Uzun müddətdir ki, məşhur “Starbucks” kafe-mağazasının Azərbayana gəlişi ilə bağlı söhbətlər gəzirdi. Söz-söhbətlər reallığa çevrildi. Belə ki, bu gündən kafe-mağaza Neftçilər prospektində yerləşən “Port Baku Towers”in aşağı mərtəbələrindən birində fəaliyyət göstərəcək.

Qeyd edək ki, məşhur brendi Azərbaycana tanınmış iş adamı gətirib. Artıq sosial şəbəkələrdə kafe-mağazadan görüntülər paylaşılıb.

“Starbucks” – 1971-ci ildə ABŞ-da yaradılan “fastfood” şəbəkəsidir. Şəbəkənin mərkəzi Amerika Birləşmiş Ştatlarının Vaşinqton əyalətinin Sietl şəhərindədir. İlk “Starbucks” mağazası 1971-ci ildə müəllim Cerri BaldvinZev Ziqel ilə yazıçı Gordon Bovker tərəfindən açılıb.1982-ci ildə iş adamı Hovard Şults mağazanın sahiblərindən biri olub. Daha sonra o, “Starbucks”ın tək sahibinə çevrilib.