Azərbaycanda son bir neçə il ərzində məhz, necə deyərlər, yerli bank sistemi ilə iş aparmağa and içən sabit insan təbəqəsi formalaşmışdır. Manatın devalvasiyası, bankların müflisləşməsi, əmanətlərin qaytarılması və kreditlər üzrə faizlərin ödənilməsi ilə bağlı problemlər – bütün bunlar Azərbaycan banklarına olan inamı heç cür artırmırdı. Lakin bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev «Fiziki şəxslərin problemli kreditləri məsələsinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» fərman imzalamışdır.

İnsanların bir qismi kompensasiya ala biləcək (söhbət təxminən 800 min fiziki şəxsdən gedir). «Trend» agentliyinin bir analitik sənədində qeyd edildiyi kimi, əgər vətəndaş 21 fevral 2015-ci il tarixinədək olan dövrdə on min dollara qədər kredit götürübsə, ilk devalvasiyaya qədər manatla hesablaşmada kreditin məbləği 7,8 min manat təşkil edibdir. Devalvasiyadan sonra dolların məzənnəsi 1,05 manata bərabər olarkən isə, kreditin məbləği manatla ifadə olunmaqla 10500 manata çatıb. Nəticədə, kredit yükü 2700 manat artıb. Fərmana əsasən, vətəndaş kompensasiya kimi məhz bu 2700 manat həcmində məbləği alacaqdır. Fərmanın qüvvəyə mindiyi vaxt kredit hələ ödənilməmişsə,onda hökumət bu fərqi banka ödəyəcək.

Eyni şey 21 dekabr 2015-ci il tarixindən əvvəl (ikinci devalvasiya) götürülən kreditlərə aiddir. Bu halda vətəndaşa 7800 və 15500 manat arasındakı fərqi kompensasiya edirlər. Fərmanın ikinci hissəsi 360 gündən artıq gecikdirilmiş, 1 yanvar 2012-ci il tarixindən sonra on min dollar və ya 17 min manata qədər götürülmüş bütün kreditlərə şamil edilir. Yəni dövlət başçısının Fərmanının ikinci hissəsi həm dollar, həm də manat kreditlərinə şamil olunur. Kreditlərin xarici valyutada restrukturizasiyası zamanı onlar manat kreditlərinə çevriləcəklər.

Bu günlər isə Azərbaycan Mərkəzi Bankı və Rothschild & Cie Parisdə strateji əməkdaşlıq haqqında saziş imzalayıblar. Azərbaycan əhalisinin banklara etimadı geri dönəcəkmi? Dalma News Azərbaycanın aparıcı bank eksperti Əkrəm Həsənov və iqtisadçı Fuad Əlizadə ilə söhbət etmişdir.

Bizim birinci müsahibimiz – Əkrəm Həsənov.

— Ümumiyyətlə, Azərbaycanın bank sistemindəki vəziyyət necədir?

— Əsas problem —verilən kreditlərdir. Bax, bu kontekstdə Azərbaycan prezidenti İlham əliyevin son fərmanı vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə bilər. Banklar istənilən halda dollar kreditlərinə kompensasiya kimi dövlətdən vəsait alacaqlar. Onlar eyni zamanda, Mərkəzi bankdan kredit alacaqlar ki, bu da prezident fərmanı ilə nəzərdə tutulur.

Başqa sözlə, banklar müəyyən likvidlik əldə edirlər ki, bu da onların maliyyə fəaliyyətini və göstəricilərini fəallaşdırmağa kömək edəcək. Lakin nəzərə almaq lazımdır ki, fiziki şəxslərin kreditləri bütün problemli borcların cəmi 20-30%-ni təşkil edir. Hərçənd, əgər bu zaman borcalanların sayını götürsək, bu, böyük əksəriyyətdir.

Əlbəttə, indi bankların korporativ borcalanlara daha çox diqqət yetirmək imkanı olacaq. Onlar fiziki şəxslərlə müqayisədə o qədər də çox deyil, lakin kreditlərin məbləği daha yüksəkdir. Amma burada əsas narahatlıq ondan ibarətdir ki, korporativ borcalanlar iki qrupa bölünür. Birincisi, bu, əsasən dollarla real kredit alıcılarıdır ki, devalvasiyadan sonra çətinliklərlə üzləşmişlər. İkinci qrup isə — bunlar bank əməkdaşları şirkətində və ya onların yaxınlarından vəsait götürən borcalanlardır. Təbii ki, heç kim bu pulları qaytarmaq niyyətində deyil. Böyük hissəni məhz elə bu kreditlər təşkil edir və mən bu barədə müflisləşmiş «Standart» bankının iş təcrübəsinə əsaslanaraq danışa bilərəm.

Əkrəm Həsənov

— Bəs problemin həlli üçün nə lazımdır?

—Maliyyə bazarlarına Nəzarət palatası hüquq-mühafizə orqanları ilə birlikdə obyektiv yoxlama aparmış və «süni» problemli kreditləri üzə çıxarmışdır. Və əslində onları müəyyən etmək çox asandır. Əgər siz görürsünüz ki, kiməsə uzun müddətə girovsuz (və ya kiçik girovla) kredit veriblər, onda dərhal hər şeyi başa düşmək olar. Bu halda hüquq-mühafizə orqanları Bankın rəhbərliyindən və borcalanlardan krediti qaytarmağı tələb etməlidirlər. Lakin uzun illər ərzində bu iş görülməmişdir…

— Bəs Azərbaycan Mərkəzi bankı ilə Rothschild arasında sazişin imzalanma qərarı nə ilə bağlıdır?

— Mən hesab edirəm ki, bu, Azərbaycanın bank sektorunun xeyrinədir. Mən vaxtilə çox məsuliyyətli bir vaxtda – 2001-2005-ci illərdə ölkənin Mərkəzi bankında işləmişəm. Bu gün qüvvədə olan «Mərkəzi Bank haqqında», «Banklar haqqında» və bir çox başqa qanunlar məhz o vaxt hazırlanıb qəbul edilmişdir. Mən də bu sənədlərin yaradılması üzrə işçi qruplarda olmuşam, prosesin necə getdiyini görmüşəm. O zaman AMB-nin məsləhətçisi Beynəlxalq Valyuta Fondu idi. Və elə o vaxt bizim işçi qrupumuzun üzvləri deyirdilər ki, BVF bizə fərman deyil, bu, əvvəllər idi ki, biz haradan pul almaq üzərində düşünürdük, indi isə onları haraya qoymaq üzərində düşünürük. Neft dollarları ölkəyə axdı. BVF öz tövsiyələrində israr edə bilmirdi. Nəticədə, «özü üçün» bazası yaradıldı. Biz nəticəni görürük, bizim bank sistemimizin nəyə çevrildiyinə baxmaq kifayətdir.

İndi mən çox ümid edirəm ki, Rotşildlər Bankı ilə müqavilə (bu isə BVF-nin məmurları deyil) işləyəcək. Əgər biz yaxşı və təsirli bank sistemi əldə etmək istəyiriksə, bizə nə deyiləcəksə, onu da edəcəyik. Əlbəttə, Rotşildlərin 100 il bundan əvvəl olduğu kimi, Bakı neftinin hasilatı inkişaf etdiyi vaxtda da öz maraqları var. Amma əsas odur ki, bank qanunvericiliyimiz sistemli olsun.

— Bəs Qərb bankları, o cümlədən Rotşild bankları Azərbaycanda öz filiallarını açsalar, necə olacaq?

— Aparıcı Qərb bankları çoxdan bizim ölkəyə uyğunlaşmırlar. Vaxtilə Britaniya HSBC Bankı vardı ki,Mərkəzi Bankın və Azərbaycan Beynəlxalq Bankının təzyiqi ilə Azərbaycanı tərk etməli olmuşdu. Nəticədə, Rusiya, Türkiyə, Pakistan və İranın kiçik banklarından başqa, Azərbaycanda heç kim qalmayıb. Amma indi çox güman ki, Qərb bankları gələcək. Onlar sərmayə qoymağa hazırlaşırlar və oyun qaydalarının aydın şəkildə müəyyənləşməsini istəyirlər.

— Ancaq axı, yerli banklar rəqabətə davam gətirməyə də bilərlər…

— Bəli, bu belədir. Güman ki, çoxları çıxıb gedəcəklər. Amma nəticədə bank sistemi qazanacaq. Biz buna artıq hazırıq.

— Bəs Rotşildlərə hansı bankların aidiyyəti var, Azərbaycanda kim peyda ola bilər?

— Onların təkcə Avropada deyil, həm də ABŞ-da çoxlu bankları var. Amma bizimlə müqaviləni Fransa bankı imzalamışdır. Və əhalimiz, ilk növbədə əmanətçilər daha çox xarici banklara etibar edəcəklər.

Fuad Əlizadə

Öz növbəsində Azərbaycan iqtisadçısı Fuad Əlizadə Dalma Newsə bildirib ki, ölkənin Mərkəzi Bankı bir çox beynəlxalq qurumlarla əməkdaşlıq edir. «Rothschild & Cıe ilə razılaşma məhz bu kontekstdə nəzərdən keçirilməlidir. Mən Rotşildlərlə imzalanmış sənədin Azərbaycanın bank sahəsinə ciddi təsirindən söz açmazdım », – deyə o qeyd edib.

— Amma belə bir fikir var ki, Rothschild & Cie ilə razılaşma xarici bankların Azərbaycana yolunu açır ki, bu da yerli maliyyə strukturlarına təsir göstərə bilər …

—Maliyyə Bazarlarına Nəzarət Palatası vəziyyəti izləyir. Həm də Azərbaycanda onsuz da beynəlxalq banklar fəaliyyət göstərir. Qeyd edim ki, bütün filiallar Azərbaycan qanunlarına uyğun işləyir. Hər hansı yeni oyunçu müəyyən edilmiş qaydalara müvafiq olaraq işləyəcək.

 

Мəmməd Мəmmədzadə