Köhnə Tiflis memarlıq abidələrilə zəngindir. Paytaxtın qədim bölgələrində siz həm çoxlu gürcü, həm də erməni kilsələrinə rast gələ bilərsiniz. Tiflis əsrlər boyu düşmən müdaxilələrinə məruz qalmışdır. Hər belə basqından sonra paytaxt həyətləri nəzərəçarpan dərəcədə boşalmış və gürcü çarları itkiləri bir təhər bərpa etmək üçün müxtəlif millətlərdən olan ailələrə sığınacaq vermişdi (bunlar əsasən ermənilər olmuşdur). Yad mühitə düşən adamlar öz məişətlərini qurmağa cəhd göstərmişlər. Bu məqsədlə Tiflis və onun ucqarlarında erməni məbədləri tikilirdi. Bəlkə də buna görədir ki, gürcü və erməni mütəxəssisləri arasında bu və ya digər tarixi abidənin kimə məxsus olması ətrafında mubahisələr bugünədək davam edir.

tbi6Neçə ki, tarixçi və arxitektorların başi bu məsələlərə qarışmışdır, gürcü və erməni messenantları vaxt itirməyərək birgə səylərlə Tiflisin köhnə abidələrinin tarixi görkəmini saxlamağa cəhd göstərirlər. Tiflisin köhnə rayonlarından olan Moyedanidə oktyabrın 31-də Müqəddəs Georgi adina (Surb Gevorq) erməni kilsəsınin açılış mərasimi olmuşdur ki, orda həmçinin Ermənistan respublikasının prezidenti Serj Sarkisyan da iştirak etmişdir.

тби1Müqəddəs Gevorq kilsəsinin üç il çəkən bərpasına 3,5 mln dollar sərf edilmişdir. Layihə ozəl donorlar və Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili tərəfindən maliyələşdirilmişdir. Bütün ermənilərin Katalikosu II Qareqin kilsənin bərpa prosesindəki xüsusi xidmətinə gorə Bidzina İvanişvilini Müqəddəs Qriqori medalı ilə təltif etmişdir. Baş nazirlə birlikdə Albert Avdolyan, Andrey Mkrtçyan, Sergey Sarkisov, Daniel Xaçaturov kimi xeyirxahlar və restavrasiya layihəsinin digər təşəbbüsçuləri də mükafata layiq görülmüşlər.

тби3Dalma Newsə “Bu gün biz xalqlarımızın qardaşlıq simvolu hesab oluna bilən kilsənin qapılarını açırıq. Mənə bu işdə istirak etmək imkanının verilməsı çox xoşdur” deyən Bidzina İvanişvili əlavə etmişdir ki, mürəkkəb ikitərəfli münasibətlərə baxmayaraq, gürcü və ermənilər çox əsrlər boyu dostluq və qardaşlığın ən yaxşı nümunəsi olmuşdur.

“Biz neçə əsrlərdir ki, qonşuluqda yaşayırıq və inciklik üçün bizim çox az səbəbimiz olmuşdur. Xalqlarımız arasında gedən mübahisə gemək olar ki, simvolik və hətta xoşdur. Biz tarixi abidələrə görə tez-tez mübahisə aparırıq. Tarixə nəzər salsaq, bütövlükdə istənilən ölkələr arasinda dostluq çox mürəkkəbdir, bizim xalqlarımız isə yalnız dostluq və qardaşlıq nümayiş etdirirlər”,- deyə Bidzina İvanişvili vurğulamışdır.

tbi7Müqəddəs Gevorq kilsəsinin bərpa işlərinin təşəbbüsçüsü erməni biznesmeni Ruben Vardanyandır. Kilsənin bərpası üçün fond məhz onun təşəbbüsü ilə yaradılmışdır ki, erməni biznesmenilə birlikdə buna Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili də qoşulmuşdur. Kilsənin açılış mərasimində Ruben Vardanyan keçmiş baş nazirə təşəkkürünü bildirmişdir. Öz növbəsində İvanişvili gürcü jurnalistlərini erməni biznesmeni ilə tanış edərək onu gürcü xalqının böyük dostu adlandırmışdır.

тби2Gözəl mahnı ifaları ilə müşaiət olunan kilsə mərasimində həmçinin Gürcüstan hökumətinin üzvləri, gürcü ictimai xadimləri, Ermənistanın Gürcüstandaki fövqəladə və səlahiyyətli səfiri Yuri Vardanyan, diplomatik korpusun nümayəndələri, erməni icmasının üzvləri və demək olar ki, Gürcüstandaki bütün konsessiyaların dini nümayəndəıəri iştirak etmişlər.

Xatırladaq ki, 2009-cu ilin noyabrında erməni kilsəsinin kümbəzi üçmuş, mehrab, şimal və cənub tağlar zədələnmişdi. Zərər çəkməyən təkcə zəng qülləsinin qərb hissəsi olmuşdu. Qazma işləri nəticəsində kilsənin altında, beş metr dərinlikdəki süxurun zədələndiyi elə dağıntının da bu səbəbdən baş verməsi aşkar edilmişdir.

tbi10

Rəvayətə görə kilsənin əsası 1356-cı ildə qoyulmuşdur. Konstruksiya əsasında kiçik bir tikili aşkar olunmuşdur ki, o, orta əsrlərdə tədris mərkəzi kimi fəaliyyət göstərmiş və XV-XVII əsrlərdə burda erməni əlyazmaları yaradılmışdır. 1751-ci ildə kilsə o vaxt üçün Tiflisdə üç tanınınış erməni soyadı – Muntonyanlar, Bastamyanlar və Başincaqovların hesabına öz fəaliyyətini bərpa etmişdir. O zaman təzələnmiş məbəddə Müqəddəs Georginin erməni kəndindən gətirilən cənazəsi dəfn edilmiş və bundan sonra kilsə Surb Qevorq (Müqəddəs Gevorq) adlanmağa başlamışdır. O vaxtdan kilsə möminlər arasında öz populyarlığı ilə tanınaraq Tiflisin erməni əhalisi üçün özünəməxsus dini mərkəzə çevrilmişdir.

Sovet İttifaqı dövründə bu kilsədə xalq incəsənət muzeyi yerləşirdi. 1980-ci ildə muzey bağlanandan sonra bütün eksponatlar başqa binaya köcürülmüşdür.

“Dalma News”lə söhbətində yazıçı Givi Şahnazar qeyd etdi ki, gürcü-erməni əlaqələrinin tarixi kökləri vardır ki, onları qorumaq lazımdır. “Qədimdə deyirmişlər ki, bizim xalqlar “ekizdir” və bizim təkcə bir mubahisəmiz var – kim birinci və kim bir neçə saniyə sonra doğulmuşdur?

tbi9

Gürcü və ermənilər arasında daim dostluq əlaqələri olmuş və xalqlarımız çətin anlarda çiyin-çiyinə, böyür-böyürə durmuşlar. Gürcü çarları David Aqmaşenebeli, çariçə Tamara və II İrakli dövrundə gənc erməni ailələri burda məskunlaşmışlar. Gürcü-erməni ordusu Şərqdən düşmən hücumunun qarşısını almış və bu birlik ilk növbədə dınl – xristianlıqla əlaqədar idi”- deyə Sahnazar bildirmişdir.

Şorena Papaşvili