Çexiyanın Xarici İşlər Nazirliyinin məlumatına əsasən, çex sahibkarları Azərbaycana 2040-cı ilə qədər 70 yeni metro stansiyasının tikilməsi planlaşdırılan Bakıda metro inşasında, eləcə də yeni şosse və magistralların çəkilməsində yardım edə bilərlər. Bu barədə avropa.info xəbər verir.

Qeyd edək ki, Çexiya Azərbaycanla strateji əməkdaşlıq əlaqələri qurmaq istəyir. Hazırda Çexiya şirkətləri Azərbaycana qurğular, şüşə, avtomobillər və kimyəvi təmizləyici vasitələr ixrac edir.