SSRİ-nin süqutundan sonra Azərbaycanda demokratiya və suverenlik ollmadığından, vaxtilə dünyəvi, eləcə də Avropa Azərbaycanı bu gün inamla, özü də ən primitiv formalarda islamlaşmaya doğru irəliləyir,- deyə Azərbaycan şərqşünas və politoloqu Zərdüşt Əlizadə Moskvada SSRİ-nin dağılmasına təkan verən 1991-ci il avqust hadisələrinin 25-ci ildönümü ərəfəsində Azərbaycanın müstəqillik illərində təşəkkül və inkişafı haqqında jurnalist Artur Priymaka söz açaraq öz fikrini bildirmişdir.
Aşağıda müsahibənin ixtisar olunmuş versiyasını təqdim edirik.
SSRİ-nin müsəlman bölgələrində yenidənqurma dalğasında vəhhabiliyin təbliğatçı və tərəfdarları ayağa qalxdılar. Əvvəlcə onlar necə deyərlər, bir növ demokratları mimikrasiya edib yamsıladıqlarından, nə «demokratik» mitinqlər üzrə öz «yoldaşları», nə də başda Yeltsin olmaqla «gənc Rusiya demokratiyası» rəhbərlərinin etirazlarına səbəb olmamışdılar. Məlumdur ki, Zəlimxan Yandarbiyev çeçen siyasətinə sırf demokratik hərəkat — «Vaynax demokrat partiyası»nın, Mövladi Uduqov isə, “Bart” (Birlik) milli-demokratik gənclər hərəkatının lideri kimi daxil olmuşdu. Orta Asiyanın Тuraconzoda qardaşları kimi islamçıları həmçinin siyasi trendə sırf islam deyil, demokratik dalğada gəlmişlər. Ənənəvi müsəlman respublikası Azərbaycanda belə şeylər olmuşdumu?
Vəhhabilik 18-ci əsrdə İngiltərə xüsusi xidmət orqanları tərəfindən indiki Səudiyyə Ərəbistanı ərazisində yaradılmışdır. Siz, indi Qərbin vəhhabiliyin köməyi ilə Məhəmməd Əbdülvəhhab dövründə olduğu kimi eyni müstəmləkə siyasətini davam etdirməsi fikrində haqlısınız. İndi İŞİD-dən tutmuş «Əl-Qaidə»yədək (hər iki təşkilat RF-da qadağandır) bütün terrorist islamçı təşkilatlar spektri Qərbin xüsusi xidmət orqanları tərəfindən dəstəklənir. Nə üçün? Qədim Roma «parçala və hökm sür» prinsipinin həyata keçirilməsi üçün. Şərq, müsəlman ölkələri Qərbin bu terror alətlərinin tətbiqindən sonra hərc-mərclik və xaos vəziyyətinə düşür, Qərb ölkələri isə bundan qazanır. İŞİD və «Əl-Qaidə» terrorçularını daha nəyə görə yaratmışlar? SSRİ-nin süqutundan sonra hərbi-sənaye kompleksinə nəzarətsiz olaraq milyon dollarlar sərf etmək və bundan əfsanəvi surətdə varlanmaq üçün daha beynəlxalq düşmən obrazı qalmamışdı. Korrupsiyalı maliyyə-siyasi sxemlər üçün terrorizm hər şeydən daha çox yararlı idı. Əvvəlcə, Faust retortasından bir qomunkula kimi İŞİD yaradırlar. Daha sonra isə Barak Hüseynoviç Obama bəyan edir ki, beynəlxalq islamçı terrorizmə qarşı mübarizə on illərlə davam edə bilər. Dünya birliyi ahu-zar edir. Ancaq biz uşaq deyilik. Biz başa düşürük ki, bir halda ki, ABŞ-da İŞİD-ə qarşı on illərlə mübarizə aparacaqlarını bildirirlər, deməli, bu yalnız bir şeydən xəbər verir: Qərb həmin terrorçulara bu və ya digər formada nəinki on il, bütün əlli il boyu dəstək olacaq. Ağ evin Oval kabinetində birinci şəxsin dəyişməsi buna heç cür təsir etmir. Bill Klinton, ata və oğul Buşlar da indi Obama kimi islamçı terrorla qarşılıqlı faydalı münasibətlərin eyni formatında əməkdaşlıq etmişlər. Məncə, elə Obamanın varisi də bu yolu tutacaq. Qərb demokratiyasının daxili təbiəti belədir.
SSRİ-nin süqutundan sonra Azərbaycanda demokratiya və suverenlik ollmadığından, vaxtilə sekulyar(dünyəvi) və Avropa Azərbaycanı bu gün inamla, özü də ən primitiv formalarda islamlaşmaya doğru irəliləyir. Hər hansı digər dünya dinləri kimi, islam da ən müxtəlif aspektlərə malikdir: dünyagörüşü, fəlsəfi, soterioloji…Bunun əvəzində isə, bizim ölkədə indi yalnız ayinlər, bu ayinlər üçün pul qoparmaq , küt və avamlıqla insan və cəmiyyətin digər inkişaf yolunu qəbul etməmək, hər hansı fərqli düşüncə və dünyagörüşünü qəbul etməmək. İndi Azərbaycanda məhz bu küt primitiv islamlaşma baş verir.
Əgər iyirmi il əvvəl məndən Azərbaycanda islamlaşmaya hansısa bir şansın olduğunu soruşsaydılar, mən o ki var gülərdim. Ancaq indi mən dəhşətlə onu deyirəm ki, bəli, bu baş verir və davam edəcək. Niyə? Cəmiyyətin bütün alternativ quruluş modelləri — sosializm, liberalizm, dünyəvi millətçilik və s. — bütün bunlar iflasa uğramışdır. Bizim ölkədə rəsmən qabarıq ifadə olunmuş milli trendlə hər şey «ərəb baharına»aparır.
Ərəb baharı isə öz növbəsində, millətçi ərəb rejimlərinin böhran və tənəzzülünün nəticəsi oldu. «Baas» partiyası öz əvvəlki şəklində fəaliyyətini çoxdan dayandırmışdı. Keçmiş baasçıların çoxu hara gəldi səpələnmişdi: kimi Qərbə, kimi İŞİD-ə. Təhsilim üzrə mən ərəbşünasam, Yaxın Şərqdə işləmişəm. Bilirəm ki, Suriya, Liviya, Yəmən, Misir və Sudandaki böhran Qərbin intriqaları sayəsində mümkün oldu. Amma bununla belə, bu böhran həm də daxili səbəblərlə, məhz hakim aparatın ölkə və onun xalqlarını burulğan zonasından çıxarmaq üçün dağıdıcı destruktiv meylləri aradan qaldırmağa qadir olmaması ilə də diktə olunurdu. Nəticədə, pan-ərəbizm və баасизм xarabalıqları altından ən kobud və bəsit formalarda islamçılıq üzə çıxdı. Azərbaycanda isə o, elə ölkədəki mövcud siyasi və ictimai şərait sayəsində yetişdi. Bizdə yaşlı olanlar, ya sovet modelinə etimadını itirərək məyus olur, ya da o zamanları geriyə qaytarmağın qeyri-mümkünlüyünü başa düşürlər. Gənclər sovet dövrünü ümumiyyətlə xatırlamır. Bizim insanların gözləri qarşısında yalnız bugünki həqiqət — korrupsiya və kirvəçiliklə qanuniləşmiş, tənəzzülə uğramış iqtisadiyyat, mədəniyyətsiz, boz, ümidsiz hazırki həyat və qorxuducu gələcək durur. Nəfəslik, çıxış yolu — guya, bəşər tarixinin ən mükəmməl və ədalətli dövrü olan Məhəmməd peyğəmbər dövrünü əks etdirən islamdadır. Bu primitiv nağılı daha fəal pərəstişləndirib təbliğ edənlər vəhhabilərdir.
Bu uzun haşiyədən sonra sizin sualınıza cavab verəcəyəm. SSRİ-nin süqutu dövründə Azərbaycanda əlbəttə, islam qüvvələri var idi. Ancaq onlar siyasətdə tamamilə marginal rol oynayırdılar. Hakimiyyətə can atan trayb, tayfaçı qüvvələr daha əhəmiyyətli idi. Bu trayb qüvvələrində ümumxalq sərvətini öz şəxsi istifadəsi üçün əldə etmək istəyən partiya və sovet nümayəndələri cəmləşirdi. Onlar buna nail olandan sonra, keçmiş partiya katibləri və icra komitəsi məmurları Rusiyada olduğu kimi, ilk milyoner və milyarderlərə çevrilməyə başladılar.
Siz yenidənqurma dalğasının demokratı kimi indi, 1991-ci ilin avqustundan 25 il keçəndən sonra bütün SSRİ-nin «gənc demokratlarını» onun yenidən qurulmasına çağrıldıqları sovet sisteminin demontajının nəticələrini necə qiymətləndirirsiniz?
1991-ci ilin avqustundan sonra bizdə əlbəttə, əvvəllər olmayan xeyli azadlıqlar ortaya çıxdı: yaşayış və iş yerlərini seçmə azadlığı, Sov.İKP şəhər komitəsi və DTK-nın vizası olmadan dünya səyahəti, ali məktəbdən sonra işləmək üçün təyinatla yox, özün istəyən yerə getmək hüququ. Ümumiyyətlə heç işləməmək də olar ki, bu, sovet dövründə mümkün deyildi. Amma sivil baxımdan bütün postsovet respublikaları əsr yarım geri düşmüşlər. Biz Azərbaycanda 1991-ci ildə düşünürdük ki, DTK-nın hökmranlığı və bürokratik ittifaq Mərkəzinin diktatından azad olmuşuq və Qarabağı öz qüvvələrimizlə qaytara bilərik. Lakin biz hər şeyi itirdik. Azərbaycan müstəqil dövlət oldu. Ancaq biz demokratiyanı qəti şəkildə itirmiş olduq. Biz Sovet İttifaqında aparıcı yerlərdən birini tutan bütün elmi-texniki potensialımızı itirdik. Misal üçün: sovet dövründə Azərbaycan SSR dünyanın 67 ölkəsinə dəzgahlar və mürəkkəb cihazlar ixrac edirdi. İndi Azərbaycan yalnız neft, qaz və kiçik çeşiddə kənd təsərrüfatı məhsulları ixrac edir. Müstəqillik illərində, 1991-ci ildən indiyəcən azərbaycanlılar çox böyük sivilizasiya fəlakətinə məruz qalmışlar. Biz inkişaf etmiş aqrar-sənaye dövlətindən Qərbin xammal müstəmləkəsinə dönmüşük. Digər keçmiş sovet respublikaları da eyni aqibətlə üzləşmişlər.
İnciməyin, amma elə həmin aqibəti, monoprofil xammal iqtisadiyyatı ilə tənəzzül etmiş ölkə taleyini indiki Rusiya Federasiyası da yaşayır. Qalib məlumatlara baxmayaraq, Rusiyanın elmi-texniki tənəzzülü şəxsən məndə şübhə doğurmur. Bununla yanaşı, Moskva orada yaşayan milyarderlərin sayına görə Nyu-Yorkdan sonra ikinci belə şəhərdir. Ən dəhşətlisi əlbəttə, vaxtilə güclü sənaye ölkəsi olan Ukrayna ilə baş verənlərdir. Hazırda Ukrayna dünyanın üçüncü növ, hətta üçüncü yox, dördüncü növ dövlətidir. Bu baxımdan o, Somali ilə yanaşı durur.
Zaman keçdikcə əhalinin böyük hissəsinin kasıblaşdığı, az hissəsinin isə çox sürətlə varlandığı durum bütün postsovet məkanında saxlanılır. Rusiyada kütləvi kasıblaşma üzərində Şimali Qafqazın kriminala yaxın Мiхаil Fridman, German Qref, Arkadi Dvorkoviç, İqor Şuvalov kimi siyasi baronları zənginləşirlər və s. Azərbaycanda isə bu, “köhnə” Əliyevв qvardiyası — Аbutalıbovlar, Heydərovlar, Меhdiyevlər, Eyyubovlar, həmçinin — Ağalarovlardır. Və Ermənistanda da eyni vəziyyətdir — bütün ölkə onsuz da dilənçi vəziyyətdə olan Ermənistanı kimə gəldi topdan və pərakəndə satan oliqarxların əlindədir. Bütün bu qondarma «elitalar» yalnız idiosinkraziya (bir növ allergiya, antipatiya) və nifrət doğurur.
Material EADaily nəşri əsasında hazırlanmışdır