Azərbaycan filmləri 16-cı “Altın Safran” Beynəlxalq Sənədli Filmlər Festivalında iştirak edir.

Türkiyənin Safranbolu şəhərində keçirilən bu festivalda Azərbaycanı iki film təmsil edəcək. Rejissor Adil Azay dövlət sifarişi ilə “Yaddaş” studiyasında çəkdiyi “Xəlvətdə qalmış müdrik” və “Azanfilm” studiyasına çəkdiyi “Vulkanın nəfəsi” sənədli filmləri festivalda nümayiş olunacaq.

Qeyd edək ki, “Xəlvətdə qalmış müdrik” filmi görkəmli sufi filosofu, “Xəlvətiyə” təriqətinin yaradıcısı Seyid Yəhya Bakuvidən, “Vulkanın nəfəsi” filmi isə Azərbaycanda geniş yayılmış palçıq vulkanlarından bəhs edir.