Ermənistanın səhiyyə nazirliyi yaxın vaxtlarda bütün respublika ərazisində dərman preparatlarının qiymətləri üzrə monitorinq keçirəcək. Bu haqda əczaçılıq şirkətlərinin nümayəndələrilə görüş zamanı səhiyyə nazirinin müavini Sergey Xaçatryan məlumat verərək vurğulamışdır ki, monitorinq dərmanların bazar qiymətini öyrənmək üçün zəruridir.

Ermənistanın səhiyyə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sergey Xaçatryan dərmanların qiymətlərinin tənzimlənməsinin vacibliyini qeyd etmişdir. Görüşdə AAİB ölkələrindən Ermənistana dərman tədarükü və onun realizəsi, eləcə də 2016-cı ildə AAİB çərçivəsində qüvvəyə minəcək preparatların qeydiyyatının yeni prosedura məsələləri nəzərdən keçirilmişdir.

Görüş iştirakçıları həmçinin “Dərmanlar haqqında” qanunun yenı layihəsini müzakirə etmişlər. Yeni qanun maddələrinin müzakirələrini davam etdirməyə dair razılıq əldə edilmişdir.