Gürcüstanda qaradərili müsafir və tələbələrin sayının artması ölkədə etnik və irqi dözümsüzlüyün təzahürünə səbəb olur. Çoxmillətli ölkənin tolerantlı paytaxtında başqa irq nümayəndələrinin fiziki zorakılıq halları çoxalmışdır. Qürcüstanda müxtəlif irq və xalqların nümayəndələrinin ənənəvi və həsədaparıcı çoxəsrlik birgə yaçayışı keçmiçdə qalmışdır. Tarixən möhkəm stereotip dağılmış və bizə onu yenidən möhkəmlətmək lazimdir.
Dünya KİV Afrikada minlərlə sakinin dəhşətli Ebola virusundan həlak olmalarından permanentçəsinə söz açandan sonra, Tbilisdə Afrika və dünyanın digər ölkələrindən olan qaradərililər üzərində fiziki zorakılıq və təqiblər artmağa başlamışdır. Elə hallar olurdu ki, qaradərili gəncləri onların Afrika virusunun daşıyıcıları olmalarını əsas götürərək ictimai nəqliyyata buraxmırdılar. Səs-küylü insidentlərdən biri Rustaveli prospektində yerləşən Tbilisi “Makdonalds”larından birində gənc gürcü və qaradərili ingilis Aaron Çarlz arasında baş vermişdir. Qeyd edək ki, Aaron artıq ikinci ildir ki, Gürcüstanda yaşayır, burda onun öz ailəsi var və arvadı gürcüdür. Aaron yerli uşaqlara rəqs dərsləri verir. Yuxarıda qeyd etdiyimiz yerdə – “Makdonalds”da olarkən taniş olmayan səxlərdən öz ünvanına həmçının irqi mənsubiyyətilə bağlı təhqirlər eşitmişdir. Onun fikrincə, əcnəbirlər Gürcüstana yeni problemlər yaratmaq üçün deyil, bu ölkənin inkişafında öz xidmətini göstərmək üçün yeni mədəniyyətlə tanış olmaq və oyrənmək məqsədilə gəlirlər.
Bir neçə gün öncə sosial şəbəkədə videocarx yayılmışdı ki, orda qaradərili kişiyə fiziki zorakılıq kadrları nümayış etdirilirdi. Video müəlliflərinin dediyincə, qaradərililər Tbilisi xuliqanlarının başlıca hədəfinə çevrilirlər, ancaq türk və ərəblərə də hücum halları məlumdur. Belə ki, Gürcustan DİN əməkdaşları yaxınlarda iki xulıqan tutub saxlamışlar ki, onlara qarşı “İrqi diskriminasiya” maddəsılə cinayət işi açılmışdır. Öz xüsusi müstəqil tədqiqatını aparan “Rustavi 2” telekanalının məlumatına görə, Tbilisdə bir neçə nəfərdən ibarət “Berqman” kriminal qrupu fəaliyyət göstərir ki, onlar əcnəbilər və etnik azlıq nümayəndələrinə hücum etməklə məşğuldurlar. Buna baxmayaraq, DİN hələlik bu məsələyə maraq göstərmir.
Qaradərililər üzərində zorakılıq problemi haqqında internet-forumlarda birmənalı danışılmır. Bəziləri bu problemi dini məcraya yönəltmək cəhdi göstərir, digərləri isə necə deyərlər, “nigerlərə” qarşı haqq-hesabı kişilik adlandırır və ozlərini doğruldaraq, bunun oz ölkələrinin müdafiəsi naminə edildiyini bildirirlər. İntəhası, şəbərkədə bu problemə neytral adamlar da var. Onların sözlərincə, ABŞ-da qaradərililərə qarşı həm əhali, həm də polis tərəfindən diskriminasiya yer tapır. “İctimai nəqliyyatda mən qaradərililərə tez-tez rast gəlirəm, ancaq onlara heç kim xüsusi diqqət yetirmir. Kim deyir ki, bizdə – Gürcüstanda irqçilik problemi var? Əksinə, bütün incik düşənlər –qaradərililər, hindilər və çinlilər bizə pənah gətirirlər. Əgər faktlar varsa, qoy açıqlasınlar. Əksinə, onlardan bəziləri özlərini pis aparır. Məgər budurmu “diskriminasiya”? – deyə forumlardan birində hansısa DR_HOUDINI yazır.
Bu problemlə dərin narahətçılıq keçirənlər isə Gürcüstanın internet istifadəçiləri arasında sorğu aparmışlar. Axı, öz qonaqpərvərlik ənənələrilə tanınmış Gürcüstanı irqiçilikdə ittiham etmək zarafat deyil. Hərçənd elələri də tapılır ki, başqa irqə kinini qizlətmir, hətta bununla fəxr edir. Beləliklə, “siz rasistsiniz ya yox?” sualına respondentlərin 64,64%-i yox cavabı vermiş, müsbət cavab 32,32% olmuş, 3,4%-i isə heç bunun nə olduğunu bilməmişlər.
Qeyd edək ki, rasizm başqa irqdən, din və etnik mənsubiyyətdən olan şəxslərə qarşı alçaltma və təcavüz ifadəsidir. Rasizm həmçinin insan nailiyyətlərı yaxud intellektin onun irqi mənsubiyyətindən asılı olmasına dair inam və etiqaddır. Tarixən, genosid və bütöv bir xalqa qarşı cinayətlər çox tez-tez rasızm pərdəsi altında gizlənmişdir.
Bebəliklə, Gürcüstanda yuxarıda qeyd olunan problemlər mövcuddurmu? Dalma News bunu psixoloq Qaqa Nijaridzedən öyrənməyə çalışmışdır ki, onun sözlərincə, rasizmin yaşı elə bəsəriyyətın sivilizasiyası kimi min illərlədir.
“Rasizm, misal üçün, ABŞ-da yayilmış hal idi. Bİzdə belə təcrübə yoxdur. Ölkəyə müəyyən miqdarda əcnəbi gələndə, dərhal necə deyərlər, stiqma, yəni adamların qara jaxud qəhvəyi dərililəri çirkli, avam və savadsız adlandırılmaları baş verir. Belə düşmənçilik münasibətinə əsasən o adamlar əl atırlar ki, natamamlıq kompleksi onlarda oz milli mənsubuyyətinin xüsusı, başqalarından daha yaxşı olmasına dair fikir yaradır. Çoxları bunu ucadan bəyan edirlər. Onlara elə gəlir ki, əgər bu əcnəbilər bura can atırlarsa, deməli burda doğurdan da hər şey yaxşıdır, daha doğrusu, onlar gəlmələrdən yaxşıdırlar”,- deyə ekspert bildirir.
Çox vaxt adamların yadlaşması yerli dili bilməmələrindən irəli gəlir. Deyilənə görə, gürcü dilini öyrənənlər yerli əhalinin dərin rəğbətini qazanır və onları rasist hesab etmirlər.
Model Jan Klod Abo öz ölkəsindən müharibə üzündən qaçmışdır. O deyir ki, gürcülərlə bir neçə kəlmə danışmaq onda yadlıq hissinin yox olmasına kifayət edir. Ancaq o, qaradərililərin Gürcüstan üçün yeni mövzu olduğunu etiraf edir.
“Gürcülər mənim çox xoşuma gəlir və mən onların dilini öyrənirəm. Ölkədə yaxşı adamlar çox olanda bir neçə rasist əsla gözə görünmür. Gürcüstanda bəziləri ömürlərində qaradərili adam görməmişlər. Onlan mənə toxunmur, sadəcə olaraq mənimlə maraqlanırlar. Elələri də tapılar ki, mənə onun xoşuna gəlmədiyimi bildirirlər, ancaq qısa söhbətdən sonra onlar mən haqda rəylərini dəyişirlər”,-deyə Jan Klod Abo danışır.
Görünür, Gürcüstanda problem yadlaşmadadır. Sənin mədəniyyətini qiymətləndirən və dilinə hörmət edən, sənə məhəbbətlə cavab verənlər eyni cavab reaksiyasına layıq olurlar. Yüksək və aşağı ictimai inkişaf isə bu halda qeyri-aktualdır. “ABŞ-da rasizm hətta bu ölkənin inkişaf dövründə də çiçəklənmişdir, Avropada isə güman etmişlər ki, yalnız avropalılar layiqli səviyyəyə malikdirlər. Bütün bunlar üçün əsas etik və humanist deyil müəyyən iqtisadi tərəf ola bilər. Biz belə davranışın etik deyil, hətta cinayət kimi gərk ediləcəyınə doğru yavaş irəliləyirik. Biz bunu dəf etməliyik, özü də nə qədər tez, bir o qədər yaxşı”-deyə psixoloq Qaqa Nijaridze bildirir.
Vaxtılə əcdadlarınmız üçün öz identiklik və məğrurluğumuz üzrə qayğı bizə milli əslliyi saxlamış, ancaq indi ölkənin imicinə xələl gətirməmək üçün həddi bilmək gərəkdir.
Şorena Papaşvili