Bu gün səhər Azərbaycanın Salyan rayonunda EVRASCON şirkətinin Ələt-Astara avtomobil yolunu inşa edən 400 nəfərə yaxın fəhləsi etiraz aksiyası keçirərək, Kür çayı üzərindəki körpüdə avtomobillərin hərəkətini dayandırmışlar.

Haqqin.az”ın verdiyi xəbərə görə, fəhlələrin bircə tələbi olmuşdur – 5 aydan bəri almadıqları əmək haqlarının ödənilməsi. Aksiya 1 saatadək davam etmişdir. Hadisə yerinə gələn polis əməkdaşlarının etirazçılarla apardıqları danışıqlardan sonra fəhlələr aksiyanı dayandır mağa razı olmuş və körpüdə hərəkət bərpa olunmuşdur. Aksiya iştirakçılarından saxlanılan olmamışdır.

Şirkət rəhbərliyl nümayəndələri gün ərzində onların əmək haqlarının ödənilməsinə başlanacağına söz vermişdir.

Qeyd edək ki, EVRASCON şirkətinin 232,7mln.manat həcmində kredit borcu var ki, bunun 67,5mln. manatı banklardan götürülmüşdür.