“National Geographic” jurnalının ABŞ redaksiyanın ənənəvi “Best Edit” seçimində növbəti qalib Azərbaycanın yerli nəşri olub.

Oxu.Az xəbər verir ki, “National Geographic Azərbaycan” jurnalının bu ilin sentyabrında dərc edilmiş yubiley buraxılışı üçün azərbaycanlı fotoqraf Rəna Əfəndinin təqdim etdiyi “Qahirəni Unutmaq” fotojurnalı “National Geographic”-in beynəlxalq buraxılışları arasında “Best Edit” qalibi seçildi.

“Best Edit” qalibinin seçim meyarları mövzunun aktuallığı və təsir gücü, fotoşəkillərin uğurlu və effektli olması kimi prinsiplərə əsaslanır. Bir müddət Misirin paytaxtında yaşamış məşhur fotoqraf fotojurnalda daha fərqli bir Qahirəni sadə şəhər sakinlərinin simasında təqdim etmiş, insanların, xüsusilə də uşaqların çətin və əzablı həyatını lentə həkk etmişdir.