmişdir.

Illustration: trend.az

Digər rəhbər Nərgiz Üseynovanın sözlərinə görə, mərkəzdə 100-dən artıq rəqqas məşğul olur: «NERO istər yerli, istərsə də tanınmış xarici xoreoqraflar ilə fəal əməkdaşlıq edir və həmişə yeni ideyalar üçün açıqdır. NERO rəqs kollektivinin əsas məqsədlərindən biri — bu, müasir rəqs incəsənətinin tanıdılması və Azərbaycan rəqs mədəniyyətinin inkişafına öz töhfəmizin bəxş edilməsidir».

Illustration: trend.az

NERO iştirakı ilə çıxışları bir çox idman çempionatları, mədəniyyət günləri, həm Azərbaycan, həm də başqa ölkələrdə televiziya, musiqi və şou-layihələrin açılış mərasimlərində görmək olar.Yaxın vaxtların layihələri arasında «Голос Азербайджан (Səs Azərbaycan)» musiqili teielayihə, «Gəncə — Avropanın Gənclər paytaxtı —2016» konsert ,«Youthvision 2017», «Formula 1 — 2017», Beynəlxalq musiqi festivalı «İsti 2017» və s.göstərmək olar.

Illustration: trend.az

Uşaqlar müxtəlif tədbirlərdə, konsertlərdə çıxış edir, eləcə də «Qış» estrada mahnısı uşaq musiqi festivalı, «San-Remo» uşaq və gənclər yaradıcılığı beynəlxalq musiqi müsabiqə-festivalı və s. kimi çoxsaylı müsabiqələrin, festival və çempionatların iştirakçılarıdır.

 Mənbə: Trend.az