Azərbaycanın ən məşhur və aparıcı aktyorlarından biri  olan Şəhriyar Əbilov  Dalma Newsə  müsahibəsində   öz arzusuna aparan yol,  Azərbaycan kinosundan və televiziyada qarşıda duran böyük layihələrdən danışdı.

Şəhriyar, Siz çoxdan televiziya ekranlarındasınız. Danışın, Siz necə başlamısız? Bu yolda Siz hansı çətinliklərlə üzləşməli olmusunuz?

Həyat yolunda  çətinliklər həmişə rast gəlir və onlar həmişə müxtəlif olur. Sənin yolun üstə dayanmağa  mütləq  kimsə  tapılacaq. Mən uşaqlıqdan professional, tələb olunan aktyor olmaq arzusunda olmuş və bu arzu  məni həmişə  öz həyat yolumla  irəli  aparmışdır. Mən müxtəlif yerlərdə çalışmış, tamamilə mənə xas olmayan və heç bir zövq verməyən işlə məşğul olmuşam: neftçi, operator, оfisiant, gözətçi, malyükləyən işləmişəm  və  bu  mənim  peşələrimin  kiçik  bir siyahısıdır.  Mən bunlarla ailə xatirinə məşğul olmuşam, amma heç vaxt öz aktyor olmaq arzuma xəyanət etməmişəm.

Valideynlərimin iradəsilə hüquq fakültəsinə qəbul olmuşam, amma həmişə olduğu kimi, bu, sənə maraqlı deyilsə, oxumursan. Qoşa dərs saatları əvəzinə mən Azərbaycan Mədəniyyət İnstitutlarından birinə qaçır, orada öz dostumun, hazırda tanınmış bəstəkarın adı altında, dərslərdə iştirak edirdim. Amma hər halda hüquqşünas diplomu almışam. Sonra orduda xidmət və öz yerini axtarıb tapmaq. Ancaq 2006-cı ildə  televiziyada «Qəfəs» realiti-şousu başlayan zaman mən  tərəddüd  etmədən  kastinqə getdim. Mən layihəjə düşdüm və bundan sonra ekranlara «yaşıl bilet» aldım. Lakin, təcrübəm olmadığı üçün kanallar mənə ciddi yanaşmadılar.

Шахрияр Абилов
Şəhriyar Əbilov

Siz gənclikdən TV- ə düşmək  istəyirdiniz. Siz  arzunuza çatmısınız — Siz populyarsınız. Yaxın gələcəkdə özünüzü kimin timsalında  görürsünüz,? Nə kimi planlar qurursunuz?

Mənim iştirakımla artıq altı tammetrajlı film  çıxdmışdır. Hazırda mən öz aktyor bacarıqlarımı  inkişaf etdirməyi  planlaşdırıram. Yanvarın 16-da baş rolda iştirakımla «Mən— təlxək» filmi çıxacaq ki, biz onu bütün teatr aktyorlarına həsr etmişik. Mən ümid edirəm ki, bu film Azərbaycan kinosu üçün  böyük  sıçrayış  olacaq və onu yeni səviyyəyə  çıxaracaq. Türkiyəli həmkarlarla da  işləmək və özümü türk seriallarında sınamaq İstərdim. Bildiyimiz kimi, onlar ifaçılıq baxımından çox məşhur və emosionaldırlar.

Sizin bir çox sima, təcəssüm və funksiyalarınız var. Siz həm radio və  teleyayım aparıcısı, həm aktyor və rejissor, həm də fotoqrafsınız. Lakin, bunlardan ən çox ürəyinizcə olanı hansıdır?

Bəli, mən  peşəkar fotoqrafiya ilə məşğulam ki, bu mənim hobbim  idi. Həyatımın  kiçik  bir hissəsini rejissorluğa da vermiş, hətta klip çəkmişəm. Lakin mənim üçün ən sevimli peşə аktyorluqdur. Məhz rola girib sima yaratmaq mənə zövq verir. Mən çəkiliş meydançasında özümü sərbəst hiss edirəm.

Bir aparıcı kimi öz debütünüzdən danışın.

Bu, çoxdan olub. «Qəfəs» realiti-şoudan sonra  mən hardasa bir yerdə işləmək, özü də  təcrübə toplamaq üçün yaxşı olardı ki, aparıcı işləmək qərarına gəldim. O vaxt mən işləmək üçün «Qaya» restoranına getdim ki,  orda uzun müddət əyləncəli tədbirlər aparırdım. Mənim səhnədə ilk çıxışım çox çətin və mürəkkəb idi, çünki mən çox həyəcan keçirir və bəzən hətta sözləri çaş-baş salırdım. Amma mən tez öyrənirəm və bir müddət sonra məni yerli kanallardan birinə  işə dəvət etdilər. Orada mən ulduzlar  haqqında «Vur, qoy sınsın» adlı kiçik bir veriliş  aparmışam, bunun ardınca Antenn 101 FM radiosunda didjey və «Böyük səhnə» beynəlxalq layihə təcrübəsi gəlmişidir.

Siz məşhur «Bığ» şousunun aparıcısı olmusunuz. Bu təcrübə haqqında danışın.

7(949)
Şəhriyar Əbilov

Bu nə qədər gülməli səslənsə də, həminu layihə mənim bığlarımdan başlandı.  Mən Ordubad bəyləri nəslindənəm(Ordubad –Azərbaycanda şəhər. Bəy — bəzi Yaxın Şərq xalqlarında zadəgan titulu — red.). Mənim nəslimdə hamı belə qalın və uzun bığ saxlayırdı və mən də belə bığ buraxmaq qərarına gəldim. O vaxt mən artıq bir neçə televiziya layihələri işləmişdim və Devid Lettermanla «The Late Night Show» («Şou axşamdan xeyli keçmiş») üslubundaki axşam şousunda ürəklərə yol açıb məşhurlaşdıq. Mən layihəni buraxmağa razılıq aldım, lakin onun heç cür ağla gələ bilməyən adı ilə problem vardı  və mənim ağlıma «Bığ» adı batdı. Qərara gəldim ki, maraqlı səslənir, hələ belə şey heç yerdə yox idi. Əsl qələbə! Bu layihə mənə populyarlıq gətirdi və mənim son stilimi müəyyənləşdirdi.

Siz indi  baş rollarından birini oynadığınız «Lal Yuxu» teleserialında çəkilirsiniz. Bu layihə haqqında nə fikirdəsiniz? 

Bu serial bizim arzumuzdur. Bu, bizim baş qəhrəman Оksana Рəsulovanın ən real yuxusudur. Mən zarafat etmirəm, o, həqiqətən də, süjeti yuxuda görmüş, sonra isə  tanış  ssenariçi  Həma xanımdan bütün bunları serial üçün böyük bir ssenaridə hazırlamağı xahiş etmişdi.  İş elə gətirdi ki, müsbət  qəhrəman  doktor Əmir obrazı  mənə düşdü. İndi artıq doqquzuncu seriya gedir. Və  mən baş qəhrəmanın  vurğunu olan kişi rolunu oynayıram. Serial uğurludur, reytinqləri artır və bizim komandamız  bütün ruhunu bu layihəyə qoyur.

Nə çətindir: aparıcı kimi böyük auditoriyanı canlı saxlamaq və ya öz kino qəhrəmanının xarakterinə  qapılıb qalmaq?

Tamaşaçı auditoriyasını saxlamaq  – bu, xüsusi zəhmətdir. Həmişə müasir trendlərə  çatmaqla qeyri-standart,  maraqlı olmaq və əli nəbzin üstündə saxlamaq  lazımdır.  Əlbəttə, həmçinin aparıcı və aktyor ustalığının kiçik olmajan istedad payı lazımdır. Mənim üçün nəyin çətin və  nəyinsə daha asan olduğunu deyə bilmərəm. Hər şeyə səy, özü də az olmayan səy göstərmək lazımdır. Ən başlıcası odur ki, mən tamaşaçı qarşısına hər çıxışımla yaşayır və prosesdən böyük zövq alıram.

Sizcə, indi Azərbaycan kinosu hansı səviyyədədir? Ona nə çatışmır?

Sovet dövründə Azərbaycan kinosu çox yüksək səviyyədə təqdim edilmiş və müxtəlif  festivallarda  bir çox mükafatlara layiq görülmüşdü. Əlbəttə, indi  hər şey dəhşətli tənəzzülə  düçar olmuşdur. Azərbaycan kinosuna  həm dövlət, həm də  sponsorlardan  xeyli dəstək lazımdır. İncəsənətə dəstək  həmişə lazımdır, başqa heç cür ola bilməz. Bədbəxtlikdən, müasir tamaşaçı nəsə yüngül və asan bir şey istəyir. Düşünmək üçün nəzərdə tutulan dram və kino tamaşaçını cəlb etmir.

Yerli TV –də hər hansı bir  irimiqyaslı layihə həyata keçirmək  istərdinizmi?

İstərdim və istəyirəm. Əgər Allah qoysa, «Abi Love» adı altında böyük bir layihə başlamaq niyyətindəyəm  ki, o mənim soyadımla  səsləşir (türkcə «Abi»  – qardaş deməkdir ; «Qardaş sevgisi»— red.). Bu yenə də «Show Night» formatında veriliş olacaq. Bu barədə danışıb sirləri açmaq istəmirəm, həm də əslində heç haqqım da yoxdur, lakin tezliklə siz hər şeyi özünüz görəcəksiniz.

Oxucularımıza nə arzulardınız?

Arzu edirəm ki, sizin oxucular həmişə keyfiyyətli məhsulu  müasir dünyada bu qədər çox olan ucuz  istehlak  məhsullarından fərqləndirib ayıra bilsinlər. Qoy, onlarda  zövq formalaşsın və onlar həmişə öz zövqlərinə  istinadən aktyorları, ümumiyyətlə, kino və incəsənəti dəstəkləsinlər. Yaxşı film və keyfiyyətli verilişlər arzulayıram.

 

Söhbəti  Leyli Хəlilоvа  aparmışdır