Gürcü regionu Samtsxe-Cavahetinin Axaltsixe şəhərində Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirliyinin dəstəyilə milli dramaturgiyanın üçüncu teatr festivalı açılmışdır. Mesxet dövlət dram teatrında keçən festival çərçivəsində tamaşaçılar artıq Tumanişvili adına kinoaktyorlar teatrının isi – “Pələng və igidin əhvalatı” tamaşasına baxmışlar.
Gürcüstan mədəniyyət və abidələri mühafizə naziri Mixail Giorqadze tədbirdə iştirak etmişdir.
Mədəniyyət və abidələri mühafizə nazirliyində Dalma News -a bildirmişlər ki, cari ildə festivalda Gürcüstanın müxtəlif şəhərlərından 14 teatr iştirak edəcək. Üç həftə ərzində Tbilisi, Qori, Rustavi və digər şəhər teatrları festival iiştirakçılarına öz tamaşalarını təqdim edəcəklər.