Azərbaycan hökuməti məktəblərdə əyani dərslərin bərpası ilə bağlı yekun qərar qəbul edib. Yeni tədris ili ənənəvi formatda keçiriləcək, intəhası,  məktəblərin qapıları rəsmi bilik günündən bir həftə sonra açılacaq. Dalma News Azərbaycanda yeni tədris ilinin necə başlayacağından söz açıır.

Ənənəvi olaraq, respublikada təntənəli xətt sentyabrın 15 – də qeyd olunur, lakin bu il məktəblərdə əyani dərslər sentyabrın 22-də ibtidai sinif şagirdləri, sentyabrın 29-da isə orta və yuxarı sinif şagirdləri üçün başlayacaq.

«Məktəbləri açmaqdan və dərhal bağlamaqdansa, sabit bir fəaliyyət təşkil etmək daha düzgündür. Biz tədrisi bir həftə müddətinə təxirə saldıq. Zənnimizcə,vaksinasiya (peyvənd aparılması) nəticəsində daha çox insanda immunitet yaranacaq», — deyə nazir bildirib. O, həmçinin, bu həftənin digər bayram günləri ilə əvəz edilə biləcəyini qeyd etmişdir .

Yeni tədris ilində pandemiya ilə bağlı məhdudiyyətlər öz təsirini göstərəcəkdir. O cümlədən, Azərbaycanın hər bir təhsil müəssisəsində operativ nəzarət üçün məsul şəxslər təyin olunacaq ki, onların vəzifəsi təhsil prosesi iştirakçılarının temperaturunu ölçmək olacaq. Bu barədə təhsil nazirinin müşaviri Rüstəm Ağayev  brifinqdə bildirmişdir.

«Bədən temperaturu 37 dərəcədən  yuxarı  olanlara  təhsil müəssisəsinə giriş qadağan ediləcək. Dərs zamanı kiminsə  bədən istiliyi artarsa, bu şəxs  təcrid olunacaq. Əgər bu, şagirdlə  baş verərsə , onun valideynləri, müəllimlə  baş verərsə isə, bu barədə müvafiq tibb ocağı məlumatlandırılacaqdır. Məktəblərdə infeksiya halları barədə Qigiena və Epidemiologiya Mərkəzinə məlumat veriləcək», – deyə Ağayev bildirib.

Ümumdünya sağlamlıq təşkilatı bu günlərdə Azərbaycanı onlineff  təlimin bağlanmasına imkan verməməyə çağırsa da, ekspert dairələrində belə bir narahatlıq var ki, tədris ilinin əyani başlanğıcı koronavirus xəstələnməsi ilə nəticələnəcək. Buna görə də, bəzi ekspertlər tam zamanlı  əyani təhsilə qayıtmağın və ya məktəbliləri  distansiyalı  təhsildə qoymağın daha yaxşı olub-olmaması barədə düşünürlər.

İnfeksionist Həmid Hacıağayev Dalma News ilə söhbətində bildirdi ki, əyani təhsili distansiyalı ilə əvəz etmək mənasızdır, çünki bu, respublikada epidemioloji vəziyyətin yaxşılaşmasına təsir göstərmir.

«Pandemiya hələ məğlub olmayıb, lakin əyani tam təhsil təxirə salına bilməz. Mən hər hansı  məhdudiyyətlər  əleyhinəym. Distansiyalı  təhsil  koronavirusun  yayılmasının qarşısını almaq üçün effektiv bir vasitə deyil. Bundan əlavə, hava-damcı yolu ilə ötürülən viruslardan «gizlənmək» faktiki olaraq mümkün deyil. Bundan başqa, sensibilizasiya üçün (insan orqanizminin antigenlərin təsirinə həssaslığının artması və ona antitelin hazırlanması.- müəllif) immunitet sisteminin daimi əlaqələri məcburidir və offline təlim isə  bu prosesi  ləngidərək immunitetin   «müalicəsinə» imkan vermir. Buna görə də yaranmış vəziyyətdə hökumətin şagirdləri  parta arxasına  qaytarmaq  qərarı əsaslıdır», – deyə Hacıağayev bildirib.

Həmid Hacıağayev

Bununla yanaşı, Azərbaycan Təhsil Nazirliyi dərs ilinin başlanması üçün müəllimləri peyvəndlənməyə  məcbur edib. Müəllimlər ən azı vaksinin bir dozasını almalıdırlar. Bakı Şəhəri Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyevanın sözlərinə görə, kovid-pasportlara malik olmayan müəllimlərin onlayn dərslərə buraxılmayacaqları istisna deyil.

«Uşaqlar və kiçik yaş qrupu nümayəndələri koronavirusun potensial daşıyıcılarıdır. Təlim kütləvi bir prosesdir, buna görə də biz risk edib vaksinasiyanın  ziyan  olduğu şəxsləri kütlələr arasina buraxa bilmərik. Çox güman ki, müəyyən məhdudiyyətlər tətbiq ediləcək. Hələlik onlar müzakirə mərhələsindədir, – deyə Vəliyeva bildirmişdir.

Əyani təhsilə keçmək qərarını daha çox məktəblilərin valideynləri dəstəkləyir. Onların bir çoxunu təhsil onlayn rejimdə davam edərsə, uşaqlarının keyfiyyətli bilik əldə etməyəcəkləri narahat edir.

Birinci sinif şagirdinin anası Leyla Hüseynzadə: «gizlətmirəm, biz  bu xəbərə sevindik. əyani təhsil xüsusilə birinci sinif şagirdləri üçün vacibdir, çünki məktəb divarları arasında uşaq həyatın yeni mərhələsinə evdəkindən daha tez uyğunlaşa bilər. Bizdə  fəal və ünsiyyətcil uşaq var  ki, onu ev şəraitində təhsillə maraqlandırmaq çətindir.  Bütün keçən il boyu biz repetitorlarla məktəbə onlayn rejimdə hazırlaşırdıq. Bir yerdə oturmaq və uşağın diqqətini tapsırıqlara yönəltmək çətin idi. Oğlumun dərslərə marağını oyatmaq üçün müxtəlif hiylələrə  əl atmaq lazım gəlirdi, lakin bu, heç də həmişə mümkün olmurdu. Hesab edirəm ki, məktəbdə müəllim onunla əlaqə qurub dil tapa  biləcək».

Məzun anası Səbinə Məmmədova: «keçən il əyani şəkildə göstərdi ki, nə təhsil ocaqları, nə də şagirdlər distansiyalı təhsilə keçməyə hələ hazır deyillər. Əksəriyyəti kənd yerlərində yaşayan aztəminatlı ailələrdən olan şagirdlərin çoxunun təhsil almaq üçün  texniki imkanları yox idi. Problem yalnız tez-tez kəsilən internetdə deyil. Çoxuşaqlı ailələrdə uşaqlardan biri onlayn dərslərə daxil olmaq üçün qacetin çatışmamazlığı səbəbindən məşğələləri buraxmağa məcburdur. Biz də belə bir vəziyyətə düşdük. Mənim üç uşağım var ki, hamısı məktəblidir və bəzən onlardan birinə telefonu ikinci sinif şagirdi olan bacısına vermək üçün dərsi  buraxmaq  lazım gəlirdi. Bundan əlavə, ötən il ərzində telefonlar dəfələrlə sıradan çıxıb və uşaqlardan biri cihaz  təmir olunmayınca  bir neçə  gün dərsləri buraxmalı olmuşdur. Təhsilin keyfiyyəti də istənilən səviyyədə deyildi. Belə balagan dərslərdə müəllim üçün  prosesə ekran vasitəsilə nəzarət etmək çətindir. Ona görə də  biz məktəblərin açılmasına çox şadıq. Təəssüf ki, onlayn tədris formatına  keçid riskləri bu il də davam edir. Hər şey epidemioloji vəziyyətdən asılı olacaq».

Azərbaycan Nazirlər Kabineti yanında koronavirus  ilə mübarizə üzrə Əməliyyat qərargahının məlumatına görə, 2020-ci ilin fevral ayının sonundan respublikada ümumilikdə 400 mindən çox koronavirus xəstəsi aşkar edilib. Son günlər ölkədə hər gün üç mindən dörd minə yaxın insanın COVİD-19-la yoluxdmaşı aşkarlanır, ölüm göstəriciləri isə sutkada 40 nəfəri ötmüşdür.

Аysel Мəmmədоvа