Beynəlxalq “İstilik” festivalı bu il iyulun 25-dən 28-dək Bakıda, Xəzər dənizinin sahilində Sea Breezedə keçiriləcək. Festival öz başlanğıcını 2016-cı ildən götürmüş və artıq bir ənənəyə dönmüşdür.

Tədbirin təşkilatçıları həmişə olduğu kimi, Azərbaycanın xalq artisti Emin Ağalarov (EMİN), Rusiyanın əməkdar artisti Qriqori Leps, “Rus Radiosu” və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Demək olar ki, ildən-ilə qonaqların sayına mütənasib nisbətlə festivalın müddəti də artır. Əgər birinci il festival cəmi iki gün davam etdisə, bu il qonaqları tam dörd gün konsertlər gözləyir.

Etiraf etmək lazımdır ki, festival öz adını doğruldur, çünki yay Bakıda istidir, planetimizin ən müxtəlif yerlərindən olan ulduzların qəşəng çıxışları isə bu istiliyə əlavə qığılcım qatır. Hər zaman olduğu kimi, bu il də saatlarla davam edən çoxsaylı konsert proqramı orijinal xoreoqrafik tamaşalar, işıq və video-şouları, güclü səs və parlaq dekorasiyalarla müşayiət olunacaq. Bir sözlə, Bakı istilik və hərarət yayacaq…

Bu il festivalın fərqləndirici cəhəti ondan ibarətdir ki, pre-party nəinki əvvəllər olduğu kimi, təkcə Moskvada deyil, həmçinin Bakıda da keçirildi. Azərbaycanın paytaxtına Serebro və Mband qrupları toplaşmışdı. Həmçinin Emin, Aygün Kazımova, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, Aisel, Səmra, Çingiz Mustafayev, Nigar Camal, Cygo, İrina Nelson, Lüsya Çebotina və Dj Tvins çıxış etdilər.

Festivalın təşkilatçısı Emin Ağalarov daha əvvəl jurnalistlərə bildirib ki, bu il “Jara”nı rekord sayda ulduz, təxminən, 200 nəfər fərqləndirəcək. Bundan başqa, onun sözlərinə görə, gələcəkdə Azərbaycanda “Jara” radiosu, “Jara TV” Azərbaycan dilində fəaliyyət göstərəcək və müvafiq olaraq, Azərbaycan ulduzlarına təqdim etmək üçün “Jara” mükafatının təsisi planlaşdırılır. Qeyd edək ki, analoji mükafat mövcuddur və Rusiya ulduzlarına təqdim olunur.

Bu il, həmçinin daha böyük şou gözlənilir. Əsas səhnədən əlavə, daha iki şou da təqdim olunacaq.

Bundan başqa, sentyabr ayının əvvəlində ötən il çəkilmiş “Jara” filminin premyerası olacaq. Onu əvvəlcə Moskvada, iki gün sonra isə Bakıda görə biləcəklər. Filmdə məşhur aktyorlar Diana Pojarskaya, Sergey Çirkov, Nail Abdrəhmanov, Anton Lapenko, Məhəmməd Murtazaəliyev, həmçinin Rusiya şou-biznesinin ulduzları Qriqori Leps, Filip Kirkorov, Ani Lorak, Nikolay Baskov, Valeriya, Timati, Yuliya Baranovskaya, Brendon Stoun və başqaları çəkiliblər.

Rusiya-Azərbaycan filminin baş prodüseri – Azərbaycanın xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov (EMİN), prodüser — Teymur Cəfərov, quruluşçu rejissor-Dina Şturmanova, quruluşçu operator — Vasili Rıjov, quruluşçu rəssam-Maksim Alipçenkodur.

Festivalın təşkilatçıları jurnalistlərə bildirmişlər ki, festivalın qonaqları arasında Rusiya estradasının kralı Filipp Kirkorov da olacaq. O, Bakıya öz uşaqları – qızı Alla-Viktoriya və oğlu Martin-Kristin ilə gələcək.

Bununla yanaşı, iyulun 26-da Qriqori Leps və Lyube qrupunun yaradıcılıq gecələri, iyulun 28-də isə Timatinin solo konserti keçiriləcək. Festivalın xoş sürprizi dünya ulduzu Bossonun iştirakı olacaq. Lakin ulduzların ümumi Lineupu daim artır, indi orada təmsil olunanlar: Filipp Кirkorov, Qriqori Leps, Emin, Vladimir Kuzmin, Stas Mixaylov, Lolita, Sergey Lazarev, Ani Lorak, Vaxt və Şüşə, Artik&Asti, BURİTO, MONATİK, NK, Lyube, A’Studio, Olqa Buzova, LOBODA, Vera Brejneva, Ciqan, Мitya Fomin və Hi-Fi, Alyona Аpinа, Na-Na, Qlükoza, Nataşa Korolyova,İslaholunmaz kələkbazlar, Mari Кraymberi, Rita Dakota, Zivert, Fabrika, Viktoria Dаynеkо, Brandon Stone, Mollu, Aleksandr Panayotov, HammAli And Navai, CYGO, Rauf & Faik, ZOMB, MOZGİ, Maks Barskix, Nyuşa, Novıe samosvetı, Slava, Lyubov Uspenskaya, Layma Vaykule, Bosson, Aleksandr Buynov, Aleksandr Маlinin, Jasmin, İrina Nelson, Rasa, Alvin Qrey, EllAİ, MOT,Nаzима, Ternovoy, Asammuell, Babək Məmmədrzayev, Доni, FİKA, Yeşaya, Yevgeni Mayer, SEREBRO, TEREZA, Velvet, Albina Canabayeva, Leonid Aqutin, Кlava Koka, MBAND, Mayk Marvin, Anita Tsoy(Цой), Yuliya Коvalçuk, Nikolay Baskov, Tamara Qverditseli, JONY, ORXAN, Andro, NATAN, GEMİNİ, Alessandra, Dmitri Маtаtov, Diana Аrbеninа, Yuliya Beretta, Stas Pyеха, İrina Dubtsova, Aleksandr İvanov və Rоndо qrupu. “İstilik”də Azərbaycan ulduzlarından Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, İlqar Xəyal, Çingiz Mustafayev, AİSEL, Nigar Camal, Dilarə Kazımova və Səmra çıxış edəcəklər. Çıxış edənlərin siyahısı təzələnməkdə davam edir…

 

Günel Мəmmədli