Azərbaycan vətəndaşlarının psixi sağlamlığı təhlükə altındadır. Ölkədə borcları qaytara bilməmək üzündən intihar halları çoxalır.

Həm də əhali yalnız banklara deyil, eyni zamanda özəl sələmçi və müamiləçilərə də borcludurlar ki, onların fəaliyyəti demək olar ki, tənzimlənmir. Adamlar məcbur olub, sələmçilərdən ayda azı 10 faiz altında (120% illik) borc götürürlər. Onların itirəcəyi heç nə yoxdur və bu şəxslər ən son həddə çatmalı olurlar.

Bu problem Azərbaycanın bank sisteminin hələ necə deyərlər, rüşeym vəziyyətində olduğu və istehlak bumunun olmadığı ötən əsrin 90-cı illərinin əvvəlində, hətta demək olar ki, 90-cı illərin sonunadək aktual idi.

Lakin 2000-ci illərin əvvəllərində banklar istehlak kreditləri verməyə başladı və özəl müamiləçilərin biznesi, prinsipcə, tamamilə səngimiş oldu.

2006-cı ildən sonra isə, banklar müştəri uğrunda mübrizəyə başlayarkən və hamıya ucdantutma istehlak kreditləri verilərkən, daha hər hansı bir sələmçidən danışmağa belə dəyməzdi.

Onlara, sadəcə, müraciət etmirdilər, çünki onlar borcu çox yüksək faizlə verirdilər. Əgər 90-cı illərə qayıdılarsa, onda sələmçilərin aylıq faiz dərəcəsi bankların illik faizinə çatırdı.

Son bir neçə il ərzində, xüsusilə, 2015-ci ildən sonra Azərbaycanda bank böhranının başlanması ilə əlaqədar sələmçilər «dirildilər». Bu, onunla əlaqədar idi ki, bank kreditləri insanlar üçün əlçatmaz oldu.

Tanınmış psixiatr Araz Мənuçehri-Lalei Dalma News ilə söhbətində Azərbaycanda borcları qaytarmağın qeyri-mümkünlüyü ilə əlaqədar tez-tez baş verən intihar hallarını şərh etmişdir.

Araz Мənuçehri-Lalei

— Bu problem nə qədər ciddidir?

— Çox ciddidir və təkcə Azərbaycan üçün yox, həm də hələ ki, yeni iqtisadi relslər üzərinə keçməkdə olan digər MDB ölkələri üçün də.

Bu keçid labüd olaraq destruktiv amillərlə müşayiət olunur. Və ən başlıcası banklara və sələmçilərə olan borclardır. Bununla belə, onların arasında elə bir fərq yoxdur, həm də zərər çəkmiş insanlar da elə bir ayrıseçkilik qoymurlar. Banklar – bu eynilə sələmçilərdir.

— Azərbaycanda bankların və ya sələmçilərin əsarəti altına düşmək riski yüksəkdir. Niyə?

— Bütün məsələ bundadır ki, azərbaycanlıların düşüncəsi kapitalist təfəkkürü deyil. Bu düşüncə «аlverçi», yəni «al-sat» səviyyəsindədir.

Bir var «аlverçi» və bir də tamam başqa bir məsələ var – biznesmen, iş adamı. Birinin 10 manatı var, o gedib bu məbləğə bir şey alır, sonra onu 12 manata satır. Məgər bu biznesdirmi?

Sonra onun işi gətirmir və müflisləşir, məcbur olub bir dəfə borca düşür, sonra bu borcu qaytarmaq üçün ikinci dəfə borc götürür. Bu, variantlardan biridir.

İkinci variant: «Əvvəllər psixiatriyada «салонное слабоумие»(salon kəmağıllığı) kimi bir termindən istifadə olunurdu. İndi onu demək olar ki, işlətmirlər. Bu, uğurlu insanların davranışını təqlid etmək deməkdir. Bu, fransız terminidir və bir daha təkrar edim ki, indi ondan demək olar ki, istifadə edilmir və o qədər də etik hesab olunmur. Lakin biz psixiatrlar, öz aramızdaki danışıqlarda ondan istifadə edirik.

«Salon kəmağıllığı»na meylli insanın öz imkanlarını dərk etmək imkanı yoxdur. anlamaq üçün öz imkanları var. Amma onun yaxşı mexaniki yaddaşı olur və o, yaxşı təqlid edə bilər.

Tutalım, o öz apteki, maşını və yaylaq bağı olan uğurlu bir şəxs görür (bunlar isə insan üçün uğur zirvəsidir). Beləliklə, bu adam borca düşüb, şərti «аpteк» açır və elə həmin şəxs kimi «uğurlu» olmağa çalışır.

Bu zaman o öz «əczaxanasını» həsəd apardığı şəxsin aptekinin yanında açır. Belə hallar olduqca çoxdur. Bəs, sonra nə baş verir? Onun əczaxanasına heç kim gəlmir və bu adam «Bax, mən müflis oldum»,-deyə ah-vay edir…

Üçüncü bir variant da var. Bir çoxları düşünürlər ki, istənilən anda vəziyyətdən çıxa biləcəklər. Budur, 100 manat çatmır, mən borc götürüb əvvəlki borcu ödəyər və yenidən işə başlayaram. Amma əvəzində yeni borc yaranır, özü də bir qayda olaraq böyük faizlə.

Bizim insanların başqa bir xüsusiyyəti də var. Yəqin ki, Qərbdən olan insan -avropalı pis vəziyyətdə olduğunu, borc içində batdığını heç vaxt deməz. Bizdə isə əksinədir. Şəxsi problemlərini şişirdib, özlərini deyil, bankları, sələmçiləri ittiham edirlər.

Вu, çox kədərlidir. «Mən pis deyiləm, pis banklar və sələmçilərdir»- deyə adamlar gileylənirlər. Amma bu, pis tendensiyadır. «Dini-imanı» olanlar da var ki, islamda heç bir sələmçi və müamiləçiliyə icazə olmadığını söyləyirlər. Lakin axı, elə siz özünüz gedib onlardan pul götürürmüsünüz!

Və daha bir məqam – sivil ölkələrdə samballı faiz götürür və müraciət edən insanın imkanlarını nəzərə alırlar. Bəs Azərbaycanda necə? Kreditləri , necə deyərlər, ağına-bozuna baxmadan hamıya verirdilər.

— Hər halda, Siz öz təcrübəsində borclarla əlaqədar psixoloji pozğunluğa düçar olan adamlarla tez-tezmi üzləşirsiz?

— Təəssüf ki, bu, çox tez-tez baş verən haldır. Yalnız məndə bir həftə ərzində 5-6 belə xəstə olur. Bu isə inanın ki, az deyil. Onlarda güclü psixoloji, bəzi hallarda isə hətta psixiatriya pozuntusu olur. Birinin öz tanışına, ikincisinin banka, üçüncüsünün isə sələmçiyə borcu olur.

— Əgər insan borcu ödəyə bilmirsə, özü üçün çıxış yolu axtarır. Bəs hansı variantlar mövcuddur?

— Birincisi, özünü öldürmək. İkinci – özünü və sələmçini öldürmək. Üçüncü – qaçmaq. Dördüncü – gəlmək və demək ki, pul yoxdur, nə istəyirsən, et.

İnsanlarda tez-tez depressiya, sayıqlama ideyaları yaranır, belə xəstələrdə biz tez-tez qallüsinasiyalarla rastlaşırıq. Elə buradan da tez-tez baş verən intihar halları.

Мəmməd Мəmmədzаdə