Sentyabrın 27-də Rusiya Federasiyasının prezidenti Vladimir Putin Bakıda səfərdə olmuşdur. Bununla belə, KİV-nin məlumatına görə, Rusiya dövlət başçısını Azərbaycanda hələ sentyabrın 25-də gözləyirdilər.

Amma gözlənilən üçgünlük səfər baş tutmadı, hərçənd Rusiya dövlət başçısı hər halda sentyabrın 27-də səhər Bakıya uçmuş, axşam isə artıq MDB sammitində iştirak etmək üçün Düşənbəyə yola düşmüşdür.

Əvvəlcə göstərilən həmin tarix – 25 sentyabr ərəfəsində Azərbaycan, Ermənistan, Böyük Britaniya, həmçinin elə Rusiya ekspert və şərhçiləri коnsрirоlоji nəzəriyyələr qurmuşlar: Görəsən Bakıda nədən danışacaqlqr? Vladimir Putin Azərbaycana hansı təkliflərlə gedir? Kollektiv Təhlükəsizlik müqaviləsi təşkilatına (KTMT) və ya Avroasiya birliyinəmi daxil olmaq? Qarabağ münaqişəsinin yeni həll variantları? Bəzi Azərbaycan politoloqları çoxmənalı, eyni zamanda, dumanlı tərzdə hansısa möhtəşəm bir sıçrayış proqnozlaşdırırdılar.

Britaniyanın BBS teleradio şirkətinin analitikləri ehtimal edirdilər ki, Vladimir Putin «Bakıya böyük qırmanc və kiçik qoğal aparır» və onlar da həmçinin eyni tarixi – 25 sentyabrı göstərirdilər. Belə bir ehtimal yaranmışdı ki, Azərbaycan və İsrail arasındaki hərbi-texniki əməkdaşlıq Rusiyanı qıcıqlandırır. «Vladimir Putin Azərbaycana bir növ bayağı məqsədlə: Rusiyanın hələ də bölgədə onun rəy və fikirləri ilə hesablaşmağın lazım gəldiyi aparıcı oyunçu olduğunu xatırlatmaq üçün gəlir», — deyə ВВС bildirmişdir.

Erməni xəbər saytlarının icmalçıları isə əmin idilər ki, sentyabrın 25-dəki səfərdən sonra Moskva ilə Bakı arasında hərbi-texniki əməkdaşlıq daha da dərinləşəcək.

Amma baxmayaraq ki, üç günlük səfər olmadı, bütün bunlar tamamilə mümkündür.

Bunun müqabilində, sentyabrın 27-də Bakıda Cüdo üzrə Dünya çempionatının finalı keçirilmişdir ki, Vladimir Putin İlham Əliyevlə birlikdə ora baş çəkmiş və burdan IX Rusiya-Azərbaycan regionlararası foruma yollanmış, daha sonra isə, yuxarıda qeyd edildiyi kimi, liderlər təyyarə ilə Düşənbədə keçirilən MDB sammitinə uçmuşlar.

Dalma Newsin suallarına cavab verərkən, tanınmış Azərbaycan diplomatı Vəhdət Sultanzadə bildirmişdir ki, Vladimir Putinin və İlham Əliyevin görüşünü dostların ünsiyyəti adlandırmaq olar.

«İki ölkə liderləri arasında bir-birinə çox böyük hörmət var. Bu səfərlərin hamısı həmçinin bütün sahələrdə əməkdaşlıqdan xəbər verir. Hamının gördüyü kimi, görüş çox səmimi olmuşdur. Prezidentlər Cüdo üzrə Dünya çempionatının final mərhələsinə birgə baxaraq, sıx ünsiyyətdə olmuşlar», — deyə Vəhdət Sultanzadə bildirmişdir.

Rusiya prezidentinin Azərbaycana səfər tarixi və müddətinin dəyişdirilməsinə gəlincə, diplomat inandırır ki,– bu, tez-tez baş verən haldır. «Bəli, Vladimir Putin sentyabrın 25-də gələ bilmədi, görünür cədvəldə dəyişikliklər olmuşdu. Amma 27-də gəldi. Hər cür kоnspirologiyaya isə mən sadəcə inanmıram. Əgər Rusiya dövlət başçısı və prezidenti Bakıya uçmaq istəməsəydi, sentyabrın 27-də o burada olmazdı. Lakin o, burada olmuş və öz dostu İlham Əliyevlə görüşmüşdür”, — deyə diplomat vurğulamışdır.

Öz növbəsində, «Аtlas» Bakı Siyasi araşdırmalar mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şаhinоğlu Dalma Newsin suallarını cavablandırarkən bildirmişdir ki, onun proqnozları özünü doğrultdu.

«Sentyabrın 1-də prezidentlər Vladimir Putin və İlham Əliyevin Soçi görüşündən sonra belə bir informasiya yayıldı ki, əgər Azərbaycan Kollektiv təhlükəsizlik Təşkilatı müqaviləsinın (KTMT) üzvü olarsa, RF Azərbaycanın beş rayonunu azad etmələri üçün Yerevan və Ermənistan hökumətinə təsir göstərəcək. Amma mən o vaxt da buna inanmırdım,elə indi də inanmıram. Hərçənd, Vladimir Putinin Bakıya gəlişi ərəfəsində «Moskva bizə kömək edəcək» barəsində məlumat yenidən yayılmağa başlanmışdı ,— deyə Elxan Şahinoğlu bildirir

Onun sözlərinə görə, bir çoxları bunu belə yozub izah edirlər ki, Nikol Paşinyanın tədbirləri Rusiya hakimiyyətini qıcıqlandırır. «Bəli, bu, mümkündür və Moskva belə hallarda bir neçə dəfə öz mənfi münasibətini bildirmişdir. Məsələn, KTMT-nin baş katibi Xaçaturovun həbsi, Robert Koçaryanın cinayət üzrə təqibi (Rusiya KİV ondan az qala hər gün müsahibə götürürlər) və s. Amma bu o demək deyil ki, Qarabağ məsələsi üzrə hər hansı bir irəliləyiş olacaq. Rusiyanın mövqeyi dəyişmir», — deyə ekspert əlavə edir.

Lakin bununla yanaşı, müsahibimizin qeyd etdiyi kimi, Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər inkişaf edir, «biz silah-sursat almaqda davam ediririk».

«Ümumiyyətlə, mən əvvəlcədən anonslaşdırıldığı kimi, prezident Vladimir Putinin Bakıya sentyabrın 25-də deyil, 27-də gəlməsini pis messec hesab edirəm. Belə çıxır ki, Rusiya dövlət başçısı sadəcə olaraq Cüdo üzrə Dünya çempionatının finalına tamaşa etməyə gəlib. Bununla belə, Rusiya və Azərbaycan liderləri arasında səmimi münasibətlər mövcuddur. Ümumiyyətlə, Bakı digər ölkələrlə də dostluq münasibətlərinə əməl edir», — deyə Elxan Şahinoğlu bildirmişdir.

Azərbaycan Milli məclisinin (parlamentin) millət vəkili, Elmira Axundova Dalma Newslə söhbətində bildirdi ki, İlham Əliyev və Vladimir Putin arasındaki münasibətlər – dostluq münasibətləridir.

«Rusiya prezidenti ustad və müəllim adlandırdığı Heydər Əliyevlə sıx təmasda olmuşdur. Və bu İlham Əliyevlə Vladimir Putinin hazırki qarşılıqlı münasibətlərində əks olunur.

Mən hesab edirəm ki, İlham Əliyev xarici siyasətdə heç bir səhvə yol verməmişdir. O, çox praqmatik və uzaqgörəndir. Hətta baxmayaraq ki, bəzən Moskvanın kifayət qədər iştirak etməməsinə görə (Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində) incikliyə əsaslar olsa da, İlham Əliyev buna həmişə dəqiqlik və inamla, bir sözlə, sınaqdan çıxmış dərin müdrikliklə yanaşmışdır.

Prezident, hökumət, deputatlar – biz hamımız Rusiya həmkarlarımızla görüşürük. Öz sözümüzü deyirik, ancaq «kütlə və ya izdiham» üçün işləmirik . Və Rusiya ilə əlaqələri addımbaaddım daha da yaxınlaşdırırıq»,— deyə Elmira Axundova sözünü yekunlaşdırmışdır.

Millət vəkili hesab edir ki, Rusiya prezidentinin Bakı səfəri – iki görkəmli siyasətçi – Vladimir Putin və İlham Əliyevin dostluğu, qarşılıqlı rəğbət, hörmət və etimadın növbəti təzahürüdür: «Onların hər ikisi əsl dövlət xadimləridir və öz ölkələrinin rifahı naminə əllərindən gələni edirlər».

Azərbaycan mədəniyyəti inkişaf və intibah fondunun direktoru Şamil Tağıyev də IX Rusiya-Azərbaycan regionlararası forumunun iclasında iştirak edərək, həmçinin Dalma Newsin suallarını cavablandırmışdır.

«Vladimir Vladimiroviç Putin həqiqətən, sentyabrın 25-də Bakıya uçmağı planlaşdırmışdı. Və KİV bu barədə açıq məlumat vermişdi. Və planların dəyişməsinə baxmayaraq, Azərbaycan və Rusiya prezidentləri sentyabrın 27-də görüşdülər, Bakıda keçən Cüdo üzrə Dünya Çempionatının final mərhələsinə baxdılar .

Bundan başqa, dövlət başçıları IX Rusiya-Azərbaycan regionlararası forumda iştirak ediblər. Şəxsən mən Vladimir Vladimiroviç Putinin səfərində heç bir konspirologiya görməzdim. Lakin intriqa var idi: O, bu forumda iştirak edəcəkmi? Biz son ana qədər bilmirdik ki, forumda iki prezident iştirak edəcək. Yalnız tədbirdən qabaqki gecə yenilənmiş proqram aldıq.

Və mən vurğulamaq istəyirəm ki, İlham Əliyev və Vladimir Putinin görüşünın səmimiliyi aydın idi », — deyə müsahibimiz bildirir.

 

Hazırlayanı Мəmməd Мəmmədzadə