Gürcüstanda 2015-ci ilin yanvarından avqustunadək xarici ticarət dövriyyəsinin (qeyri-mütəşəkkil ticarət istisna olmaqla) məbləğı 6,395 milyard dollar təşkil etmişdir ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 14% azdır. Bu haqda Gürcüstan Milli statistika komitəsi (Sakstati) xəbər verir.

Rəqəmlər göstərir ki, həmin dövr ərzində eksport (ixrac) təxminən 1,459 milyard dollar (2014-cü ildəkindən 24% az), importun (idxal) məbləğı isə 4,937 milyard dollar (2014-cü ildən 10% az) təşkil etmişdir.

Cari ilin yanvar-avqustu üçün mənfi ticarət balanşı 3,478 milyard dollar (54% xarıcı ticarət malları tədavülü) təşkil etmişdir.
Sakstati bildirir ki, xarici ticarət dövriyyəsinin gostəriciləri cari il sentyabrın 21-də dərc olunacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here