Yerevanda marşal Baqramyan adına poliqonda davam edən “Şimşək-2015” strateji komanda-qərargah təlimləri çərçivəsində atəşaçma məşqləri keçiriləcək.

Təlim atışlarını müşahidə etmək üçün Ermənistan müdafiə naziri Seyran Ohanyan, prezident aparatının rəhbəri, təlim qərargahının rəisi Vigen Sarkisyan, hökumət aparatının rəhbəri – nazir David Harutyunyan və hökumət üzvləri təlim meydanına gəlmişlər. Təlimləri həmçinin səfirlik və nümayəndəliklərin hərbi attaşeləri, eləcə də KTMT-nın Birləşmiş qərargah nümayəndəsi müşahidə edirlər.

Tədbirin qonaqları xarici və yerli istehsalda təqdim olunan ZRK “Buk”,”Strela”,”Osa AK”, İqla-C, yaylım atəş reaktiv sistemləri, optika-elektron kəşfiyyat kompleksləri, pilotsuz təyyarə, maneə stansiyaları, xilasetmə texnikası, eləcə də Ermənistan-Polşa birgə Lyubava-Ermənistan müəssisəsinin məhsulları ilə tanış olmuşlar.