Zərəngiz Hüseynova Azərbaycanın uğurlu gənc qadınlarından biridir. O, 26 yaşında səriştəli və ümidverici gənc mütəxəssis kimi Forbes jurnalı siyahısına daxil olub. Dalma Newsə verdiyi müsahibədə o, biznesmenin hansı keyfiyyətlərə malik olmalı və gələcəklə bağlı planlar qurmağın nə üçün mənasız olduğu haqda bölüşüb.

Zərəngiz müstəqil həyat və uğurlu iş yolunda ilk addımlarını 18 yaşında, cibində cəmi 200 dollarla başlamışdı. Bu, əvvəlcə gündəlik geyim və aksessuarların onlayn-mağazası idi ki, vaxt keçdikcə ALZA və Milana Gəlinlik kimi iki toy və axşam geyimləri butikinə çevrilmişdi. Butiklər yaxşı gəlir gətirdiklərinə baxmayaraq, Zərəngiz əldə edilənlərlə kifayətlənmək istəmədi və ikinci bir biznes — WoWoman (qadınlar üçün təhsil platforması və icma) işə salmaq qərarına gəldi. Mövcudiyyətinin dörd ili ərzində Şərqi Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdən olan minlərlə qadın WoWomanın proqramlaşdırma, sahibkarlıq və dizayndan tutmuş uğurlu insanlarla görüşlərin təşkilinədək müxtəlif qadın proqramlarının iştirakçısı olmuşdur. 2018-ci ildə Facebook dünyanın 100 aparıcı icmasında inkişafa təsir göstərən WoWoman seçdi. 2019-cu ilin fevralında isə Zərəngiz Hüseynova Forbesin bütün dünya üzrə inkişafa müsbət təsir göstərən 30 yaşınadək ən parlaq liderlərini müəyyənləşdirən “30 Under 30” siyahısına düşmüşdür.

Zərəngiz Hüseynova

— Nüfuzlu Forbes “30 Under 30” nəşrinin siyahısına daxil olandan sonra həyatınız necə dəyişdi?

— Ümumiyyətlə, mediada və ictimaiyyətdə mənə olan diqqətin artması istisna olmaqla, dramatik dəyişikliklər baş vermədi. Əslində, həyat əvvəlki kimi davam edir. Ümumiyyətlə, heç vaxt ictimai bir insan olmaq hədəfim yox idi, daxili böyümə, inkişaf və davamlı tərəqqi mənim üçün daha vacibdir. Bununla belə, məmnunam ki, əməyim hədər olmadı və məni Forbes siyahısına daxil etdilər.

— Biznes milyonlarla açılır, amma tək-tükü uğurlu olur. Necə düşünürsünüz, məhz sizin uğurunuzun səbəbi nədədir?

— Mütəşəkkillikdə. Güclü motivasiya və perspektivli biznes-plan ola bilər, lakin heç bir şeyə nail ola bilməzsiniz. Çox vaxt uğursuzluğun səbəbi intizam və məsuliyyətin olmamasıdır. Uğurlu biznesin qurulmasında təəssüf ki, eynilə heç də hamıya lazımi anda üz tutmayan uğur kimi ambisiyalılıq və təşəbbüskarlıq da mane olmaz. Buna baxmayaraq, kainatın gücünə inanmaq və məqsədinizə doğru inam və nikbinliklə getmək lazımdır.

— Belə bir fikir var ki, biznesdə qadın kişilərlə rəqabət apara bilməz. Bundan necə yayınmaq olar?

– Sadəcə, başqalarının fikirlərinə diqqət yetirməyə son qoymaqla. Təəssüf ki, pis dillər həmişə olmuş və olacaq. Buna görə də, xüsusilə özü həyatda heç bir şeyə nail olmayanların qeyri-obyektiv tənqidlərinə diqqət yetirməyin heç bir mənası yoxdur. Lakin qeyd etmək lazımdır ki, bu gün biznesmen qadınlara qarşı əvvəllər olduğu kimi qərəzli münasibət o qədər də kəskin görünmür.

— Qadının uğur qazana biləcəyi ən perspektivli istiqamətləri göstərə bilərsinizmi?

– Qadınlar tamamilə hər hansı bir sahədə karyera qura bilərlər. Yalnız kişilərin və ya yalnız qadınların uğurla işləyə biləcəyi müəyyən sahələr yoxdur. Bütün bunlar keçmiş xurafatdır. Bu gün qadın Everesti fəth etməyə və guya “qeyri-qadın” sahəsində iri bir şirkətə rəhbərlik etməyə qadirdir.

Perspektivlərə gəlincə isə, bunlara yalnız o halda nail olmaq mümkündür ki, insan öz istedadlarını təkmilləşdirsin, öz işində peşəkar olsun və gördüyü işlərdən həzz alsın. Əgər insan bu və ya digər məsələni araşdırmırsa və özü üçün maraqlı olduğuna görə deyil, lazım olduğu üçün çalışırsa, uğurlu bir vəziyyət yaratmaq çətindir.

— Əgər qadınlar qarşısında bütün yollar açıqdırsa, Azərbaycan qadınlarına uğurlu biznes layihələri qurmağa mane olan nədir?

— Mən belə qəti nəticə çıxarmazdım – bizdə gəlirli iş quran və tanınmış qadınlar var. Başqa məsələdir ki, Azərbaycan biznesinin nümayəndələri arasında rəhbər vəzifə tutan qadınların sayı aşağı olaraq qalır. Əsas kütləyə öz güc və imkanlarına inamsızlıq, mentalitetin təzyiqi, uğursuzluq və qeyri-müəyyənlik qarşısında qorxu mane olur. Ancaq sonuncu kişilərə də aiddir.

Amma unutmaq lazım deyil ki, bizim bazarımız kiçikdir və demək olar ki, artıq hər bir sahənin necə deyərlər öz akulası ( köpəkbalığı ) var ki, onlarla rəqabət aparmaq çox çətindir. Buna görə də, biznes layihəsi nə qədər yaxşı olursa- olsun, yeni başlayanlar üçün böyük biznes qurmaq şansı yüksək deyil. Belə şəraitdə uğur qazanmaq üçün yeganə yol kiçik və ya orta biznesdən başlamaq, zaman keçdikcə isə xarici bazara çıxmaqdır.

— Dövlət ölkədə biznes mühitinin şərtlərini yaxşılaşdırmaq üçün nə etməlidir?

— İslahatları təkmilləşdirmək. Əlbəttə, son illər ərzində dövlət bu istiqamətdə böyük həcmdə işlər aparmışdır. Mən — 8 il ərzində bizneslə məşğul olan bir insan əvvəllər və indiki şərait arasındaki böyük fərqi yaxşı görürəm. Xüsusilə, bu gün heç kəs öz işini açıq və vicdanla inkişaf etdirən özəl sahibkarları sıxışdırıb onlara təzyiq göstərmir. Amma kamilliyin həddi-hüdudu yoxdur, ona görə də əlini nəbzin üzərində saxlamaq və biznesin müasir tələblərinə cavab verən islahatları həyata keçirmək həmişə lazımdır.

— Hazırda hansı layihələr üzərində işləməniz barədə danışa bilərsinizmi?

—Hazırda mənim dörd layihəm var – ALZA və Milana toy butikləri, sayəsində Forbesə düşdüyüm WoWoman icması qadınları üçün təhsil platforması, eləcə də W Space – şəhər mərkəzində ilham almaq, işgüzar görüşlər, təqdimatlar və iş yerləri axtaranlar üçün yer və s. Bütün bu layihələr mənim nəzarətim altındadır, amma hal-hazırda vaxtımın çoxunu və səyimi W_Space-yə həsr edirəm, çünki biz onu lap yaxınlarda işə salmışıq və hələ də sərbəst buraxmağa hazır deyilik.

Amma yaxın vaxtlarda fasilə etməyi planlaşdırıram — mənə istirahət etmək, güc toplamaq və bərpa olmaq lazımdır. Son vaxtlar üzərimə həddindən artıq çox vəzifələr düşürdü və hansısa anda emosional tükənmə baş verdi. Ona görə də istirahət etmək işə yeni qüvvə və ideyalarla qayıtmaq istəyirəm.

— 5-10 ildən sonra həyatınızı necə təsəvvür edirsiniz?

— Mən uzunmüddətli planlar qurmağı çoxdan dayandırmışam. Bu, boş vaxt və hədər enerji itkisidir. Əgər biznesdən danışmalı olsaq, üç ildən artıqdır ki, planlar qurmuram. Dünya çox sürətlə dəyişir, hər gün bizim həyatımıza nəsə yeni bir şey can atır, buna görə də 10 il qabaqcadan fikirləşməyin mənası yoxdur.

 

Lеylа Əlizadə