Ramazan bütün müsəlmanların müqəddəs və ən gözlənilən bayramıdır. Məhz bu ay Qurani-Kərim Məhəmməd Peyğəmbərin mərhəmətinə qovuşmuş və buna görə də Onu “Allah ayı” adlandırırlar. Qafqaz Müsəlmanları İdarəsinin(QMİ)  Qazılar Şurasının fətvasına uyğun olaraq Ramazan aprelin 14-də balsamıs, mayın 13-də isə başa çatacaq. Bu ayın başlanması və bayramın tarixi həmişə olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının hesablamaları əsasında müəyyən edilmişdir.

Bütün Ramazan ayı ərzində müsəlmanlar oruc tuturlar. O, hər bir şüurlu, həddi-buluğa çatmış və hər bir şəxsin şəriətinə müvafiq surətdə oruc tutmalıdır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirus  pandemiyası  davam etdiyinə görə, müsəlmanlar onu əvvəlki kimi bütün adət-ənənələr üzrə keçirə bilmirlər.

Azərbaycanda dindarlar Covid-19-a görə hansı məhdudiyyətlərlə üzləşiblər? Bu suala Dalma xəbərinə müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli cavab verib.

Azərbaycanda dindarlar koronavirusa görə hansı məhdudiyyətlərlə üzləşiblər?

— İslamda istənilən bayram ümumbəşəri dəyərlərin ən yüksək rəmzidir. Təəssüf ki, indi biz koronavirus ucbatından çoxlu məhdudiyyətlə məruz qalan bir dünyada yaşayırıq, odur ki, ümumi rifah naminə nəsə bir şey qurban etmək lazımdır. Hər birimiz həkimlərin məsləhətlərini və göstərişlərini nəzərə almalıyıq və ən başlıcası, başqalarının sağlamlığına görə məsuliyyəti dərk etməliyik. Bunun üçün, bütün müəyyən edilmiş karantin normalarına riayət etmək gərəkdir: maskada gəzmək, kütləvi şəkildə toplaşmamaq. Bu pandemiya bizim hər birimiz üçün bir növ iman testi və sınağıdır. Unutmamalıyıq ki, bu ayda hər birimiz ancaq yaxşı və xeyirxah işlər görməliyik.

Hacı Şahin Həsənli

— Azərbaycanda kütləvi iftar mərasimlərinin keçirilməsinə icazə verilirmi?

— Kütləvi iftar mərasimini çoxlu sayda insanla keçirmək düzgün deyil. Ancaq  hər halda kimsə onu restoranda keçirmək istəyirsə, qoy karantin göstərişlərii çərçivəsində keçirsin. Bir sözlə, insanlar süfrə arxasında distansiyaya riayət etməli, sanitar-gigiyenik tələblərə uyğun əyləşməlidirlər.

Amma sözün düzü,mən  insanların kütləvi surətdə toplaşıb iftar açmasının və eyni zamanda öz sağlamlığını təhlükə altına atmasının əleyhinəyəm. İndi hər necə olsa da, bir çox insanlar koronavirusa yoluxma faktını gizlədir və ya məhdudiyyətlərə baxmayaraq küçəyə çıxmaqda davam edirlər. Bu zaman onlar başqa insanların həyatını təhlükəyə atdıqları üçün heç bir təəssüf hissi keçirmirlər. Birlikdə, hər hansı bir restoranda söhbət,yemək-içmək mərasimləri təşkil etmək əvəzinə, yaxşı olardı ki, bütün bu pullar yardım üçün ehtiyacı olanlara verilsin. Bu ayda yalnız körmək etmək və xeyirxah işlər görmək lazımdır.

— Bəs kollektiv namaz nə deməkdir?

— Bir qayda olaraq, əvvəllər Ramazan ayında namazlar kollektiv şəkildə qılınırdı. Ancaq epidemioloji vəziyyət imkan vermədiyi üçün məscidlərə toplaşmaq ehtiyac və zəruriyyəti yoxdur. Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayı ilə əlaqədar YouTubedə internet televiziyasına start verib. Biz bu yolla yalnız möminlər üçün müxtəlif verilişlər yayımlamaqla kifayətlənmirik, həm də namaz qıldıqdan sonra ordan xütbəni onlayn rejimdə dinləmək də mümkündür. Azərbaycan məscidlərinin əksəriyyəti artıq bunu öz dindarlarına təklif ediblər. Evdə oturub yoluxmayacağınıza görə rahat və  sakit olmaq daha yaxşıdır.

— Ramazanın tarixindən danışın.

– Ramazan müsəlman təqviminin doqquzuncu ayıdır. Müsəlmanlar üçün bu ay Allah qarşısında günahların bağışlanma imkanıdır. Hər gün, səhər yeməyindən sonra, oruca başlamazdan əvvəl, iftar zamanı olduğu kimi, namaz qılmaq lazımdır. Oruc tutursansa, yalnız içmək və ya  yemək deyil,  həm də yalan danışmaq, cinsi əlaqəyə girmək  də  olmaz.  Yetkinlik yaşına çatmayanlar, qocalar, hamilə qadınlar, əmizdirən analar, səyyahlar və döyüş meydanında olanlar və s. başqa hamı oruc tutmalıdır.

Oruc tutmaq insanın sağlamlığını gücləndirir, onu mənən və ruhən təmizləyir. Həkimlər hesab edirlər ki, o həm də immuniteti möhkəmlədir, amma təəssüf  ki, koronavirus xəstəliyinə düçar olmuşlarda orqanizm çox zəifdir, buna görə, onlar üçün oruc tutmaq çətin olacaq. Nəsə demək çətindir, hər kəs oruc tutub- tutmamağı özü qərara alır. Ən başlıcası odur ki, buna insanın səhhət və sağlamlığı imkan versin.

Каmilla  Seidova