Cənubi Qafqaz bu bölgədə yerləşən hər üç ölkənin çoxillik münaqişələrə cəlb olunması üzündən tarazlığını itirmiş qeyri-sabit zona olaraq qalır. Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə uzunmüddətli münaqişəsi var, Dağlıq Qarabağ isə Azərbaycanla Ermənistan arasında nifaq almasına dönmüşdür.

Bu münaqişələri bir qayda olaraq, dondurulmuş adlandırmaq qəbul olunub, lakin son illərin hadisələri göstərdi ki, onların donu kifayət qədər asan açılır və heç bir ekspert bunun nəticələrini qabaqcadan yozmağa qol qoymaz. Təsadüfi deyil ki, ötən ilin aprelində Azərbaycan-ermənistan təmas xəttində gərginliyin artması bütün dünyanı narahat etmiş və münaqişəyə son qoyulması üçün böyük və güclü dövlətlərin müdaxiləsi lazım gəlmişdi.

Tərəflər dörd günlük qarşıdurmanın nəticələrini tam əksinə qiymətləndirib səciyyələndirirlər. Azərbaycan öz danılmaz və gerçək uğurunu bəyan edir, Ermənistan isə məhz Azərbaycanın məcbur olub ikinci dəfə hərbi toqquşmalara xitam verməyə yardım göstərmək xahişilə Moskvaya müraciət etdiyini bildirir. Karbohidrogenlərə maliklik Azərbaycana öz hərbi potensialını xeyli artırmaq, özü də eyni zamanda müxtəlif istiqamətlərdən hərəkət etmək imkanı verir. Azərbaycan Cənubi Qafqazdaki mövqelərini möhkəmləndirmək məqsədi ilə də öz böyük səylərini əsirgəmir.

Azərbaycan, Türkiyə və Gürcüstanın özünəməxsus üçlər ittifaqı konturlarının getdikcə daha dəqiqləşdiyi adi gözlə belə aydın görünür. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov lap jaxınlarda növbəti rəsmi səfərlə Gürcüstan paytaxtına yola düşmüşdür ki, orda nazir nəinki təkcə öz gürcü həmkarı Levan İzoriya, həmçinin ölkənin baş naziri Georgi Kvirikaşvili ilə də görüşmüşdür.

Bundan əlavə, Azərbaycan nümayəndə heyəti Tbilisidə Qəhrəmanlar Meydanında Gürcüstanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinə ucaldılmış monumentin önünə təntənəli şəraitdə əklil qoyub onların xatirəsini yad etmişlər. Bu, heç də, yalnız sadəcə olaraq diplomatik etiketə riajət deyil, həm də Azərbaycan və Gürcüstanın eyni vəziyyətdə olmalarına, eyni problemlərlə qarşılaşmalarına və öz dövlətlərinin ərazi bütövlüyünün bərpası üzrə eyni vəzifələrə malik olmalarına işarədir.

236059626

Gürcüstan ərazisində, Batumi şəhərində həmçinin Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilmişdir. Artıq beş ildir ki, hər üç ölkə öz səylərini hərbi sahədə daha sıx əlaqələndirirlər. Azərbaycan rəhbərliyi artıq dəfələrlə və bütün səviyyələrdə ATƏT-in Minsk qrupunun himayəsi altında sülh danışıqlarından öz məyusluq və ümidsizliyi, bu danışıqların faydasızlığıından söz açmaqla, vurğunu ölkənin ərazi bütövlüyünün bərpasının mümkün yolunun güc variantı olması üzərinə qoymudur.

Bu baxımdan, Türkiyə ilə sıx müttəfiqlik münasibətləri xüsusi əhəmiyyət kəsb edir və Gürcüstan mühüm tranzit dəhlizinə dönür. Cənubi Qafqaz haqlı olaraq mürəkkəb məkan hesab edilə bilər ki, burada sanki qəribə naxışlara zahirən diametral zidd faktorlar qarışıb dolaşmışdır.

Rusiya Ermənistanın rəsmi müttəfiqi olmaqla, onun rəqibini müasir silahlarla təchiz edərək öz müttəfiqinə hərbi pariteti qorumaq imkanları yaradır. Azərbaycanın ən böyük müttəfiqi olan Türkiyə özünü tamamilə qəti aparır. O, Ermənistanla sərhəddi bağlayır və Azərbaycana həm hərbi, həm iqtisadi, həm də siyasi baxımdan maksimal dəstək göstərir.

Hamıya məlumdur ki, Türkiyə Azərbaycan dövlətinin mövcudluğunun ilk günlərindən ona silahlı qüvvələrinin formalaşmasında böyük yardım göstərmişdir. Odur ki, Türkiyə-azərbaycan Silahlı Qüvvələrinin birgə təlimlərinin keçirilmə faktı heç kimdə təəccüb doğura bilməz.

İran amilini də unutmaq olmaz. Min illər boyu Cənubi Qafqazda İranın öz maraqları və o, Osmanlı Türkiyəsinin barışmaz rəqibi olmuşdur. Və bu gün o, uzun illər ərzində Qərb tərəfindən blokadaya sakit nifrətlə yanaşan güclü regional dövlətdir ki, beynəlxalq aləmdə öz mənafeyini yalnız fəallıqla deyil, həm də çox uğurla güdürdü.

Əgər bir çox ekspertlər Gürcüstanın Türkiyə və Azərbaycanla müttəfiqlik münasibətlərini kifayət qədər hesab edirlərsə, onda etiraf etmək lazımdır ki, Ermənistanla İran arasındaki gözəl münasibətlər heç də az paradoksal təsir bağışlamır. Beləliklə, güc variantı Azərbaycana nə fayda gətirə bilər, əgər Bakı buna qərar versə, o nə ilə nəticələnə bilər?

Rusiya istənilən qədər silah alveri edə bilər, amma hamıya aydındır ki, əgər o öz müttəfiqi Ermənistana yardım göstərməcə, bu, onun beynəlxalq reytinqinə ən fəlakətli təsir göstərəcək və onda çətin ki, bu dünyada kimsə ona ciddi ümid bağlayacaq. Sovetlər İttifaqının süqutu demək olar ki, Rusiyanı Zaqafqaziyadan çıxaracaqdı, lakin bu gün o, Gümrüdə hərbi bazasını, Abxaziya və Cənubi Osetiyada hərbi-siyasi təsir sahələrini qoruyub saxlayır. Hamıya aydındır ki, Rusiyanın regiondan gedişi Şimali Qafqazdakı vəziyyəti kəskin surətdə — ta fəlakətli dərəcəyədək çətinləşdirib mürəkəbləşdirə bilər. Bu mənada hamıya bəlli olmalıdır ki, Rusiya hadisələrin bu cür inkişafına imkan verməyəcək.

a_4197

Digər tərəfdən, yetərincə bənzərsiz, qeyri-standart məcələ yaxud sual ondan ibarətdir ki, Türkiyə Azərbaycan üçün nə qədər sərfəli müttəfiqdir? Onun ölkədə diktator səlahiyyətinə nail olmuş rəhbəri Rəcəb Təyyib Ərdoğan öz qeyri-müəyyənliyi ilə artıq dünyanı dəfələrlə təəccübləndirmişdir. O, avropalıları demək olar ki, Türkiyənin qarşısında qapıları bağlamağa vadar etməklə Avropa ittifaqı ilə əlaqələri tamamilə korlanmışdır. O, islamçıların köməyilə destablizəyə yol vermiş və Suriyaya soxularaq bu ölkədəki qanlı münaqişədə fəal iştirak etmişdir. O, ABŞ, Rusiya və İsraillə kəskin münaqişələrə yol vermiş, sonra isə öz kursunu 180 dərəcə dəyişmişdir.

Batumi görüşündə terrorçuluğa qarşı mübarizədən də söz açılmışdır. Ölkə ərazisində qətlə yetirilmiş on minlərlə kürdün faciəsi olmasaydı, Türkiyənin hərbiyyə naziri Fikri Işıkın dilində bu cür deyimlər komik təsir bağışlayardı. Axı, burada terrorçuların sırasına həm qadınlar, həm qocalar, həm də uşaqlar daxildir.

Azərbaycan rəhbərliyində belə bir qorxu ortaya çıxmırmı ki, belə dost və müttəfiq öz dostluğu ilə xeyir və faydadan daha çox zərər gətirərək dostluğu gözdən sala bilər. Üstəlik, Türkiyənin hər hansı bir müdaxiləsinin ardınca dərhal ərazi cəhətdən Azərbaycana xeyli dərəcədə daha yaxın olan İranın müdaxiləsi gələ bilər.

Görəsən, Azərbaycan rəhbərliyinə Canni Rodarinin xoşməramlı nağılndaki şahzadə Limonın sözlərini xatırlamaq yerinə düşməzdimi: «İlahi, məni belə dostlardan xilas et, düşmənlərdən isə özüm bir təhər qurtararam».

Зейнал Байрамов (Баку), специально для EADaily