“Miss & Mister Azerbaijan-2016” milli gözəllik müsabiqəsində iştirak üçün ərizələrin qəbulu başlanmışdır. “Trend Life”ın verdiyi xəbərə görə, müsabiqədə Himeney düyünü ilə bağlanmamış 18 yaşdan 26 yaşadək gənclər iştirak edə bilərlər.

Xatırladaq ki, 2015-ci ildə qalibləri Azerbaycan vətəndaşları və xarici internet istifadəçiləri seçmişlər ki, onlar onlayn-səsvermənin köməyilə müsabiqənin rəsmi saytında öz favoritlərini dəstəkləyə bilmişlər. Bununla belə, müsabiqənin nəticələrinin nə qədər ədalətli olmasına dair diskussiyalar indi-indi səngimişdir…

Ötən il olduğu kimi, internet istifadəçilərinə bu il də hələ ilk kastinqlər başlayanadək iştirakçıların foto-şəkil və anketləri lə tanış olub, Facebook sosial şəbəkəsinin rəsmi səhifəsində onların şansını qiymələndirmək imkanı veriləcək.

Kastinqlər payızda keçiriləcək.