“NATO-nun qapıları Gürcüstanın üzünə açıqdır”,-deyə təşkilatın baş katibi Yens Stoltenberq alyans ölkələrinin dekabrın 2-də keçirilən xarici islər nazirlərinin görüşünün yekunları üzrə bəyan etmişdir. Ancaq Gürcüstanda Stoltenberqin sözlərini entuziazmla qarşılamamışlar, çünki ötən 20-il ərzində artıq Brüsselin boş vədlərinə alışmışlar.

Yens Stoltenberq
Yens Stoltenberq

Ancaq bununla belə, artıq dekabrın 1-də Simali Atlantika blokunun 29-cu üzvü olmaq dəvəti almış Çernoqoriya guya Gürcüstan üçün açıq olan həmin qapılardan kecə bilmişdir.

Gürcüstan əksər postsovet ölkələri kimi özünün NATO ilə əməkdaşlıq etmək arzusunu 90-cı illərin əvvəlində bildirmişdi, ancaq sıfırlı illərin (2000-ci il) ortalarınadək bütün kontaktlar formal səciyyə daşımışdır. Hər şey Gürcüstanın hərbi doktrinasında Rusiya tərəfdən mümkün təhlükə qeydə alınandan və milli silahlı qüvvələrin alyans standartları üzrə islahatlaşma prosesi buraxılan vaxt “qızıl güllər inqilabından” kəskin surətdə dəyişdi.

“Müvafiq olaraq, İrakli Okruaşvilidən başlayaraq müdafiə idarəsi rəhbərlərinin hamısı bu və yə digər dərəcədə Avroatlantika inteqrasiyası lehinə çıxış etdilər.

İrakli Okruaşvilidən

NATO-ya daxil olmanı Gürcüstan hakimiyyəti üçün “başlıca” və “əsas”, hətta “strateyi” vəzifə adlandıran Tinatin Xidaşeli də istisna olmadı. Bu kifayət olmadıqda nazir ritorikasını dəyişərək Avstriyanın “Kurier” nəşrinə bildirdi ki, NATO-nun Gürcüstanı qəbul etməyə etirazı “faciəyə” dönə bilər, BBS-nin efirində isə Tbilisi alyans üzvü statusu ala bilmədiyi halda gürcülərin “qəhrəmancasına həlak olmağa” hazırlıqlarını bildirdi. Belə perspektiv Xidaşelini dövlət xadiminə yaraşmayan hərəkətdə suçlayan Gürcüstan vətəndaşlarının heç də hamısına xoş gəlməmişdi.

ea9cadf4f90aae352cacd22473a63
Tinatin Xidaşeli

İntəhası, rüsvayçı bəyanatlara baxmayaraq NATO ilə inteqrasiya hələki baş tutmamişdır. Və ümumiyyətlə hərbçilərin və ekspert birliyinin əlində Xidaşilini tənqid üçün bəhanə həddən çoxdur.

Məsələn, ona müntəzəm olaraq güc strukturlarının işində az qala ən həlledici amil olan hərbi təcrübəyə malik olmadığını xatırladırlar. Həm də bu təcrübə on illərlə hüquqmüdafiə təşkilatlarında işləyən Tinatin Xidaşelidə hardan ola bilər?!
Xatırladaq ki, hazırki müdafiə naziri 90-cı illərin ortalarında Gürcüstanın gənc yuristlər assosiasiyasında (GYLA) işləmiş, sonra isə Corc Sorosun “Açıq cəmiyyət” Amerika fondunun Gürcüstan nümayəndəliyi şurasının sədri vəzifəsini tutmuşdur. Aydındır ki belə strukturlarda təsadüfi adamlar olmur və ehtimal ki, Bidzina İvanişvilinin Xidaşeliyə ədavətli münasibəti məhz burdan irəli gəlir: deyilənlərə görə, o, hətta fürsət düşən kimi Xidaşelini müdafiə nazirliyindən qovmaqla hədələmişdir.

Bir çox ekspertlərin qənaətinə görə, Xidaşelinin Gürcüstanın müdafiə idarəsinin rəhbəri seçilməsi məhz Sorosun dəstəyi ilə mümkün olmuşdur. Öz müsahibələrinin birində amerikalı oliqarx etiraf etmişdir ki, “qızıl güllər inqilabının” uğuru və Saakaşvilinin hakimiyyətə gəlməsi başçılarının sonralar hökumətdə əsas vəzifələri tutduğu çoxsaylı qeyri-hökumət təşkilatlarının iştirakilə əlaqədardır.

Amerika filantropu Corc Soros
Amerika filantropu Corc Soros

Xidaşeli nazir vəzifəsində öz fəaliyyətini vaxtilə Gürcüstanın gənc yuristlər assosiasiyasının (GYLA) rəhbəri olduğu zaman etdiyi kimi qurmağa cəhd göstərir: maksimum tolerantlıq, özünüreklam və yaxın silahdaşlara dəstək.

Onun ordu mühitindəki gender siyasətini başqa cür izah etmək mümkün deyil.

Etiraf edək ki, güc strukturlarında iş təcrübəsi olan adamın ağlına heç vaxt hərbçilərdə cinsi azlıqlara zorla tolerantlıq və dözüm aşılamaq gələ bilməzdi. Bu mənada ona ümid eləmək qalır ki, gürcü ordusu heç zaman bu dərəcədə üzdəniraq amerikalaşmış və tolerantlı olmayacaq.

Gürcüstan inqilabdan sonra sanki hakimiyyətdə sovet dövrünün tayfaçılıq və ailəçilik praktikasından uzaqlaşmışdı, ancaq Xidaşeli və onun həyat yoldaşı – Gürcüstan parlamentinin spikeri David Usupaşvili (Respublika partiyasının sədri və Gürcüstanın gənc yuristlər assosiasiyasının (GYLA) təsisçisi) artıq neçə ildir ki, bunun əksini sübut etmiş olurlar.

David Usupaşvili
David Usupaşvili

Budur, epizodlardan yalnız biri. Vəzifə başına keçəndən bir neçə ay sonra – avqustda Tina Xidaşeli müdafiə nazirliyinin tender nəticələrinin falsifikasiyası və 4 milyon laridən çox məbləğdə dövlət vəsaitinin israfı haqqında bədnam “kabel işi” üzrə keçən sabıq əməkdaşlarını zəmanətlə azadlığa buraxılmaları və öz vəzifələrinə bərpa olunmalarını təşkil etmişdi.

Gürcüstan silahlı qüvvələri baş qərargahının iki departamentinin rəisləri və dövlət sifarişi departamentinin üç mütəxəssisini deputatlar zaminə götürmüşlər. Onlardan ikisi – Viktor DolidzeZurab Abaşidze David Usupaşvili Tbilisi dövlət universitetində dərs deyən zaman bu ali təhsil ocağının hüquq fakültəsini bitirmişdilər. Bununla belə deputatların qərarına kimin çox təsir göstərdiyi aydın deyil: belə bir rəy var ki, Usupaşvili çox vaxt öz xanımının rəyini rəhbər tutaraq hərəkət edir.

Ancaq Xidaşeli sabiq müdafiə nazirinin komandası ilə dil tapmağa müvəffəq olsa da, hərbi rəhbərliyin qalan nümayəndələri ilə hər şey o qədər də hamar deyil. Məlumatlı mənbələr Xidaşeli və baş qərargah rəisi Vaxtanq Kapanadze arasındaki münasibətlərin son dərəcə kəskınləşməsindən söz açırlar. Hərçənd baş qərargah rəisi müdafiə nazirini xaricə və Gürcüstan ərazisinə səfərlər zamanı az müşaiət etmir, bununla belə, Xidaşelinin yaninda olmağa heç bir arzusu yoxdur,- deyə Kapanadzeyə yaxın ətraf bildırır.

Vaxtanq Kapanadze
Vaxtanq Kapanadze

Sıravı hərbi xidmətçilərdə Xidaşvilinin müdafiə naziri vəzivəsində olma faktının özü kimi, nazirin təşəbbüsləri də ehtiyatlı anlaşılmazlıq doğurur. Hər halda Gürcüstan tolerantlı Almaniya deyil ki, orda ginekoloq qadın müdafiə naziri olsun və Çexiya da deyil ki, müdafiə idarəsinin rəhbəri vəzifəsini caz müqənnisi tuta bilsin.

Hazırki qeosiyası reallıqlar baxımından bizim ölkəyə nəinki siyasi ambisiyaları ilə uzağa gedən sabiq amerikalaşdırılmış hüquq müdafiəçisi, zabitlər arasında nüfuza malik olan və mümkün kənar müdaxilələrdən lazımi tərzdə müdafiə təşkil edə bilən güclü rəhbər lazımdır.

Eka Çugoşvili, politoloq, xüsusi olaraq Dalma News üçün.