Performans incəsənətin ən radikal formalarından biridir. Burada sərhəd və çərçivələr yoxdur. İncəsənət əsəri haqqında klassik təsəvvürü ona tətbiq etmək çətindir. Azərbaycan rəssamı Vüsal Rəhim performansları bəzilərində anlaşılmazlıq və tənqidə səbəb olan, digərlərində isə heyət və heyranlıq yaradan şəxslərdəndir. Laqeydlik və ya biganəliyə yer yoxdur.

Dalma Newsə verdiyi müsahibədə o, performansların necə yarandığı, «Azərbaycan gerçəkliyi», ənənəvi və müasir incəsənət arasında prinsipial fərqin  nədən ibarət olması haqqında danışmışdır.

Perfomans klassik teatr tamaşalarına bənzəməyən teatr sənətinin müasir istiqamətlərindən biridir. Kobudluq, təxribat, şok performansın əsas bədii texnikalarıdır. Bəziləri performansları ictimai zövqə sərt  bir sillə kimi qəbul edir, digərləri isə incəsənətdə təzə havanın bir qurtumunu görürlər.

Əgər tarixə nəzər salsaq, performansın başlanğıcını 1952-ci ildə tamaşaçılara «44:33» kompozisiyasını təqdim edərək Con Keyc qoymuşdur. Musiqiçilər əllərində alətlərilə 4 dəqiqə 33 saniyə ərzində tam sükutla publika qarşısında oturmuşlar. Performans, boş gözləntilərin obrazını yaratdı. Sanki, tamamilə zərərsiz aksiya idi, lakin bir çox tamaşaçılar öz «əbəş gözləntiləri» ilə hiddətlənirdilər.

«Bu gün performansın  kraliçəsı Marina Abramoviçdır. Bu çarəsiz sənətkar tamaşaçılarla yaxın təmasdan qorxmurdu. Bir dəfə o, bir neçə saat qalereyada olan insanlarla birlikdə kilidlənmiçdi, halbuki   qonaqlar onunla hər şeyi edə bilərdilər və etdilər də: Onlar sənətkarı  döyür, tapançadan niçan alır öpürdülər. Abramoviç sonralar xatırlayırdı:«aldığım təcrübə göstərir ki, əgər qərarı ictimaiyyətin öhdəsinə qoysaq, səni öldürə bilərlər».

Azərbaycan rəssamı Vüsal Rəhim də cəmiyyətə meydan oxumaqdan, tənqid obyektinə çevrilməkdən və ya rədd edilməkdən qorxmur. Axı, eksperimental  incəsənət  həmişə  ənənəvi  incəsənətdən daha çox suallar doğurur. Onun üçün tamaşaçıların yaşadıqları ideya və emosiyalar daha vacibdir. Onun əsərlərinə video, foto və heykəltəraşlıq kimi vizual incəsənət geniş daxildir. Rəssamın işləri Azərbaycanla yanaşı, Rusiya, ABŞ, Gürcüstan və Fransada da nümayiş etdirilib.

Vüsal Rəhim

– Sənətə necə gəldiniz?

– Atama çox minnətdaram ki, uşaqlıqdan məndə incəsənətə məhəbbət aşılayırdı. O, öz nümunəsi ilə bizi əhatə edən hər şeydə gözəlliyi anlamaq və qiymətləndirməyi öyrədirdi. Atam müəllim idi, amma boş vaxtlarında ağac üzərində oyma ilə məşğul olurdu və mən həmişə ona kömək etməyə çalışırdım. Artıq yeniyetmə yaşlarımdan böyük yaradıcılığa doğru ilk addımlar atmağa başladım. 14 yaşından etibarən müxtəlif məktəb və incəsənət kurslarına baş çəkməyə başladım. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil almağım yaradıcı şəxsiyyət kimi mənim təşəkkülümün əsas mərhələlərindən biri olmuşdur. Təhsilim SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, xalq rəssamı Kamil Nəcəfzadənin emalatxanasında keçmişdir. Akademiyanı bitirdikdən sonra məni dekorasiyalar üzrə rəssam kimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət etdilər. Sonradan müstəqil rəssam kimi də inkişaf etməyə başladım.

– Nə üçün siz performans kimi  bir sənət formasına  müraciət  etdiniz?

Mən öz fikir və ideyalarımı həmişə müxtəlif vizual formalarda təqdim edirəm. Bir neçə il teatrda işlədikdən sonra qərara gəldim ki, öz  müəlliflik layihəmi performans  şəklində təqdim etmək vaxtıdır. Mənim üçün bu, yaradıcılığın yeni üfüqünə çıxmaq imkanıdır, axı müasir incəsənətdə əsas alət fırça deyil, kətan deyil, rəssamın bədənidir. Performans vasitəsilə rəssamlar öz bədənlərini və tamaşaçıların duyğularını hiss edirlər. Əsər müəllifin hərəkətləri və auditoriya ilə əlaqə yaradır. Burada imitasiya və saxtakarlıq yoxdur. Performans, işin ideyasına və inkişafına diqqət yetirməyə imkan verir. Bir dəfə performanslardan birində qırılan şüşə üzərində süründüm. Bu anda, şüşə parçalarının bədənimi kəsə biləcəyini düşünmürdüm. İncəsənət reallığı özgəninkiləşdirir.

– Tamaşaçıya nə çatdırmaq istəyirsiniz? Sizin performanslarınız auditoriyada hansı hissləri oyatmalıdır?

Performans vasitəsilə rəssamlar öz bədənlərini və tamaşaçıların duyğularını hiss edirlər. Əsər müəllifin hərəkətləri və auditoriya ilə əlaqə yaradır. Burada imitasiya və saxtakarlıq yoxdur. Performans, işin ideyasına və inkişafına diqqət yetirməyə imkan verir. Bir dəfə performanslardan birində sınmış şüşə üzərində süründüm. Həmin anda şüşə parçalarının bədənimi kəsə biləcəyini düşünmürdüm.İncəsənət reallığı özgəninkiləşdirib yadlaryadlaşdırır.

– Tamaşaçınıza  nə  çatdırmaq istəyirsiniz?  Sizin performanslarınız auditoriyada hansı hissləri oyatmalıdır?

– Mən qarşıma məqsəd qoymuram ki, tamaşaçıda mənə yaxın və anlaşılan müəyyən fikirlər yaranmış olsun. Tamaşaçı özünəməxsus düşünmə hüququna malikdir. Fikir və ideyalar həmişə birdən-birə, bədahətən və heç bir izahat olmadan gəlir, mənim auditoriyaya ünvanlanan heç bir xüsusi məqsəd və ya mesajım yoxdur. Sən heç vaxt onun xətrinə dəyə bilməzsən. Ona görə də hər bir tamaşaçı özünü dərk edə bilir və interpretasiyalar nə qədər çox olarsa,əsər bir o qədər maraqlı və dərin olur. Axı, incəsənət azadlıq, sərhəd və çərçivənin olmaması haqqındadır. Bundan əlavə, dünya sürətlə dəyişir və bu gün əhəmiyyət kəsb edən bir şey sabah dəyərini  itirə və ya dəyişə bilər. Yararlıq müddəti bitə bilməyən incəsənət yaratmağa bacarmaq – bu, ali pilotajdır. Bir də əminəm ki, əsər ürəklərdə əks olunmasa və canlı emosional əks-səda doğurmasa, heç nə tamaşaçını sənin sənətini sevməyə məcbur edə bilməz. Buna görə də rəssam üçün öz ideyaları və obrazları ilə insanları heyrətləndirmək, qorxutmaq və ya ruhlandırmaq, lakin onları laqeyd qoymamaq vacibdir.

Sizi nə ruhlandıra bilər?

– Mənim həyat təcrübəm, ətraf mühit, gündəlik xəbər xronikaları, insanlarla ünsiyyət – bütün bunlar mənim ilhamımın qaynaqlarıdır. Demək olar ki, mən daim hansısa xarici şərait və hallarla oynayıram, amma əsas mövzu – sosial ədalətsizlik dəyişməzdir. Texnika və icra üsulları daim dəyişir, amma problemlər sarsılmazdır. Mən hesab edirəm ki, hər bir rəssamın öz mövzusu olmalı və əsərləri onun ətrafında qurulub yaranmalıdır.

– Siz işinizdə hansı çətinliklərlə rastlaşırsınız?

– Diqqətimi çətinliklər üzərində cəmləşdirmirəm. Bu əhval-ruhiyyəyə  mane olur. Başlıcası, görülən işlərin nəticəsi və keyfiyyətidir. Mən bir neçə istiqamətdə inkişaf edirəm, müasir İncəsənət rəssamı kimi rəsm yazıram, videoartlar, performanslar yaradıram, amma konsertlərdə və kinoda kostyumlar və çəkilişlər üzrə rəssam kimi çalışıram. Bundan başqa, beş ilə yaxındır ki, sosial və mədəni layihələrin meneceri işləyirəm. Təbii ki, heç də həmişə hər şey hamar keçmir, bəzən gözlənilməz hallar baş verir, lakin bu da təcrübə və təkmilləşmə imkanıdır.

– Bu gün Azərbaycanda qoyulan performansları necə qiymətləndirirsiniz?

– Burada düzəliş etmək istəyirəm. Performanslara səhnələşdirilmiş teatr tamaşası kimi baxmaq lazım deyil. Mən bunu həm teatr xadimi, həm də müasir rəssam kimi deyirəm. İncəsənətin bu iki növünün ümumi mənşəyə malik olmasına və bir–birinə nəzər salmaqla inkişaf etməsinə baxmayaraq, performans  tamamilə fərqli bir sənət formasıdır. Sadə dildə izah etsək, teatr tamaşaları imitasiyadır, performans isə reallıqdır. Əgər tamaşada yaralı aktyordan qan əvəzinə albalı şirəsi axırsa, performansda əsl qan var. Bu sənət növü  təkrarları nəzərdə tutmur, gözlənilməzliyi ilə fərqlənir və sistemsiz xarakter daşıyır.

Azərbaycanda müstəqil bədii istiqamət kimi performans  hələlik zəif inkişaf edib və performerlərimiz də azdır. Ölkəmizdə performansla qazanmaq mümkün deyil. Halbuki xaricdə rəssamlar sanballı qonorarlar alırlar.

– Gələcək planlarınız barədə bizə məlumat verə bilərsinizmi?

– Mən gələcəyimi çəkməyə çalışmadan bu gün yaşayıram. Mən daha çox yeni yaradıcılıq imkanları axtarmaqla məşğulam. Yeri gəlmişkən, mən bu il kiçik bir yubiley – yaradıcılıq fəaliyyətimin 10 illiyini qeyd edirəm. Bununla əlaqədar fərdi sərgi təşkil etmək istərdim və əgər bunu həyata keçirə bilsəm, məmnun olaram.

– Sizin üçün ən əsas və başlıca performans hansıdır?

– Erkən nigah probleminə həsr olunmuş «Nurcan» layihəsi. Azərbaycan üçün bu, aktual sosial-məişət problemlərindən biridir. «Nurcan» performeni real hadisələrə əsaslanırdı. 2016-da, 16 yaşlı qız toy günündə ərinin əlindən faciəli şəkildə öldü. Mən bu hadisədən o qədər sarsıldım ki, yaradıcılığımda belə bir mühüm problemi qaldırmaq qərarına gəldim.

 Аysel Мəmmədova