Kimisi illərdir uşaq arzusundadır, kimisi də arzuolunmaz uşaqlardan canını qurtarmaq arzusunda. Ötən il qeyri-leqal abortlar da daxil olmaqla, ikincilərin sayı 27220 olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, onların 1023-ü ilk dəfə hamilə olmuş qadınlar tərəfindən həyata keçirilib.

Abortlar daha çox 25-34 yaşlı qadınlar tərəfindən edilib. Ümumilikdə, ötən il 15-17 yaşlı qadınlar tərəfindən 88, 18-19 yaşlı qadınlar tərəfindən 1073, 20-24 yaşlı qadınlar tərəfindən 5738, 25-29 yaşlı qadınlar tərəfindən 8365, 30-34 yaşlı qadınlar tərəfindən 7756, 35 yaşdan yuxarı qadınlar tərəfindən isə 4200 abort olunub.

Ötən il ölkədə 5,5 min vaxtından əvvəl uşaq doğulub. Bu cür uşaqların anadan olması, əsasən anaların əvvəllər tez-tez abort etməsi ilə əlaqədardır.

Qeyd edək ki, Azərbaycanda dölün 12 həftəsinədək abort etdirmək ananın müstəsna hüququdur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here