”Alltours” turizm şirkətinin putyovkaları ilə Türkiyə Antaliyasina istirahətə yollanan Gürcüstan vətəndaşları problemlərlə üzləşmiş və onlar geri qayıda bilmirlər. Bu haqda “İnterpressnews” turistlərin öz məlumatına istinadla yazir ki, istirahətə gedənlərə “Airzena” aviaşirkətinin çarter reysı təqdim edilməmişdir.

Turistlərin məlumatına görə, buna səbəb ”Alltours” turizm şirkətinin “Airzena” aviaşirkətinə olan borcunu ödəməməsi və ona görə də geri dönmək üçün aviaşirkətin çarter reysi təşkil etməməsi olmuşdur.

“Hazırda turist kompaniyasında telefon zənglərinə cavab vermirlər. Biz taleyin hökmünə buraxilaraq cidd-cəhdlə vəziyyətin inkişafı haqda məlumat əldə etməyə çalışırıq. Ən yaxşı halda biz gözdənuzaq çirkli mehmanxanalarda gecələməli oluruq. Şirkətdə telefon zənglərinə cavab verildiyi vaxtlar onlar öz müştərilərinə tezliklə qayıdacaqlarına dair aldadıcı ümidlər verirdilər”,-deyə zərərdidələr bildirmişlər.

Bununla belə, turizm şirkətinin nümayəndəsi Maya Mçedvişvili “İmedi” teleşirkətinin jurnalistlərilə telefon danışığında borcun olmasına dair məlumatı təsdiqləmiş və bildirmişdir ki, aviareys Tbilisi vaxtı ilə saat 14:00-a planlaşdırılmışdı.