ABŞ müdafiə katibinin Rusiya, Ukrayna, Avrasiya üzrə köməkçisinin müavini, xanım Evelin Farkasın (Evelyn N. Farkas) Azərbaycana səfəri başlayıb.

Səfərin məqsədi iki ölkə arasında əməkdaşlığı müzakirə etməkdir.

Qısamüddətli səfər zamanı onun Azərbaycanda bir sıra rəsmi şəxslərilə görüşləri nəzərdə tutulur.

Azərbaycan dövlət rəsmiləri ilə görüşdə ikitərəfli əlaqələr, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlıq və müdafiə məsələləri müzkirə olunacaq.