BAKU.WS-in əldə etdiyi məlumata görə, artıq paytaxt mağazalarında “iPhone 6” modeli 900 manata deyil, 1198 manata satışa çıxarılıb. Buna səbəb isə Azərbaycanın birbaşa dünyanaın 1 nömrəli şirkəti ilə əməkdaşlığa başlamasıdır. Belə ki, artıq ölkəmizə “Apple” məhsulları Çindən və ya Dubaydan deyil, birbaşa “Apple” distribüterləri tərəfindən gətiriləcək.

Əldə etdiyimiz digər bir məlumata görə, Azərbaycanda satışa çıxarılan orjinal “Apple” məhsulları bundan sonra bütün mağazalarda vahid qiymətə satılacaq. Mağazalarda 1198 manatdan aşağı qiymətə satılan “iPhone 6″lar isə orijinal deyil və onları almaqla yanıla bilərsəniz. Çünki, “Apple” məhsullarını rəsmi distribüterlərdən alanlar bir çox üstünlük əldə edəcək. Bura beynəlxalq zəmanət, İtunes proqramından tam istifadə imkanları və s. daxildir. Orjinal mobil cihazda istehsalçı xətası baş verərsə “Apple” şirkətinin paytaxtımızdakı distribüterlərinə yaxınlaşmaqla telefonu yenisi ilə əvəz etmək mümkün olacaq.

Qeyd edək ki, bundan öncə “iPhone”lar Çin və ya BƏƏ-dən idxal edilirdi. Həmin telefonlara isə heç bir rəsmi zəmanət verilmirdi. Tezliklə orijinal “iPhone”ların satıldığı mağazaların siyahısını sizə təqdim edəcəyik.