Azərbaycan jurnalisti Rasim Əliyevin ölümü ilə bağlı işdə yeni fiqurant meydana çıxıb. “Haqqin.az”ın ANS PRESS-ə istinadla verdiyi xəbərə görə, öz idman karyerasını 2013-cü ildə başa vuran , bu müddət ərzində “Standart”, “İnter”, “Karvan”, “Turan” kimi klubların şərəfini qoruyan futbolçu Camal Məmmədov həbsə alınmışdır.

Beləliklə, jurnalistin ölüm işi üzrə elə faciənin də onun ucbatından baş verdiyi Cavid Hüseynov da daxil olmaqla artıq üç professional futbolçu həbsə alınmışdır.

Xatırladaq ki, avqustun 8-də jurnalisti Rasim Əliyev bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmlş və avqustun 9-da orda vəfat etmişdir.

Bu, jurnalistin öz Facebook səhifəsində Cavid Hüseynovun hərəkətinə neqativ münasibətindən sonra baş vermişdir.

Hadisə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə böyük rezonans doğurmuşdur. Azərbaycan prezidenti İlham Əliyev cinayətin istintaqını şəxsi nəzarəti altına almışdır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here