Səliqəli və xudmani Yerevan həyətləri…Ermənistan paytaxtı sakinlərinin məişətilə məhz burda taniş olmaq mümkündür. Belə həyətlərin demək olar ki, hər birində yerli qocaların yığışıb keçmişlə bağlı qeyri-adi tarixçələr danışdıqları, kart, dama və sahmat oynadıqları “besedka” – köşk vardır. Ancaq onların əv sevimli stolüstü oyunlarından biri nərddir.
Şeş-beş, iki-bir, dü-barə… Bu sözləri mən bizim evdə qonaqların toplaşıb “asığ” yaxud “maça” (anatomiyada aşıq sümüyü) ataraq, mənə tanış olmayan sözlər işlətdikləri vaxtdan xatırlayıram. Bir qədər böyüyəndən sonra atama məni də öyrətməyi təkid etdim. Nərd o vaxt, hələ məktəbli olarkən bizim də aramızda sevimli və populyar oyuna döndü. Yay tətili zamanı dostlardan birinin evi yaxud həyətinə toplaşıb nərd oynayar, oyunda qalib gələnə 90-cı illərdə də populyar olan mars yaxud snikers şokoladı çatardı.
Nərd: biz bu oyun barədə nə bilirik?
Bu qədim şərq oyununun vətəni indiyəcən məlum deyil. Ancaq insanların artıq 5000 ildən də çox müddət ərzində nərd oynamaları na dair tarixi dəlillər mövcuddur. Belə ki, ən qədim nərd taxtası müasir İran ərazisində tapılmışdır ki, onun yaşı eramızdan təxminən 3000 il əvvələ müəyyənləşdirilir.Bu oyunun analoqu həmçinin, faraon Tutanhamonun (eramızadək XV) sərdabəsində də aşkar edilmişdir. Şübhəsiz, qədim nərdlər başqa cür təsir bağışlayırdı, onlar, eləcə də zərlər əsasən daşdan hazırlanır, ancaq gil variantından da istifadə olunurdu.
Öz şərq köklərinə baxmayaraq, bu oyun bütün dünyada çox geniş yayılmış və hər bir ölkədə onun öz ayrıca adı var. İspanlar onu sadəcə olaraq “stolüstü oyun” – tablero, italyanlar – tavola reale, fransızlar – trictrac, ingilislər isə backgammon adlandırırlar. Əlavə edim ki, nərd oyunu qaydalarının müasir variantı 1743-cü ildə ingilis Edmond Hoyl tərəfindən işlənib hazırlanmışdır.
Ermənilərə gəlincə, bizim üçün nərd sadəcə oyun yox, özünəməxsus həyat tərzidir. Nərdi hər yerdə oynayırlar – evdə, qonaq gedəndə ,onu hətta şəhər kənarına seyrə və təmiz havada dincəlməyə çıxarkən belə özlərilə götürürlər.Nərd, həmçinin bu stolüstü oyun sərrafları üçün layiqli hədiyyə ola bilər. Yerevanın mərkəzində hətta nərd oyunçusuna abidə də qoyulmuşdur. Oyunçu üçün ikinci yer həmişə azaddır: kim istəsə, onun yanında əyləşib şəkil çəkdirə bilər.
Bəlkə də təvazökar səslənməsin, ancaq ermənilər həmişə fərasətli və ixtiraçı xalq olmuş, təkcə əldə edilənlə kifayətlənməmişlər. Budur, soydaşımız, Ermənistandan olan mühəndis Nerses Nersisyan yeni oyun – üç nəfərlik nərd icad etmişdir.Yeranard (erməni dilindən tərcümədə – üç nəfərlik nərd) Ermənistanın intellektual mülkiyyət agentliyində 1863 A2 sayı aitında patentləşdirilmişdir.
“ Dalma News ”lə söhbət zamanı ixtira müəllifi bildirmişdir ki, üçtərəfli nərd daha uzun və mürəkkəbdir.Bununla belə, ənənəvi nərddən daha maraqlıdır, axı burda artıq üç nəfər üçün düşünməli olursan. Oyunun qaydası demək olar ki, fərqlənmir. Ancaq oyunun yeni versiyasında bir meydança artmış olur. Qara və ağ damalara 15 qırmızı damadan ibarət daha bir komplekt əlavə edilmişdir.
“Nərd və real həyat arasında parallel aparmaq olar. Həyatda üzbəüz oturan şəxs heç də sizin daimi rəqibiniz olmur. Çox vaxt üçuncu şəxs peyda olur ki, o, bütün gedişləri qarışdırıb, vəziyyətdən öz xeyrinə istifadə edə bilər. Üçnəfərlik oyunda da belədir: oyunun iki iştirakçısı üçüncünü “məhv” etmək, məqsədilə onun əleyhinə birləşə bilər, lakin vəziyyət və damaların təqsimindən asılı olaraq bir oyunçunun müttəfiqi asanlıqla onun rəqibinə çevrilə bilər”-deyə Nerses Dalma Newslə bölüşür.
Yeranərdlər tədricən bu oyun həvəskarları tərəfindən populyarlıq qazanır. Nerses artıq dörd milli turnir keçirməyə müvəffəq ola bilmişdir. Əlavə edim ki, bu il Yerevan bələdiyyə idarəsi “Erebuni-Yerevan” Şəhər gününə həsr olunmuş tədbirlər çərçivəsində turnir keçirməyi vəd etmişdir. Ənənəvi nərd oyunları üzrə beynəlxalq turnirin keçirildiyi Monte-Karlo timsalında üçtərəfli nərdi populyarlaşdirmaq üçün isə, Nerses Yeranərd üzrə beynəlxalq yarışların əsasını bilavasitə Ermənistanda qoymağı təklif edir.
Son zamanlar mən gənclərin ənənəvi nərddən uzaqlaşıb onun onlayn versiyasına üstunlük vermələrinin şahidi oluram. Əlbəttə, mobil variant formatı daha rahat və hər kəs üçün əlçatandır. Son materiallardan birində mən Ermənistanda İT-nın mobil qoşumlar sahəsinin fəal inkişafı haqqında yazmışdım. Erməni proqramistləri Nersesin kəşfinə nəzər salıb, onu bütün dünyaya artıq mobil formatda təqdim edə bilərlər. Bu münvalla, beynəlxalq turnirlərin keçirilməsi, mobil əlavənin işlənib-hazırlanması sirf erməni oyunu -Yeranərdin populyarlaşması işində öz böyük rolunu oynayardı.