Azərbaycan milli konservatoriuası xalq çalğı alətləri kafedrasının müəllimi, kanon ifaçısı Natəvan Həsənova ABŞ -da keçirilən “American Protege International Concerto Competition 2015” beynəlxalq müsabiqəsində birinci yeri tutmuşdur. Bu haqda Azərbaycanın mədəniyyət və turizm nazirliyinin mətbuat xidmətinə istinadla “Trend Life” xəbər verir.

Müsabiqə Nyu-Yorkun Carnegie Hall konsert zalında keçirilmişdir. Natəvan Həsənova yüksək ifaçılıq səviyyəsinə görə “Best Perfomance Award” diplomuna layiq görülmüşdür.

Natəvan Həsənova Müslüm Maqomayev adına Azərbaycan dövlət filarmoniyası xalq çalğı alətləri ansamblının solistidir.