Ermənistan ürək ağrısı və təəssüflə Ukraynadaki vəziyyətə şərik olur. Bu haqda Ermənistan XİN rəhbəri Edvard Nalbandyan BBS-nin rus xidmətinin Ukrayna böhranı və hadisələrin inkişafı ilə bağlı Yerevanın mövqeinə dair sualını cavablandırarkən bildirmişdir.

“Biz Ukraynadaki hadisələrə ürək ağrısı və təəsüf hissilə şərik oluruq. Siz yəqın orda çoxlu, demək olar ki, yarım milyon erməni olduğunu bilirsız… Hansı mövqe tutduğumuzu, yaxud kimi dəstəklədiyimizi deməklə bu, problemin həll yolu olmur.

Sanksiyalara gəlincə, mənim fikrimcə, bu da problemin həll yolu deyil. İstənilən məsələni dialoq və danışıqlarla həll etmək lazimdır. Bu munaqişənin ən yaxşı həll yoludur”,- deyə Nalbandyan vurğulamışdır.

Rusiyanın eyni zamanda həm Ermənistan, həm də Azərbaycana silah satmasına Yerevanin münasibətinə dair suala cavab verən Nalbandyan bildirmişdir ki, əlbəttə, bu hal erməni tərəfini sevindirmir, ancaq onun fikrincə, həmin məsələ biznes müstəvisi üzərindədir.

Biz hərbi sahədə Rusiya ilə əməkdaşlıq edir və müvafiq olaraq Rusiyadan silah alır və götürürük. Burda yeni heç nə yoxdur, ancaq Rusiyanın Azərbaycan və digər ölkələrə silah satmasiı da yəqin təbiidir, çünki Rusiya silah istehsalçısıdır. Əlbəttə bu, bizə bir o qədər də xoş gəlmir, ancaq görünür bu, biznes və ticarət məsələləridir. Rusiyanın silah bazarında iştirakı çox fəaldır”,-deyən Ermənistan xarici siyasət idarəsinin başçısı əlavə etmişdir ki, Rusiya ilə əlaqələr sırf muttəfiqlik əlaqələridir.

“Əlbəttə, əlaqələri müttəfiqlik adlandırmağın özu də çox şey deməkdir”,-deyə Nalbandyan əlavə etmişdir.

Ermənistanın avrointeqrasiyasına dair məsələnin bağlanıb-bağlanmaması haqqındaki sualı cavablandıran nazir bildirmişdir ki, Ermənistan Avropa İttifaqı ilə əlaqələri maksimum inkişaf etdirməyə hazırdır.

Onun sözlərincə, Avroasiya iqtisadi birliyində üzvlük Ermənistanın strateji maraqlarından irəli gəlir, ancaq Ermənistan bu inteqrasiya proseslərinə zidd olmayan öhdəçiliklər çərçivəsində Avropa birliyi ilə ələqələri maksimum inkişaf etdirməyə hazirdir.
Nazir xatırlatmışdır ki, Ermənistan AAİB-nin üzvüdür, Aİ məsələsində isə üzvlükdən söz getməmişdir.

“Bu, müxtəlif kateqoriyalardır. Biz müəyyən beynəlxalq iqtisadi birliyin bir hissəsiyik ki, o da Ermənistan üçün bir sıra çox mühüm üstünlüklər kəsb edir. Odur ki, biz bütün qalanları ilə öz münasibətlərimizi üzərimizə götürdüyümüz öhdəçilikləri nəzərə almaqla inkişaf etdirəcəyik”,- deyə Edvard Nalbandyan vurğulamışdır.