Çoxlu sayda ölkə, o cümlədən Azərbaycan 9-mayı təntənə ilə keçirməyə hazırlaşırdı. Axı bu il Böyük Vətən müharibəsinin başa çatmasının 75 ili tamam olur. Tarix yubiley ili olsa da, Covid-19 pandemiyası ilə bağlı bütün miqyaslı tədbirlər ləğv edilmiş və əsasən onlayn rejimdə keçirilir.

Müharibə illərində Azərbaycan neft və neft məhsullarının əsas tədarükçüsü olduğu üçün Böyük Vətən müharibəsindəki qələbədə mühüm rol oynamışdır. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə 75 milyon ton neft göndərmişlər. Həmçinin Azərbaycanda 130 növ silah, döyüş sursatı və ləvazimat, o cümlədən “Katyusha” raketləri, “Şnakin” pulemyotları, “YAK-3″qırıcı təyyarələri istehsal olunurdu.

Respublikadan cəbhəyə 640 min adam səfərbər olunmuşdu, onlardan 350 mindən çox döyüşçü öz doğma evlərinə qayıtmamışdı. Faşist işğalçılarına qarşı mübarizədə göstərdikləri igidlik və mərdliyə görə yüz mindən çox Azərbaycan əsilli vətəndaş SSRİ-nin orden və medalları ilə təltif edilmiş, onlardan yüzdən çoxuna Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.

Bu günə qədər ölkədə 264 Böyük Vətən müharibəsi veteranı yaşayır, onlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Azərbaycan prezidenti İlham Əliyevin yubiley tarixi ilə əlaqədar sərəncamına əsasən, Böyük Vətən müharibəsi veteranlarının hər birinə 1500 manat, dul qalmış həyat yoldaşlarına, eləcə də xüsusi bölmələrin işçilərinə, Leninqradın müdafiəsinə görə müvafiq medallar və döş nişanları ilə təltif olunmuş şəxslərə, habelə Leninqrad blokadasının iştirakçılarına — cəmi 7126 nəfəin hər birinə 750 manat məbləğində maliyyə yardımı verilmişdir.

Qələbə günü ölkə prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət ediblər. Onlar abidənin önünə gül-çiçək düzmüş, müharibədə həlak olmuş bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla yad etmişlər.

Azərbaycan Veteranlar Şurasının mətbuat katibi Nadir Bayramlının Bakıda karantin rejiminin uzadılması ilə əlaqədar Dalma Newsə verdiyi məlumata görə, onlar bütün tədbirləri ləğv etmək məcburiyyətində qalmışlar.

«Çox təəssüf ki, biz bu il Böyük Vətən müharibəsinin yubileyini yüksək səviyyədə qeyd edə bilmədik. Əməkdaşlarımız veteranların nə kimi ehtiyaclarının olduğunu öyrənmək üçün onlara əvvəlcədən baş çəkmişlər. Onları ərzaq məhsulları ilə təmin etmişik. Çox ümid edirəm ki, bu il onları bir yerə toplaya və onların bayramını qeyd edə biləcəyik», — deyə o qeyd edib

«Ölməz alay» aksiyası, 2019-cu il.

Bütün şəhərlərdə, o cümlədən Bakıda da iştirakçıları öz qohumları — ordu və donanma veteranları, partizanlar, gizli,necə deyərlər, yeraltı fəliyyət aparanlar, arxa cəbhə əməkçiləri, konslager məhbusları, blokadaçıların fotoşəkilləri ilə sütunlu şəkildə küçələrdən keçən “Ölməz alay” aksiyasını da ləğv ediblər.

Azərbaycanda yürüşün koordinatoru Viktoriya Kabanadze ötən il onların Bakıda keçirilən aksiyasında 2000-dən artıq insanın iştirak etdiyini bildirib. Onun sözlərinə görə, onlar hər il Həlak olmuş döyüşçülərin Memorialı yanında toplaşırdılar, lakin bu il koronavirus pandemiyası bütün planlara mane oldu.

«Rusiyada “Ölməz alay”ın onlayn rejimdə keçməsi ilə əlaqədar biz də onu Bakıda eyni formatda keçirməyi qərara aldıq. Ona bütün arzu edənlər, əsasən veteranların qohumları qoşulublar. Onların hər biri öz veteranının portreti ilə birlikdə ailəsinin şəklini çəkmiş və ya video hazırlayaraq #ölməz alay evdə# ölməz alay 2020# ölməz alay Azərbaycan # qələbə 75» hashtagları ilə öz sosial şəbəkələrdəki səhifəsində yerləşdirmişdir», — deyə Viktoriya Kabanadze Dalma Newsə bildirmişdir.

Azərbaycanlılar həmçinin “Georgiyev lenti” aksiyalarında da iştirak etdilər, yəni arzu edən hər kəs öz lentini və təşkilatçılarının “Qələbə könüllüləri”, həmçinin “Qələbə sərkərdələrinin xatirə Fondu” ictimai hərəkatının olduğu “Xatirə bağı”nı aldı.

Məşhurlar veteran qohumlarını xatırladılar

Demək olar ki, hər bir Azərbaycan ailəsində müharibə veteranı var və onların bir çoxu bizim günlərədək yaşamışlar. Azərbaycan məşhurları döyüşmüş qohumları haqqında xatirələrini Dalma News ilə bölüşmüşlər.

Azərbaycanın xalq artisti Təranə Muradova atasının müharibə iştirakçılarından biri olması ilə fəxr edir.

«О,1925-ci ildə Bakıda anadan olub. 1942 – ci ildə könüllü olaraq cəbhəyə gedib. Onun cəmi 17 yaşı varmış. O, müharibənin sonuna qədər döyüşmüş və Berlinə çatmışdı. 1945 – ci ildə atam cəbhədən qayıtdı. Onun çoxlu sayda medalları var idi. Atam 1972-ci ildə ürək çatışmazlığından dünyasını dəyişib. O, həmişə deyirdi: “Mən müharibədən sonra 27 il yaşamışam , mənim yoldaşlarım isə 1945-də Berlin yaxınlüğında həlak olublar», — deyə Təranə Muradova xatırlayır.

Тəranə Мuradova və Hüseyn Мuradov

Aktyor Yaroslav Trifonov onun babası İvan Mixayloviç Dolyanın Stalinqradı, Ukraynanı almanlardan, Çini yaponlardan azad etdiyini, bir neçə dəfə yaralandığını etiraf etdi. O, çoxsaylı mükafatlarla təltif olunmuşmuş.

«O, hər dəfə müharibəni ürək ağrısı ilə xatırlayırdı. Babam hətta yaralanıb və uzun müddət qospitalda olub. Müharibədən sonra Moskva cinayət axtarışında (Moore) çalışmış, cinayətkarlıqla mübarizə aparmışdır. O, bu yaxınlarda ,aprelin 4-də Stavropolda vəfat edib.», — deyə Yaroslav Тtifonov bildirib.

Yaroslav Trifonov və İvan Mixayloviç Dolya

Reper Malik Kələntərlinin babası İmanqulu Cavadov da həmçinin Böyük Vətən müharibəsi zamanı vuruşmuşdu. İfaçının sözlərinə görə, bu, babasının həyatında ən çətin illər idi.

«O, müharibəyə 17 yaşında olduğu zaman getmişdi. Babam hər zaman bizi toplayır və cəbhədə onunla baş verənlər haqqında danışırdı – onlar necə aclıq çəkir, necə qorxurdular, amma buna baxmayaraq döyüşməyə davam edirdilər. Təəssüf ki, müharibə qurtarandan sonra o, döyüşlərdə aldığı yaralar üzündən çox yaşamadı. Fəxr edirəm ki, mənim ailəmdə də Böyük Vətən müharibəsi veteranı olub və o da faşizm üzərində qələbəyə öz töhfəsini verib.», — deyə Маlik Кələntərli.söylədi.

Маliк Кələntərli İmanqulu Cavadovun portretilə

Məşhur bakılı, stilist Vlad Lisovets bildirdi ki, babası Vladimir Vasilyeviç Lisovets Konotopda anadan olub. O, teplovoz maşinisti kimi işləyirdi, müharibə başlayanda isə cəbhəyə yollanmışdı. Babası adamları düşmən bombardmanından çıxararkən yaralanmış və Bakıda hospitala göndərilmişdi ki, orada nənəsi Matryona Antonovna ilə tanış olmuşdu.

«Babası qalan həyatını yaraların müalicəsinə həsr etmişdi. Onun ayaqları çox zərər çəkmişdi. Aayağının birində demək olar ki, heç bir əzələ yox idi və son illər yatağa düşmüşdü.. 20 avqust 1982-ci ildə dünyasını dəyişdi. Ailəmizdə Qələbə günü həmişə yüksək səviyyədə qeyd olunmuşdur. Mən babam Volodya ilə çox fəxr edirəm. Çox gözəl insan idi», —deyə Vlad Lisovets əlavə etdi.

Vlad Lisovets və onun babası Lisovets Vladimir Vasilyeviç

Каmilla Sеidоvа