Gürcü paytaxtında “Dünya sarsıntılar dövründə: kim tab gətirə bilər?”mövzusunda Beynəlxalq Qafqaz mediaforumu keçmişdir ki, onun işində Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya aparıcı KİV-nin baş redaktorları və gənc jurnalistləri iştirak etmişlər. İkigünlük tədbir zamanı iştirakçılar regional təhlükəsizlik, eləcə də dünya və regional böhranın Cənubi Qafqazın media məkanına təsiri kimi aktual mövzuları müzakirə etmişlər.

Tbilisdəki birinci beynəlxalq Qafqaz forumuna qonaq timsalında “Komsomolskaya pravda” qəzetinin baş redaktoru Vladimir Sunqorkin, “Russkiy reportyor” jurnalının baş redaktoru Vitalı Leybin və Dövlət teleradio verlişləri şirkətinin icmalçışı Kirill Privalov, “Qovorit Moskva” radiostansiyasının direktoru Vladimir Mamontov, “Yaxın Şərq institutu” müstəqil elmi mərkəzin direktoru Yevgeni Satanovski, eləcə də Dünya iqtisadiyyatı və beynəlxalq əlaqələr institutunun direktor müavini, Rusiya Elmlər akademiyasının müxbir üzvü Aleksey Kuznetsov təşrif buyurmuşlar.

12227574_738049899634355_6573914380586710494_nMediaforum çərçivəsində “Böyük Vətən müharibəsi və jurnalist etikası” mövzusunda dəyirmi masa keçirilmişdir. Mediaforumun iştirakçıları region ölkələrinin İnformasiya məkanında İkinci dünya müharibəsi hadisələrinin müasir təsvır tendensiyalarından söz açmışlar. Forum çərçivəsində həmçinin Gürcüstan, Ermənsitan və Azərbaycandan olan gənc jurnalistlər (25-35 yaş) üçün ayrıca master-klasslar (ustad dərsləri) keçirilmişdir. Rusiya KİV-nin aparıcı ekspertləri onlara reportaj jurnalistikası, uğurlu müsahibənin sirrləri haqqında danışmış, həmçinin yeni kütləvi KiV kimi sosial şəbəkələrin spesifikasını izah etmişlər. Bundan əlavə, spikerlər müasir anlaşılmaz informasiya mühitində necə istiqamət götürməkdən söz açmışlar. Forumdaki çıxışların ümumi ovqatına gorə, dünyəvı dəyişikliklərlə yanaşı müasir KİV-də həmçinin bəzi proseslər də var. Spikerlərin fikrincə, bəşəriyyət hələ yaxınlarda bir neçə telesirkət, informasiya agentlikləri və qəzetlər tərəfindən təsis olunmuş ümumi gündəmə malik deyil. Odur ki, media dünyasının müasir qrandları öz auditoriyasını itirir, oxucu və tamaşaçı sosial şəbəkələrə keçir.

Bununla əlaqədar, Tbilisinin “Ambassador” mehmanxanasına toplaşmış qonaqlar ümumi problemə cavab tapmağa çalışırdılar: görəsən, qlobal dəyişikliklər epoxasında yeniliklər və analitik jurnalistikası bir janr kimi qalacaqmı? Yaxud oxucu və tamaşaçı sosial şəbəkələri üstün tütaraq öz seçimini etmis və onların ağlına ciddi qida gərək deyil.

img_3993_0Dalma Newslə söhbətində həmçinin tədbirin həmtəşkilatçışı, “Şimal-Cənub” politologiya mərkəzinin icraçı direktoru Yuliya Yakuşevanın bildirdiyi kimi, jurnalistika praktiki fəaliyyətlə yanaşı, həm də incəsənətdir. Onun sözlərincə, çoxları bu sahəyə jurnalist təcrübəsi, bəzən bu ixtisasın spesifikası və jurnalistə lazım olan texnologiyalara dair təsəvvüru olmadan gəlirlər.

“Çox vaxt gənc jurnalistlər müsahibəni necə düzgün aparmağa dair təsəvvürə malik olmur və bunu özləri bildikləri kimi edirlər. Halbuki, burda xeyli texniki biliklər, məsələn: “qaynar nöqtələr” və ya münaqisə zonalarında necə işləməyi bilmək lazimdır. Forumum məqsədi jurnalistlərin işinin keyfiyyətini yüksəltmək, jurnalistlərin sosial şəbəkələrlə necə rəqabətə girmək və oxucular üçün maraqlı olmaq təcrübəsi qazanmaqdır”,- deyə Yuliya Yakuşeva bildirmişdir.
Onun sözlərincə, belə forum Tbilisdə 2013-2014-cü illərdə keçirilmiş, ancaq budəfəki forum həm iştirakçıların miqdarı, həm də müzakirə olunan movzular baxımından daha geniş əhatə kəsb edirdi ki, onların arasında dunya istisadiyyatı və beynəlxalq problemləri, münaqişələrin sayının artması və sairə xüsusi yer tuturdu. Bununla əlaqədar adamlarda “dördüncü hakimiyyətin” onlara kömək edə biləcəyi düzgün məlumat almaq zəruriyyəti yaranır.

Cənubi Qafqaz ölkələri həm müasir beynəlxalq siyasət, həm də KİV gündəmının məsələlərinin periferiyasına düşməməlidirlər.
Forumun təşkilatçıları Qafqaz jurnalistlərini müvəffəqiyyət və inkişaf yollarını axtarıb tapmağa çağırmışlar. Ancaq hər halda başlıcası – professional jurnalistika və bloqlar arasında yeni sərhəddin hardan keçdiyi, müharibə və münaqişələrin işıqlandırılmasında jurnalistlərin üzərinə hansı məsuliyyətın düşdüyünü aydınlaşdırmaqdır.

0“Corcian tayms” xoldinqinin prezidenti, həmçinin tədbirin həmtəşkilatçısı Malxaz Qulaşvilinin sözlərincə, noyabrın 13-14-də Tbilisigəki foruma maraqlı adamlar gəlmişlər. Onun üçün gürçü, erməni, Azərbaycan və Rusiya jurnalist, eləcə də politoloqlarının rəyini dinləmək çox maraqlı idi. Onun sözlərincə, mediaforumun Tbilisdə keçirilmə faktının özü gürcü paytaxtının özünəməxsus priotetindən, eləcə də Rusiyanın “Qafqazda Gürsüstanın rolunu etirafıngan” xəbər verir.

“Gələnlərin hamısı Gürcüstana pozitiv münasibətdə idilər. Gürcüstan üçün bu qəbildən olan konfransların keçirilməsi adamların gəlib, burda Rusiyaya qarşı heç bir isteriya olmadığını, ölkənin sabit inkişaf etdiyini gormələri üçün həmişə sərfəlidir”,- deyə Malxaz Qulaşvili vurğulamışdır.

Onun sözlərincə, günün bütün dünyanı marahat edən ən mühüm məsələsi ekstremist “İslam dövləti”nin fəaliyyətidir ki, ona müxtəlif olkələrdə müxtəlif də münasibətlər mövcuddur. Ancaq ümumi rəy ondan ibarətdir ki, bu kimi terrorçu qurumlar təhlükəlidir.
Xüsusi qeyd edək ki, gürcü jurnalistləri Rusiyanın Gürcüstanla əlaqələri normallaşdırma prosesinə başlamasına imkan yaranmasını arzuladıqlarını bildirdilər, çunki “Gürcüstanla normal munasibətlərlə o, Qafqazdaki vəziyyəti sabitləşdirmiş olur”.