Ermənistan əhalisinin əsasən ikidilli olduğu nadir ölkələrdən biridir: ermənılar hələ uşaqlıq illərindən birdən-birə iki – erməni və rus dillərini bilirlər. Digər postsovet ölkələrində olduğu kimi, rus dili ermənilərin gündəlik həyatına möhkəm daxil olaraq, neologizm, informasıya mənbəyi, xarici aləmlə ünsiyyət vasitəsinə və s. dönmüşdür. Erməni məktəblərində rus dili məcburi qaydada tədris olunur, ölkədə Rusiya -Ermənistan (slavyan) universiteti müvəffəqiyyətlə fəaliyyət göstərir ki, orda rus dilində təhsil alırlar, tədris ədəbiyyatının mühüm hissəsinin ermənidilli analoqları olmadığından hələ də yalnız rus dilli ədəbiyyatdan istifadə olunur. Bundan əlavə, Ermənistanda analoq və rəqəm sisteml Rusiya telekanalları (“Pervıy kanal”, “NTV”, “Rossiya 24”, MUZ-TV və s.) yayımlanır, Ermənistan kinotetatrlarında filmlərin çoxu rus dublyajı ilə gedir.

Sanki Ermənistanda rus dili cəhətdən hər şey yaxşı olmalıdır. Ancaq belə deyil. Bütün yaxarıda göstərilənlərə baxmayaraq, artıq neçə illər, hətta onilliklərdən bəri rus dili öz mövqeini sürətlə itirir. Əgər ermənilərin böyük və orta yaşlı nəsli bu dili hələ kifayət qədər yaxşı bilirlərsə, gənclər, özü də bu aydın görünür, rus dilini çox səthi bilirlər. İş o yerə çatır ki, gənc oğlan və qızlar erməni kinoteatrında (yeri gəlmişkən, Yerevanın iki kinoteatrından biri “Moskva” adlanır) rus dublyajı ilə göstərilən filmin nə haqda olduğunu anlaya bilmirlər. Səbəb nədir?

“Səbəb bir neçədir. Əvvəla, məktəblərdə rus dilinin tədris keyfiyyətinin çox aşağı olmasını qeyd etmək lazımdır”,- deyə bizimlə söhbətində filologiya elmləri doktoru, Yerevan dövlət yniversitetinin (YDU) ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid kafedrasının professoru Maqda Campoladyan bildirdi.

Maqda Canpoladyan
Maqda Canpoladyan

“Bü gün işlək məktəb dərslikıəri üzrə nəinki dərin biliklər əldə etmək, hətta rus dili qrammatikasına dair ilk məlumatı öyrənmək mümkun deyil. Orda uşaqlara dili mənimsəməyə kömək edən praktiki materiallar əvəzinə, krassvord və səkillər, anlaşılmaz mətnlər və onlara aid anlaşıqsız suallar daha çoxdur. Dərsliklərin keyfiyyəti o qədər aşağıdır ki, hətta şərh etmək belə çətindir.

Uşaqlar məktəbdən sonra ali təhsil ocaqlarına, o cümlədən bizim Yerevan dövlət universitetinin (YDU) rus filoloğiyası fakültəsinə gəlirlər ki, açınacaqlı vəziyyət ortaya çıxır birinci kurs tələbələrinin yalnız hər ondan biri rus dilini bilir. Mən bunu 30 il əvvəl desəydim, heç kim inanmazdı, hər şey mütləq əksinə olardı – YDU-nin filoloji fakültəsi ən seçmə fakültə idi və ora düşmək üçün güclü iddiaçıların ciddi müsabiqəsindən keçmək lazım gəlirdi”. İntəhası, Canpoladyanın sözlərincə, məktəb və rus dili tədrisinin metodikası yeganə problem deyil. “Daha bir səbəb ölkənin əmək bazarında rus dilinə tələbatın aşağı olmasında gizlənir ki, bu “ikincisi”dir. Ümumiyyətlə, humanitar elmlərə marağın azalması –
dövrün, zamanın trendidir ki, bununla obyektiv olaraq heç nə etmək olmaz. Ancaq hər halda rus dilinə marağın olmamasını təkcə belə trendlə izah etmək düzgün deyil, axı bunula yanaşı ingilis dili, roman-german qrupunun digər dilləri populyarlıq qazanırlar. İş burasındadır ki, ali məktəbi rus dilində bitirəndən sonra iş yeri tapmaq çətindir, muvafiq və qonşu ixtisaslar öz populyarlığını getdikcə daha çox itirir. Nətıcədə uşaqlarda gələcək həyat yolu seçıminin hələ erkən mərhələsində rus dilini öyrənmək motivizasiyası itir, bu istiqamət avtomatik olaraq heç olur”,- deyə müsahibimiz vurğuladı.

Professorun fikrincə, vəziyyəti yalnız bu sahədə dövlət siyasətinin korreksiyası ilə düzəltmək olar. “Rus dilinin hazırki acınacaqlı vəziyyəti qismən 90-cı illərin dil sarsıntılarının nəticəsidir ki, o vaxt erməni məktəblərində rus sinifləri bir-birinin ardınca bağlanmışdı. Əlbəttə, bu nöqsanlı qərarlar nətıcəsiz gala bilməzdi ki, bu gun onlar üzə çıxır və biz indi sizinlə məhz onlar haqqında danışırıq”,-deyən Maqda Canpoladyan qeyd etdi ki: iş təkcə belə bir dildə deyil, mədəniyyət, incəsənət, tarix, ünsiyyət və təhsildə – istənilən dilin özundə əks etdirdiklərindədir.

Bundan əlavə, Canpoladyan əmindir ki, bu məsələnin həllinə müxtəlif meydançalarda təşkil olunmus və rus dili, ədəbiyyatı və sairəyə həsr edilmiş tematik gecələr kömək göstərə bilər. Məsələn, belə bir tədbir Yerevanın “Moskva evı”ndə (Dom Moskvı) keçirilmiş, Ermənistanın beş rusdilli yazıçısı və Sankt-Peterburqdan dəvət olunmuş qonaq açıq qiraət çərçivəsində erməni oxucuları ilə tanış olub onlara öz yaradıcılıqlarını təqdim etmək imkanı əldə etmişlər. Tədbir Rusiyada Ədəbiyyat ilinə həsr olunmuşdu.

Liana Şahverdyan “Nöqtələr” kitabından bir parça oxuyur
Liana Şahverdyan “Nöqtələr” kitabından bir parça oxuyur

Müəlliflər demək olar ki, tamamilə muxtəlif idilər. Birinci olaraq yazıçı və çairə, əslən Tbilisdən olan Liana Şahverdiyan çıxış edərək, özünün hələ dərc olunmamış yeni şerləri, eləcə də “Nöqtələr” kitabından bir parçanı tamaşaçılara təqdim etdi. Şairənin şürəkli alqışlar qoraran şəxsi və məhrəm şerlərinin ardınca görkəmli jurnalist və yazıçı Deutshe Wellenin Ermənistandaki müxbiri Aşot Qazazyanın yarızarafat, yarıciddi, ancaq həmişə dərin hekayələrı gəldi. Jurnalist səhnədən etiraf etdi ki, bu formatda ilk dəfə çıxış edir, elə tamaşaçılar da bundan faydalanıb öz gülüşlərilə daim onun şözünü kəsərək hekayəni axıradək oxumaq imkanı vermirdilər. Ancaq demək lazımdır ki, Aşot bunun öhdəsindən məharətlə gəldi.

Aşot Qazazyan, Ermənistanda Deutshe Wellenin göz və qulaqları
Aşot Qazazyan, Ermənistanda Deutshe Wellenin göz və qulaqları

Bu dəfə səhnəyə Tbilisidə doğulan daha biri, həmçinin tanınmış müəllif, publisist, kollajıst, tərcüməçi və ümumiyyətlə hərtərəfli şəxsiyyət Marqarita Gevorkyan çıxdı ki, o, “Literaturnaya Armeniya” jurnalının redaksiya heyətınə daxildir. Qevorkyan tamaşaçılara elə şerlər oxudu ki, onlar haqqında yenidən söz açmaq “cinayətdir”, sadəcə olaraq gələn dəfə onları müəllifin öz dilindən eşitmək fürsətini əldən verməmək lazımdır.

Marqaritanın ardınca mikrofon qarşısında yer tutan Hovannes Aznauryan zalda əyləsənlərə Marat əmi və Aram barədə yaşlı və gənc nəslim zaman, məkan, həyat və bizim ordaki yerımız kimi fundamental anlayişlara nəzərlərindəki fərqi nəql edən təsirli bir tarixcə danışdı. Hekayə adi erməni kəndində erməni məişəti prizmasında yaradılmışdı ki, kənarları iydə ilə örtülmüş adi erməni yolları elə o kəndə aparırdı.

Marqarita Gevorkyan
Marqarita Gevorkyan

Növbəti müəllif – ssenarist, jurnalist, rejissor və sadəcə istedadlı adam Ruben Paşinyan oxudu, zarafat etdi,və mahnı ifa edib zalı əyləndirdi. “Bizim tut ağacı” –Paşinyanın həyat yolu, buraxdığı cəhvlər, itirilmiş vaxt, sonradan həyat yoldaşı olmuş üşaqlıq rəfıqəsilə əldə etdiyi xoşbəxtlikdən bəhs edən əsas leytmotiv hekayə belə adlanır.Sözümüzün qüvvəti, Ruben Paşinyanın ömür-gün yoldaşı zalda əyləşərək özünün ərinin nəzərləri ilə təqdim olunan həyatının tarixçəsini dinləyirdi.

Hovannes Aznauryan Marat əmi haqqında
Hovannes Aznauryan Marat əmi haqqında

Sonuncu olaraq səhnəyə əslində təqdim olunmağa ehtiyacı olmayan,yuxarıda xatırlatdığımız kimi, Sankt-Peterburqdan gəlmiş həmin qonaq – Anuş Vardanyan çıxdı. O, rejissor və ssenarist, dörd kitab və iyirmiyədək serial və kinoşəklin müəllifidir. Açıq qiraətlər çərçivəsində Vardanyanın bilavasitə erməni tamaşaçısı qarşısında debütü oldu. Halbuki o, Rusiyada tanınmış komedik fiqurdur.

Ruben Pasinyan həmin bu anda zalı möhkən güldürdü. Zal qulürdu. 
Ruben Pasinyan həmin bu anda zalı möhkən güldürdü. Zal qulürdu.

Gecənin sonuna doğru arzu edənlərin hamısı yaxınlaşıb müəlliflərlə qeyri-rəsmi və dostluq şəraitində söhbət edə bildilər.
“Biz ilk dəfədir ki, məhz belə formatda ədəbi qiraətlər təşkil edirik”,- deyə Moskva evinin (Dom Moskvı, tam adı: “Moskva evinin” Yerevanda Moskva mədəni-işgüzar mərkəzi”) layihələri üzrə menecer Elina Kazaryan bildirmişdir.

Anuş Vardanyan. “Erməni tamaşaçısı ilə tanışlıq” miniatürü.
Anuş Vardanyan. “Erməni tamaşaçısı ilə tanışlıq” miniatürü.

Bunların ənənəyə dönəcəyini demək hələ çətındir, hər şey bizim necə nəticə əldə edəcəyimizdən asılıdır. Əgər biz hiss etsək ki, belə ədəbi qiraət və bənzər tədbirlərə ehtiyac var, əlbəttə, biz Moskva evinin bu yeni ənənəsini necə möhkəmlədib davam etdirmək üzərində düşünəcəyik. Ancaq fakt burasındadır ki, tədbirin özü unikaldır (nadirdir), o, eynı yer və eyni vaxtda tamamilə altı müxtəlif müəllifi görməyə imkan verir. Onlar vasitə, mövzu, tamaşaçı və dinləyici ilə ünsiyyət formatının seçimində məhdud deyillər. Biz sadəcə olaraq onlara səhnə, zal və ozlərini göstərmək imkanı vermişik. Pusdilli müəlliflərin nə haqda yazmaları, bunu necə etmələri, bizim hamımıza nə haqda danışmaq istəmələri maraqlıdır və biz onlara bunda kömək edirik.

Moskva evinin layihələri üzrə menecer Elina Kazaryan.
Moskva evinin layihələri üzrə menecer Elina Kazaryan.

Gecə sözün əsl mənasında baş tutmuşdu, Maqda Canpoladyan isə biz ona keçirilən tədbir haqqında danışanda dedi ki, belə aksiyaların daha çox keçirilməsinu istərdi.

“Bunun üçün bizdə çox meydançalar – məktəblər, ali təhsil müəssisələri, ictimai təşkilatlar var, təkcə bu imkanlardan istifadə istəyini əlavə etmək və adamlara onlar barədə danışmaq qalır. Mən əminəm ki, belə tədbirlər jalnız sadəcə mühüm və maraqlı deyil, həm də lazimlı və faydalıdır və onlar nə qədər çox olsa bizim hamımız üçün daha yaxşı ”,- deyə professor sözünə yekun vurdu.

Fotoşəkillər Lina Levinanındır