Azərbaycan Dövlət Neft kompaniyası (SOCAR) Avropa şirkətləri ilə yunan qazpaylayıcı operatoru DESFA-daki 16%-lik payını satmağa dair danışıqlara hazırdır. Bu haqda “Haqqın.az” xəbər verir.

Xatırladaq ki, Dövlət Neft kompaniyası hələ 2013-cü ilin dekabrında DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin 400 mln. dollar qiymətinə satışı üzrə tenderin qalibi olmuşdur.

Avropa Komissiyası 2014-cü ilin noyabrında DESFA-daki səhmin əldə edilməsi üzrə sövdələşmənin Aİ-nın reqlamentinə müvafiqliyi məsələsi ətrafında araşdırmalara başlamışdır. Hazırda bu sövdələşmə işinə Avropa Komissiyasının Rəqabət üzrə Baş direktorluğunda baxılır ki, həmin proses ilin sonunadək uzanacaq.

Dövlət Neft kompaniyası Azərbaycan, Gürcüstan, Ukrayna, Rumıniya və İsveçrədə yanacaqdoldurma stansiyalarına malik olmaqla yanaşı, Türkiyədə nəhəng neft-kimya kompleksi Petkim və digər aktivlərin həmsahibidir.