Yaxınlarda Qurban Səidin dini romanının motivləri əsasında çəkilmlş, çoxdan bəri gözlənilən «Əli və Nino» filmi Bakı кinoprokаtına çıxmışdır. Əsərin müəllifliyi sual altında olsa da, bir şey mübahisə doğurmur — «Əli və Nino» kitabı sözün əsl mənasında dünya bestsellerinə dönmüşdür. Azərbaycan kinematoqrafiyasına isə, Heydər Əliyev Fondunun vitse-prezidenti, «Əli və Nino» filminin icraçı prodüseri kimi çıxış etmiş Leyla Əliyevanın təşəbbüsü sayəsində azərbaycanlı Əli və gürcü qızı Ninonun əbədi məhəbbət süjetini ilk olaraq «özəlləşdirmək» nəsib olmuşdur. Çəkiliş və bütün yaradıcı komanda beynəlmiləl tərkib kəsb etmişdir ki, bu da güclü tamaşaçı ajiotajı yaratmışdır.
Filmin prodüseri Кris Тiкyе, reyissoru — «BAFTA» mükafatı laureatı Asif Kapadia, ssenari müəllifi — «Academy Award» mükafatı laureatı Кristofer Хеmptondur.
Sensasiyalı kinofilmin çəkilişləri 24 fevral 2014-cü ildə başlamış və iyun ayınadək davam etmişdir. Оnlar Bakının özündə, o cümlədən tarixi «Köhnə şəhər — İçərişəhərdə», həmçinin, Qobustan və Xınalıq kəndində keçmişdir.
Filmdə Əli obrаzını Хаni Əbu-Əssadın ən yaxşı xarici film kimi 2014- ildə «Оskar»a layiq görülmüş «Ömər» filmindən tanınmış aktyor Аdаm Bəкri təcəssüm etdirmişdir. Onun sevgilisi Nino rolunu «Üç metr göy səviyyəsi üzərində» filmində baş rolu — Babıni oynadığına görə tanınmış dünyaşöhrətli aktrisa Mariya Valverde ifa etmişdir.
«Möhtəşəm əsr» serialında yaratdığı sultan Süleyman obrazına görə ümumdünya şöhrəti qazanmış, Türkiyənin ən tələb olunan aktyorlarından biri Xalit Ərgənç filmdə Azərbaycan Xalq cümhuriyyətinin ilk baş naziri Fətəli Xan Xoyski obrazını yaratmışdır.
Filmin aktyor heyətinə həmçinin Azərbaycanın xalq artisti Fəxrəddin Manafov, Azərbaycanın əməkdar artisti Mehriban Zəki, dünya kinosu ulduzları — Меndi Petinkin, Konni Nilsen, Rikkardo Sкаmаrçiо, Humayon Ərşərdi, Əsəd Buab, Numan Akar və başqaları daxil olmuşlar.
Əsərin süjeti Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəllərində ölkənin bolşeviklər tərəfindən işğalı fonunda iki gəncin – azərbaycanlı-müsəlman Əli xan Şirvanşir və gürcü qızı Nino Kipianinin məhəbbət tarixçəsi üzərində qurulmuşdur.
Romanın ekranlaşdırılması haqqında söz çəkilişlərdən xeyli əvvəl gedərək, populyar «Əli və Nino» kitabının pərəstişkarları arasında ajiotaja səbəb olmuşdu. Odur ki, çoxdan gözlənilən filmin geniş ekranlara çıxışı bu səbəbdən ağzınacan dolu zallar toplamış və toplamaqda davam edir.
Filmin uğurları haqqında Dalma Newsə CinemaPlus kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Dаrаbzаdə söz açdı.
«Əli və Nino» filmi böyük tamaşaçı marağına səbəb oldu. Bakıda CinemaPlus kinoteatrlar şəbəkəsinin zalları ağzınacan dolu idi.
Tamaşaçılar arasında nəinki təkcə yerli sakinlər, həm də paytaxtın qonaqları da var idi. «Əli və Nino» həmçinin Gəncə şəhərində də canlı yayımlanırdı və biz ona baxmaq üçün nə qədər çox tamaşaçının gəlməsinə xoş təəccüb keçirirdik. Qeyd etmək lazımdır ki, hələ premyera tamaşasına qədər CinemaPlus kinoteatrı prokatın ilk 4 günü üçün qabaqcadan bilet satışı təşkil etdi. Bir həftə ərzində bütün biletlər alınmışdı,- deyə Z.Dаrаbzаdə bildirdi.
Kinoteatr direktorunun sözlərinə görə, «Əli və Nino» filmi artıq özünü tanıtmağa nail olmuş və indi Hollivud blokbasterlərilə tamaşaçı uğrunda mübarizədə rəqabət aparmağa hazırdır. ««Əli və Nino»romanı XX əsrin ən parlaq və əsrarəngiz sevgi hekayələrindən biri kimi tanınaraq, minlərlə oxucu qəlbinə yol tapmış və sonralar dünyanın 33 dilinə tərcümə edilmişdir.
Odur ki, film, onun doğma ana dilinə keyfiyyətli dublyajı da nəzərə alınmaqla, tamaşaçıların sonsuz marağına səbəb olmuşdur ki, bu da filmin müsbət qavrayışı üçün ümdə amildir», — deyə CinemaPlusun başçısı vurğulamışdır.
Cəsarətlə demək olar ki, «Əli və Nino» filmi Azərbaycan kinematoqrafiyasının tarixinə olduqca şanlı bir səhifə yazmışdır. Z.Dаrаbzаdə qeyd etmişdir ki, Bakı tamaşaçıları yerli kinematoqrafa baxmağa hazırdır və yeni tamaşaları həmişə səbirsizliklə gözləyir. «Bu günədək ekranlara bir sıra yerli filmlər buraxılmışdır. Onların arasında zalları tam dolduran və tamaşaçıların xoşuna gələnləri çox idi. Bu baxımdan «Əli və Nino» filmi də istisna deyil. Ümid edirik ki, bizim yerli kinematoqrafiya ildən-ilə bizi tamaşaçı üçün yeni və maraqlı primyеralarla sevindirəcək. Biz tərəfdən isə CinemaPlus kinoteatrlar şəbəkəsi bu premyeraları həmişə ilk yayımlamağa şad olardı », — deyə müsahibimiz yekunlaşdırdı.
Qeyd etmək lazımdır ki, «Əli və Nino» bədii filmi təkcə Azərbaycanda deyil, həm də xarici ölkələrdə də böyük maraq doğurub. «Əli və Nino» İlk dəfə 27 yanvar 2016-cı ildə ABŞ-da nüfuzlu beynəlxalq «Sundance» kinofestivalı çərçivəsində nümayiş etdirilmişdir. Bakıda dini filmin premyerası oktyabrın 6-da Heydər Əliyev Mərkəzində olmuşdur. Bu yaxınlarda isə film Tbilisidə gürcü dilində nümayiş etdirilmişdir. «Əli və Nino» filmi bu arada həmçinin Nyu-yorkun tanınmış kinoteatrlarından biri olan «Sunshine»də paytaxt tamaşaçılarının qəlbini fəth etmişdir. Ümid edirik ki, bu prosesin coğrafiyası genişlənəcək və dünyanın bir çox ölkələrinin kino həvəskarları bu filmə baxaraq onu layiqincə qiymətləndirəcəklər.
Çinarə Qurbanqızı