Azərbaycanda koronavirusun pandemiyası ilə əlaqədar 2020-ci ilin martından tətbiq olunan karantin indiyədək davam edir, odur ki, konsert zalları, teatrlar hələ də bağlıdır. Yalnız muzeylər və sərgi salonları açıqdır, onlar bütün karantin normalarına riayət etməklə nadir hallarda olsa da, yeni ekspozisiyaların açılışlarını keçirməyə çalışırlar.

Bu günlər Bakıda Gazelli Art House qalereyasında qeyri-adi «Qrafika hekayələri” sərgisi açılıb. Tədbirdə ölkənin dörd tanınmış rəssamı Arif Hüseynov, Tərlan Qorçu, Zöhrab SalamzadəFidan Hümbətlinin əsərləri təqdim olunub. Onların hər biri qrafika ilə uzun illərdir məşğul olur, lakin öz işlərini birlikdə təqdim etməyə ilk dəfə qərar vermişlər.

Azərbaycanın Xalq rəssamı Arif Hüseynov ömrünün 40 ilini qrafikaya həsr edib. O, böyük miqdarda şəkillər, plakatlar,kitablar üçün illüstrasiyalar, bir çox yaratmışdır. Rəssamın Moskva, Praqa, İstambul, Tokio və Bakıda fərdi sərgiləri keçirilib, əsərləri isə dünyanın bir çox muzeylərində saxlanılır. O, sərgidə «Hələ vaxt var» seriyasından olan rəsmlərini təqdim etmişdir ki, bunlar Azərbaycan şairi Rəsul Rzanın şerlərinin motivləri əsasında yaradılmışdır. Bu işləri o, bir neçə il bundan öncə yaratmışdır.

 Аrif Hüseynov

«İşlərim çoxdur. Hər dəfə rəsmlərimi nümayiş etdirməyi təklif edəndə mən böyük bir problemlə üzləşirəm – bəs bu dəfə tamaşaçılara nəyi göstərməli? Bir çox işləri dost və həmkarlarımın xahişi ilə artıq bir neçə dəfə nümayiş etdirmişəm. Qrafik yaratmaq çox çətindir. Bunun üçün çox vaxt tələb olunur. İşlərimin əksəriyyətini müxtəlif Azərbaycan şairlərinin əsərləri mövzusunda yaratmışam», – deyə Аrif Hüseynov Dalma Newsə müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, təəssüf ki, hazırda Azərbaycanda incəsənətin müasir janrlarından fərqli olaraq, qrafiklər o qədər də populyar deyil. Onun fikrincə,bunun səbəbi isə gənc rəssamların öz üzərində işləmək, öyrənmək istəməmələridir. O, çox qorxur ki, vaxt keçdikcə bu janr Azərbaycanda ümumiyyətlə, kölgədə qala bilər.

Azərbaycanın əməkdar rəssamı, Bakı Marionet Teatrının direktoru Tərlan Qorçu əksinə hesab edir ki, gənc rəssamların müasir xəttatlığa marağı böyükdür. Onun özü də bu istiqamətdə işləyir. Rəssam öz yaradıcılığında müasir xəttatlıq, toxuculuq, heykəltəraşlıq, fotoqrafiya və instalyasiyalar kimi müxtəlif sənət istiqamətlərindən istifadə edir, həmçinin ənənəvi formaları müasir texnika ilə kəsişir.

Onun əsərləri Polşa, Litva, Fransa, Gürcüstan, İtaliya, İsveçrə və Rusiyada nümayiş etdirilib. Tərlan Qorçu sərgidə «Qobustanın qayaüstü təsvirləri» seriyasından olan əsərləri təqdim etdi. O, müasir texnologiyaların köməyi ilə çoxsaylı qayaüstü təsvirləri bir dolğun mənzərəyə birləşdirərək, ağ-qara çalarlarda gördüklərini Qobustan(Azərbaycanda qoruq) sakinlərinin həyatından üç rəngli süjetə böldü.

Tərlan Qorçu

Azərbaycan Rəssamlar İttifaqının üzvü Zöhrab Salamzadə yenidən öz motivlərinə —mistik islam cərəyanına, sufizmə, dərvişliyə, cinlərə, həmçinin şəhər motivləri, ənənələri və əqidəyə sadiq qalmağı qərara almışdır. O, uşaqlıqdan çəkir, lakin 13 ildən artıq peşəkar şəkildə rəsmlə məşğul olur. Fırça ustası əsasən yağlı boyalarla çəkir, çünki hesab edir ki, onlar daha uzunömürlü və keyfiyyətlidir həm də lazımlı effekti verir

«Mənim işlərim çoxdur – onlar bir neçə sərgiyə kifayət edər. Əsasən cinləri çəkirəm. Avropa mədəniyyətində bunlara münasibət mənfi, İslamda isə onlar insan kimi Allahın yaratdıqlarıdır. İnsanlar kimi cinlərin də arasında yaxşı və pislər var. Amma təəssüf ki, cəmiyyətdə belə bir stereotip var ki, cinlər mənfi məxluqlardır, ona görə də mən bu əsərlərimi heç vaxt satmamışam. Bəlkə də zaman keçdikcə insanlar onlara başqa münasibət göstərəcəklər”,- deyə Zöhrab Salamzadə ümidlə qeyd edib.

Zöhrab Salamzadə

Rəssam həmçinin etiraf edib ki, cinləri çəkməyə başlayanda o, bir çox paranormal hadisələrlə qarşılaşdı, onların haqqında danışmamaq qərarına gəldi.

Həmkarlarından fərqli olaraq keramik rəssam Fidan Hümbətlı bu sahədə o qədər də çox iş görmür, lakin onun işləri artıq Rusiya və Almaniyada keçirilən beynəlxalq festivallarda iştirak etmişdir. O, əsasən konseptual keramika və illüstrasiya istiqamətində çalışır, eksteryer və interyer üçün keramikadan art-obyektlər yaradır. Sərgidə təqdim olunan əsərlərini o, qədim Yunanıstan miflərinə həsr etmişdir.

“Mən qədim rəssamların, keramistlərin, heykəltəraşların miflərindən, fəlsəfəsindən və yaradıcılığından ilham alıram. Bu janr çox çətindir, amma mən çalışıram ki, hər dəfə öz üzərimdə işləyim, yeni bir şey öyrənim”,-deyə Fidan Hümbətlı etiraf edib

Fidan Hümbətlı

Rəssam hazırda miflərin də öz əksini tapacağı digər yeni əsərlər üzərində işləyir.

Каmilla Sеidоvа