Azərbaycanın ən məşhur və aparıcı aktyorlarından biri olan Şəhriyar Əbilov Dalma Newsə müsahibəsində öz arzusuna aparan yol, Azərbaycan kinosundan və televiziyada qarşıda duran böyük layihələrdən danışdı.
Şəhriyar, Siz çoxdan televiziya ekranlarındasınız. Danışın, Siz necə başlamısız? Bu yolda Siz hansı çətinliklərlə üzləşməli olmusunuz?
Həyat yolunda çətinliklər həmişə rast gəlir və onlar həmişə müxtəlif olur. Sənin yolun üstə dayanmağa mütləq kimsə tapılacaq. Mən uşaqlıqdan professional, tələb olunan aktyor olmaq arzusunda olmuş və bu arzu məni həmişə öz həyat yolumla irəli aparmışdır. Mən müxtəlif yerlərdə çalışmış, tamamilə mənə xas olmayan və heç bir zövq verməyən işlə məşğul olmuşam: neftçi, operator, оfisiant, gözətçi, malyükləyən işləmişəm və bu mənim peşələrimin kiçik bir siyahısıdır. Mən bunlarla ailə xatirinə məşğul olmuşam, amma heç vaxt öz aktyor olmaq arzuma xəyanət etməmişəm.
Valideynlərimin iradəsilə hüquq fakültəsinə qəbul olmuşam, amma həmişə olduğu kimi, bu, sənə maraqlı deyilsə, oxumursan. Qoşa dərs saatları əvəzinə mən Azərbaycan Mədəniyyət İnstitutlarından birinə qaçır, orada öz dostumun, hazırda tanınmış bəstəkarın adı altında, dərslərdə iştirak edirdim. Amma hər halda hüquqşünas diplomu almışam. Sonra orduda xidmət və öz yerini axtarıb tapmaq. Ancaq 2006-cı ildə televiziyada «Qəfəs» realiti-şousu başlayan zaman mən tərəddüd etmədən kastinqə getdim. Mən layihəjə düşdüm və bundan sonra ekranlara «yaşıl bilet» aldım. Lakin, təcrübəm olmadığı üçün kanallar mənə ciddi yanaşmadılar.
Siz gənclikdən TV- ə düşmək istəyirdiniz. Siz arzunuza çatmısınız — Siz populyarsınız. Yaxın gələcəkdə özünüzü kimin timsalında görürsünüz,? Nə kimi planlar qurursunuz?
Mənim iştirakımla artıq altı tammetrajlı film çıxdmışdır. Hazırda mən öz aktyor bacarıqlarımı inkişaf etdirməyi planlaşdırıram. Yanvarın 16-da baş rolda iştirakımla «Mən— təlxək» filmi çıxacaq ki, biz onu bütün teatr aktyorlarına həsr etmişik. Mən ümid edirəm ki, bu film Azərbaycan kinosu üçün böyük sıçrayış olacaq və onu yeni səviyyəyə çıxaracaq. Türkiyəli həmkarlarla da işləmək və özümü türk seriallarında sınamaq İstərdim. Bildiyimiz kimi, onlar ifaçılıq baxımından çox məşhur və emosionaldırlar.
Sizin bir çox sima, təcəssüm və funksiyalarınız var. Siz həm radio və teleyayım aparıcısı, həm aktyor və rejissor, həm də fotoqrafsınız. Lakin, bunlardan ən çox ürəyinizcə olanı hansıdır?
Bəli, mən peşəkar fotoqrafiya ilə məşğulam ki, bu mənim hobbim idi. Həyatımın kiçik bir hissəsini rejissorluğa da vermiş, hətta klip çəkmişəm. Lakin mənim üçün ən sevimli peşə аktyorluqdur. Məhz rola girib sima yaratmaq mənə zövq verir. Mən çəkiliş meydançasında özümü sərbəst hiss edirəm.
Bir aparıcı kimi öz debütünüzdən danışın.
Bu, çoxdan olub. «Qəfəs» realiti-şoudan sonra mən hardasa bir yerdə işləmək, özü də təcrübə toplamaq üçün yaxşı olardı ki, aparıcı işləmək qərarına gəldim. O vaxt mən işləmək üçün «Qaya» restoranına getdim ki, orda uzun müddət əyləncəli tədbirlər aparırdım. Mənim səhnədə ilk çıxışım çox çətin və mürəkkəb idi, çünki mən çox həyəcan keçirir və bəzən hətta sözləri çaş-baş salırdım. Amma mən tez öyrənirəm və bir müddət sonra məni yerli kanallardan birinə işə dəvət etdilər. Orada mən ulduzlar haqqında «Vur, qoy sınsın» adlı kiçik bir veriliş aparmışam, bunun ardınca Antenn 101 FM radiosunda didjey və «Böyük səhnə» beynəlxalq layihə təcrübəsi gəlmişidir.
Siz məşhur «Bığ» şousunun aparıcısı olmusunuz. Bu təcrübə haqqında danışın.
Bu nə qədər gülməli səslənsə də, həminu layihə mənim bığlarımdan başlandı. Mən Ordubad bəyləri nəslindənəm(Ordubad –Azərbaycanda şəhər. Bəy — bəzi Yaxın Şərq xalqlarında zadəgan titulu — red.). Mənim nəslimdə hamı belə qalın və uzun bığ saxlayırdı və mən də belə bığ buraxmaq qərarına gəldim. O vaxt mən artıq bir neçə televiziya layihələri işləmişdim və Devid Lettermanla «The Late Night Show» («Şou axşamdan xeyli keçmiş») üslubundaki axşam şousunda ürəklərə yol açıb məşhurlaşdıq. Mən layihəni buraxmağa razılıq aldım, lakin onun heç cür ağla gələ bilməyən adı ilə problem vardı və mənim ağlıma «Bığ» adı batdı. Qərara gəldim ki, maraqlı səslənir, hələ belə şey heç yerdə yox idi. Əsl qələbə! Bu layihə mənə populyarlıq gətirdi və mənim son stilimi müəyyənləşdirdi.
Siz indi baş rollarından birini oynadığınız «Lal Yuxu» teleserialında çəkilirsiniz. Bu layihə haqqında nə fikirdəsiniz?
Bu serial bizim arzumuzdur. Bu, bizim baş qəhrəman Оksana Рəsulovanın ən real yuxusudur. Mən zarafat etmirəm, o, həqiqətən də, süjeti yuxuda görmüş, sonra isə tanış ssenariçi Həma xanımdan bütün bunları serial üçün böyük bir ssenaridə hazırlamağı xahiş etmişdi. İş elə gətirdi ki, müsbət qəhrəman doktor Əmir obrazı mənə düşdü. İndi artıq doqquzuncu seriya gedir. Və mən baş qəhrəmanın vurğunu olan kişi rolunu oynayıram. Serial uğurludur, reytinqləri artır və bizim komandamız bütün ruhunu bu layihəyə qoyur.
Nə çətindir: aparıcı kimi böyük auditoriyanı canlı saxlamaq və ya öz kino qəhrəmanının xarakterinə qapılıb qalmaq?
Tamaşaçı auditoriyasını saxlamaq – bu, xüsusi zəhmətdir. Həmişə müasir trendlərə çatmaqla qeyri-standart, maraqlı olmaq və əli nəbzin üstündə saxlamaq lazımdır. Əlbəttə, həmçinin aparıcı və aktyor ustalığının kiçik olmajan istedad payı lazımdır. Mənim üçün nəyin çətin və nəyinsə daha asan olduğunu deyə bilmərəm. Hər şeyə səy, özü də az olmayan səy göstərmək lazımdır. Ən başlıcası odur ki, mən tamaşaçı qarşısına hər çıxışımla yaşayır və prosesdən böyük zövq alıram.
Sizcə, indi Azərbaycan kinosu hansı səviyyədədir? Ona nə çatışmır?
Sovet dövründə Azərbaycan kinosu çox yüksək səviyyədə təqdim edilmiş və müxtəlif festivallarda bir çox mükafatlara layiq görülmüşdü. Əlbəttə, indi hər şey dəhşətli tənəzzülə düçar olmuşdur. Azərbaycan kinosuna həm dövlət, həm də sponsorlardan xeyli dəstək lazımdır. İncəsənətə dəstək həmişə lazımdır, başqa heç cür ola bilməz. Bədbəxtlikdən, müasir tamaşaçı nəsə yüngül və asan bir şey istəyir. Düşünmək üçün nəzərdə tutulan dram və kino tamaşaçını cəlb etmir.
Yerli TV –də hər hansı bir irimiqyaslı layihə həyata keçirmək istərdinizmi?
İstərdim və istəyirəm. Əgər Allah qoysa, «Abi Love» adı altında böyük bir layihə başlamaq niyyətindəyəm ki, o mənim soyadımla səsləşir (türkcə «Abi» – qardaş deməkdir ; «Qardaş sevgisi»— red.). Bu yenə də «Show Night» formatında veriliş olacaq. Bu barədə danışıb sirləri açmaq istəmirəm, həm də əslində heç haqqım da yoxdur, lakin tezliklə siz hər şeyi özünüz görəcəksiniz.
Oxucularımıza nə arzulardınız?
Arzu edirəm ki, sizin oxucular həmişə keyfiyyətli məhsulu müasir dünyada bu qədər çox olan ucuz istehlak məhsullarından fərqləndirib ayıra bilsinlər. Qoy, onlarda zövq formalaşsın və onlar həmişə öz zövqlərinə istinadən aktyorları, ümumiyyətlə, kino və incəsənəti dəstəkləsinlər. Yaxşı film və keyfiyyətli verilişlər arzulayıram.
Söhbəti Leyli Хəlilоvа aparmışdır