Türkiyənin Hatay vilayətində son 7 ay ərzində İŞİD-ə qoşulmaq üşün Suriyaya keçmək istəyən 21 xarici vətəndaş saxlanılıb.
APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, saxlanılanlar arasında Azərbaycan vətəndaşı da var.
Terror qruplaşmasına qoşulmaq istəyən digər şəxslər isə İngiltərə, İraq, Çin, Küveyt, Fələstin, Rusiya, İtaliya, Livan, Bolqarıstan vətəndaşlarıdır. Onlar öz ölkələrinə deportasiya ediliblər.
Xatırladaq ki, ötən günlərdə Ankaranın terrorizmlə mübarizə üzrə polis idarəsinin əməkdaşları Azərbaycandan gələn sərnişinin İŞİD-ə qoşulmaq istəməsi ilə bağlı xəbər almışdılar.
49 yaşlı Bakir Əliyev şübhəli şəxs qismində saxlanılmışdı. Əliyevlə bağlı uyğun prosedurlar aparılandan sonra o ölkədən deportasiya ediləcək.