Avqustun 13-23-ü arasında Moskvada Beynəlxalq mürəbbə festivalı keçiriləcək. Rusiya paytaxtı bu il müvəqqəti olaraq “Meyvə şəhəri”nə dönəcək. Festival günləri adamlar “Soçnaya naberejnaya”, ”Malinovıy pereulok” və “Vinogradnaya ulitsa”da gəzə biləcəklər.

Yeri gəlmişkən, Moskvanın mərkəzi – Arbat Ermənistan, Azərbaycan və Türkmənistan iştirakçılarının şərəfinə müvəqqəti olaraq “Vinogradnaya ulitsa” – “Üzümlü küçə” adlandırılacaq. Əsl Şərq bazarı məhz burda vüsət tapacaq. Festival qonaqlarına müxtəlif mürəbbə növləri – alça, zoğal, heyva, yemiş, şaftalı, ərik mürəbbələri təklif ediləcək. İstəyənlər şirin yeməklərin hazırlanması üzrə ustad dərslərində (в мастер-классы) iştirak və sonra isə ötüb-keçənlərə onu dadıb öz rəylərini bildirməyi təklif edə bilərlər.

Bu il Mürəbbə festivalında Rusiyanın 40 regionu və 19 ölkə – Yaponiya, Hindistan, Çin, Meksika və Avropa ölkələri iştirak edirlər. Bütün Moskva üzrə 22 yarmarka keçiriləcək, gələnlərə rəngarəng şirniyyatlar – kaktus, çili bibəri, qızılgül, doqquzdon, balqabaq, gavalı və ərik mürəbbələri təklif ediləcək. Ağzının dadını bilib son dərəcə ləzzətli yemək pərəstişkarları – qurmanlara isə küknar qozaları, sidr ağacı findığından mürəbbələr hazırlayacaqlar. Mürəbbələrdən əlavə, festivalın qonaqları dadlı meyvə və giləmeyvələr yeyəcək, onlara şirə və kokteyllər, hətta samavar çayı təklif olunacaq. Bəzi meydançalarda sənətkarlar öz əl işləri, oyuncaq və müxtəlif süvenirlər təqdim edəcəklər. Necə deyərlər, şirin bayram təkcə moskvalılar deyil, bura gələn turistlər üçün də maraqlı olacaq.

Hər cür ləziz təamlarla yanaşı, Festivalın təşkilatçıları maraqlı mədəni-əyləncəli proqram da hazırlayacaqlar. Festival çərçivəsində bizim sevimli nağılımız – Cani Radarinin “Çippolino”sunun motivləri və erməni bəstəkarı Aram Xaçaturyanın musiqisi əsasında carxlar üzərində balet premyerası da olacaq. Bu tamaşanın quruluşçusu Rusiya fiquristi və məşqçisi Pyotr Çernışevdir.

Bundan əlavə, Festivala gələnlər rəssamlıq, “şirin” materiallardan art-obyektlər, məsələn, marsipiana hazırlama üzrə məşğələlərdə iştirak edə bilərlər. Bütün şəhər üzrə meydançalarda səhnələşdirilmiş tamaşalar oynanılacaq, karoyeke klubları fəaliyyət göstəryəcək. Bir sözlə darıxmağa imkan olmayacaq.

Moskvada Mürəbbə festivalı ikinci dəfədir ki, keçirilir. Bu tədbir paytaxt prefekturasının təşkil etdiyi qalan yay festivalları arasında artıq ən sevimlisi olmuşdur.

Xatırladaq ki, ötən il Mürəbbə festivalı 5,5 milyon tamaşaçı toplamışdı.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here