Paytaxtın Yasamal rayonunda, “İnşaatçılar” metrosunun yaxınlığında yüzlərlə kitab zibilliyə atılıb. Hadisə şahidləri bildirir ki, zibil yeşiklərinə atılan kitabların arasında Səməd Vurğun, Cəlil Məmmədquluzadə, Nizami Gəncəvi, Anar və digər ədiblərimizin kitabları, elmi ədəbiyyatlar, habelə ensiklopediya cildlikləri var. Bu barədə Oxu.az xəbər verir.

Verilən məlumata görə, hazırda vətəndaşlar bəzi kitabları zibil yeşiyindən götürüblər. Bundan əlavə, sosial şəbəkələrdə də insanları kitablara qarşı daha həssas yanaşmağa səsləyiblər. Rayon, kənd kitabxanalarının boş qaldığı bir vaxtda bunu edən vətəndaşın atdığı addımı pislənib.

Bildirilib ki, kitabxanasını zənginləşdirmək istəyən hər kəs zibilliyə atılan kitabları götürə bilərlər.