Azərbaycanın Mingəçevir şəhərində yüzlərlə adamın iştirakilə etiraz akisyaları keçir. “Haqqın.az” xəbər verir ki, şəhərə artıq daxili qoşun bölmələrı yeridilib. Xeyli sayda aksiyaçı həbs olunub.

Hər şey iki gün əvvəl, yerli sakin, 27 yaşlı Bəhruz Hacıyevin dindirilmə üçün polis şöbəsinə ğətiriləndən 20 dəqiqə sonra həlak olmasından sonra baslamışdır. Polis şöbəsində bildirirlər ki, gənc dindirilərkən heç kimin gözləmədiyi halda özünü pəncərədən atmışdır. Ancaq həlak olanın qohumlarının nəzərincə, Bəhruz Hacıyev işgəncə ilə öldürülmüşdür və öz versiyalarına sübut kimi onlar mərhumun morqda çəkilən şəkillərini ğoştərirlər.

Bəhruz Hacıyevin dəfnindən sonra şəhərdə onun qohumları ilə xüsusi vasitələrlə silahlanmış polis əməkdasları arasında nəticədə kütləvı qarşıdurmaya keçən toqquşmalar baş vermişdir.