İnsan fəaliyyəti ətraf mühitə məhvedici təsir göstərir və suyun, havanın çirklənməsi və s. istehsalatda, iqtisadiyyatda, eləcə də insanların həyat və sağlamlığında öz əksini tapır. Azərbaycanda  ekologiya problemləri , onların  həlli məqsədilə çoxlu sayda layihələr həyata keçirilməsinə baxmayaraq uzun  illər ərzində əsas problemlərdən biri olaraq qalır.

Mədəniyyət və incəsənət xadimləri ekoloji mövzulara böyük diqqət yetirir – sərgilər və digər  tədbirlər keçirirlər. Bu günlər  Bakı foto evində azərbaycanlı fotoqrafların «Diqqətdən kənar»adlı sərgisi açılıb. Onlar «Planet sənin yaratdığın kimidir» mesajı ilə çıxış etmişlər. Ekspozisiyada təkcə paytaxt Bakının deyil, həm də Azərbaycan regionlarının ekoloji reallıq mənzərələri  təqdim olunub.

Layihənin təşkilatçıları qismində həmkarlarını dəstəkləmək məqsədilə Emin MathersŞərəf  Nağıyevanın yaratdıqları F3.7 Union fotoqraflarının yaradıcılıq birliyi çıxış edib. Sərgidə onların şəkilləri, həmçinin Lalə əliyeva, Leyla Musayeva, çıiçək Bayramlı, Zaur Mirzəyev, Nurlana Babazadə, Tat Səttar, Orxan Hüseynov və Kamil Abbaszadənin əsərləri nümayiş etdirilib.

Emin Mathers və Şərəf Nağıyeva fotoqrafların işlərini özləri sosial şəbəkədə seçiblər. Onlar  öz seçimlərini ekoloji problemlər üzərində təsadüfi olaraq dayandırmamışlar.Çünki onların fikrincə,belə problemlər təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də var.

«Bu günlərdə Türkiyədə tüğyan edən güclü meşə yanğınları regionun ekologiyasına ciddi ziyan vurub. Bitki örtüyü məhv edilmiş, üst torpaq qatı yandırılmış, müxtəlif növ heyvan həlak, bitkilər isə məhv olmuşdur. Bütün bunlar Azərbaycanın da ekosisteminə və ekoloji vəziyyətinə ciddi zərbədir. Biz bu sərgini keçirmək qərarına gəldik ki, insanlar ekologiyanı çirkləndirməsinlər, əksinə, ona qayğı göstərsinlər», — deyə Emin Mathers Dalma Newsə bildirib.

Onun sözlərinə görə, fotoşəkillərin hər biri reallıqların bir hissəsidir və onlarda əks olunanları problem deyil, vəziyyət adlandırırlar.

Təşkilatçıların digər məqsədi fotoqrafların yeni nəsillərini sosial şəbəkələrdən kənara çıxarmaqdır. Hazırda fotoqrafın işinin son məqamı sosial şəbəkədə çəkilişin dərc olunmasıdır, onlar isə bunları daha da irəli getməyə həvəsləndirmək istəyirlər – bu, mətbuat, iş ekspozisiyaları və s.proseslərdir.

«Təəssüf ki, hal-hazırda fotoşəkilə almaq mümkün olan obyekt kimi baxmırlar. Sərginin sonunda hərrac təşkil edəcəyik. Fotoşəkil üçün göstərilən ilkin məbləğ satış zamanı işin müəllifinə veriləcək və hərrac zamanı əldə edilən əlavə vəsait hansısa ekoloji vəziyyətin həllinə yönəldiləcək. Eyni zamanda, biz incəsənəti də inkişaf etdirəcəyik və fotoqraflara kömək edəcəyik», — deyə Şərəf Nağıyeva bildirib.

Fotoqraf Tati Səttar uşaqlıqdan fotoqrafiya ilə məşğuldur. İxtisasca iqtisadçıdır. Hətta oxuyarkən paralel olaraq həm fotoaparat, həm də fırça ilə elə  hey şəkillər çəkirdi. O, həyatın müxtəlif gözlənilməz anlarla dolu olduğuna inanır, buna görə də müəyyən bir üslubu yoxdur. Tati, yolunda qarşılaşdığı maraqlı hər şeyi çəkməyi sevir. Bunlar həm portret işləri, həm də müxtəlif kompozisiyalar ola bilər.

«Sərgidə mənim öz məktəbimzin həyətində çəkdiyim fotoşəklim nümayiş olunur. Yaz aylarında bağban həyətin təmizlənməsini dayandırdığından, ordaki  ot və digər bitkiləro  böyüyüb dizə qədər qalxmışdı. Otun yarısı artıq günəş istisindən yanmışdı.  Bunu görmək mənim üçün ağrılı idi. Mən bunu çəkmək və fotoşəkli sosial şəbəkədə bölüşmək qərarına gəldim», — deyə  Tati danışdı.

Nurlanə Babazadə etiraf edib ki, onun hər bir işi hansısa ekoloji problemi əks etdirir. O, hesab edir ki, bu barədə nə qədər çox danışılarsa, problemlər bir o qədər tez həll olunar.

«Təəssüf ki, bu problemlər təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də mövcuddur. Hətta bəzilərində insanları cərimə edirlər. Düşünürəm ki, onları  yalnız bu yolla şəhəri, təbiəti çirkləndirməməyə məcbur etmək olar. Azərbaycanın bir çox bölgələrində də meşələr yanırdı. Mənim fikrimcə, bunun səbəbi istilik deyil, insanlardır. Onlar meşədə gəzir, siqaret kötüklərini hara gəldi atırlar, ya da yürüşə gedirlər və axıra qədər söndürmədikləri  tonqal qalayırlar. Hesab, edirəm ki, insanlar nəticələri düşünmədən bütün bu ekoloji problemləri özləri yaradırlar», —deyə Nurlanə Babazadə öz fikrini bildirir.

Emin Mathers və Şərəf Nağıyeva təşəbbüslərini davam etdirmək və ekologiyaya həsr olunmuş daha bir sərgi keçirmək niyyətindədirlər. Ancaq  bu dəfə fotoqrafların yalnız Azərbaycanda deyil, həm də xaricdə çəkilmiş  fotoşəkilləri təqdim olunacaq. Onların məqsədi müxtəlif ölkələrin ekoloji problemlərini müqayisə etməkdir.

Каmilla Sеidоvа