Dalma News məşhur Azərbaycan ifaçısı, «Eurovision – 2011» beynəlxalq mahnı müsabiqəsinin qalibi Eldar Qасımоvla(Eldar) müsahibəni təqdim edir.
Eldar, sizin yeni kompozisiya lap təzə il ərəfəsində işıq üzü görüb, bu münasibətlə sizi biz daha təbrik edirik.
Özlüyündə mahnı yeni deyil. Mənim ifamda hamının uşaqlıqdan sevdiyi «Yeni il gəldi» mahnısının bir növ kaver-versiyası səslənmişdir.Bu kompozisiyanı Hikmət Ziya yazmış, musiqisi isə — Musa Mirzəyevindir. Mən mahnını Sinin «Cheap thrills» hitilə sintez edərək ona yeni səs verməyə çalışdım. Mənim üçün ən vacibi dinləyicilər üçün önəmli Yeni il abi-havası yaratmaqdı. Qeyd etmək istəyirəm ki, səs rejissoru Bəbir Bəbirli oldu.
Geri boylanaraq deyin görək, sizin Eurovision – 2011 kimi bu qədər nüfuzlu mahnı müsabiqəsindəki qələbəniz həyatınızda nə kimi dəyişiklik yaratdı?
Bu nüfuzlu mahnı müsabiqəsində qələbə mənim musiqi karyeramın başlanğıc nöqtəsi oldu. Buna qədər mən həyatımın musiqi ilə bağlı olacağını anlayırdım, lakin heç cür güman edə bilməzdim ki, o, birdən-birə bu qədər böyük səhnədə başlayacaq. «Eurovision» dan sonra mənim peşəkar musiqi karyeram başladı. Bundan əvvəl, mən yalnız universitet bayramlarında çıxış etmişdim. Eurovision – bu, bir növ tramplindir. Mən məhz səhnədə real özüməm, səhnə – mənim evimdir. Orada mən tam surətdə açılıram, bəzən çıxışdan sonra prosesin özünə o qədər aludə oluram ki, hətta, özümü necə apardığımı unuduram.
Mən hesab edirəm ki, hər hansı digər müsabiqə kimi «Eurovision» da sadəcə olaraq, adama görünmək və eşidilmək imkanı verir. Bu, sadəcə taleyin şansıdır, qalan hər şey isə artistin özündən asılıdır. Mən həmişə bilirdim ki, müğənni öz yaradıcılığı vasitəsilə dinləyiciyə nəsə çatdıra bilər. Mən bilirəm ki, mənim dinləyicilərim məni eşidirlər, və mən həmişə öz mahnılarımla onları sevindirməyə çalışacağam. Axı mən onlar üçün və onların naminə yaradıram!
Əgər sizə növbəti dəfə ölkəni «Eurovision»da təmsil etmək təklif olunarsa, siz razılaşarsınızmı?
Mən həmin səhnədə olduğuma görə öz taleyim və bu müsabiqəyə təşəkkür edirəm. Lakin düşünürəm ki, imtina edəcəyəm, ona görə ki, Eurovision artıq keçilmiş mərhələdir, daha yeni zirvələrə can atmaq lazımdır. Həyata keçirilməli xeyli çox plan və ideyalar var ki, hələ onların qapısını döyməyə dəyər …
Bizimlə bölüşərsiz?
2018-ci ili mən yeni kompozisiyaların buraxılışına və sosial layihələrin həyata keçirilməsinə həsr edəcəyəm. Bir müddət əvvəl mən öz musiqi karyeramla yanaşı, ölkənin ictimai həyatına da öz töhfəmi verməyə çalışıram. Bunun üçün mən hətta nəinki təkcə Azərbaycanda, həm də digər ölkələrdə öz fan-klublarımın iştirakçılarını sıx birləşdirmişəm. Ancaq heç şübhəsiz, mən eyni zamanda, bu prosesə mümkün qədər çox insan cəlb etmək üzərində də işləyirəm.
Söz hansı layihələrdən gedir?
Mən hələ bütün detalları açmaq istəmirəm, amma artıq həyata keçirilənləri sadalaya bilərəm. Məsələn, mən siqaret çəkmək əleyhinə sosial layihədə iştirak etmişəm. Bundan başqa, sahibsiz heyvanları müdafiə çarxında (rolik) çəkilmişəm.
Biz bu qəbildən olan layihələri bu il də çəkəcəyik, lakin onlar daha böyük olacaqlar. Bundan əlavə, biz çalışacağıq ki, onlar daha çox insanın ürəyini ələ ala bilmək üçün daha açıq və necə deyərlər daha «qışqırıqlı» olsunlar.
Bizim layihələr ölkədə və dünyada mövcud olan problemləri ictimaiyyətə çatdırmaq üçün nəzərdə tutulmuşdur. Bir tərəfdən, elə insanlar var ki, problemlər yaradır, elələri də var ki, yalnız sadəcə olaraq fəaliyyətsizlik göstərirlər. Burada ikincilər birincilərdən daha pisdir. Layihənin mahiyyəti əhalinin məhz bu zümrəsini gücləndirməkdən ibarətdir.
Siz keyfiyyətli musiqini qiymətləndirən yaradıcı şəxsiyyətsiniz, bu gün bizim şou-biznesin səviyyəsini necə qiymətləndirərdiniz?
Mən, ümumiyyətlə, musiqini bölüşdürüb ayırmağın əleyhinəyəm. Müəyyən region və ya ölkəyə əlbəttə, öz musiqisi və mədəniyyəti xasdır, amma mən daha çox bu musiqinin birləşdirici olmasının tərəfdarıyam. Qloballaşma bu gün musiqiyə də çatmışdır. Ancaq təəssüflə deyə bilərəm ki, postsovet məkanında musiqinin keyfiyyəti qaneedici deyil. Çünki burada nəsə yeni bir şeyə cəhd göstərməkdənsə, daha çox 50-60-cı illərin musiqi zövqünə üstünlük verirlər.
Azərbaycandan danışarkən, şübhəsiz, diqqət etnik musiqiyə, məsələn, muğama yönəlir. Mən də bu musiqinin böyük pərəstişkarıyam. Amma bundan başqa, kifayət qədər tez-tez Əfqanıstan, Pakistan, Türkiyə və Hindistan musiqisinin qarışığı eşidilir. Lakin axı, bizim özümüzün gözəl milli ahənglərimiz var, lakin onların üzərində çox nadir hallarda bir şey yazırlar. Çünki musiqi və yaradıcılığı sırf biznesə çevirmişlər. Bəzi artistlər bu gün daxildən gələni deyil, onlardan tələb olunanı ifa edirlər. Bu isə artıq yaradıcılıq və ya incəsənət deyil, o, səmimiyyətdən məhrumdur. Mən hesab edirəm ki, istehlakçının sözü ilə oturub-durmaq düzgün deyil. Məsələn, mən bundan yayınmağa çalışıram və çox şadam ki, azarkeşlərim və dinləyicilərim bu məsələdə məni dəstəkləyirlər.
Bəs sizin mahnılarınız hansı təbirdə səslənir?
Mən əsasən Avropa musiqisini dinləyirəm, ancaq mənim mahnılarımda Britaniyadan başlayıb Hindistanda bitən ən müxtəlif motivlər səslənə bilər. Amma ən başlıcası odur ki, ifa etdiyin hər şey daxildən-ürəkdən gəlməlidir. Mən özümü lirik-dramatik müğənni kimi dəyərləndirirəm. Məhz sevgi mahnıları mənim dilimin əzbəridir, mən tamamilə məhz onlarda açıqlanıram.
İctənilən hər hansı bir musiqi yaratmaq olar, amma əsas odur ki, bu proses yalnız biznesə çevrilməsin. Bu, artıq yaradıcılıq deyil, incəsənətin istismarı və zəbti əməliyyatıdır. Son nəticədə, tənəzzül baş verəcək və bir nəticə kimi, sadəcə olaraq, musiqi zövqündən məhrum insanlar təbəqəsi yaranacaq. Təəssüflər ki, bu artıq bir çox postsovet ölkələri ərazisində nəzərə çarpır, lakin mən çox ümid edirəm ki, bu, yalnız gec və ya tez başa çatan keçid dövrüdür. Zövqləri necə deyərlər, peyvənd etmək, o cümlədən, ifaçılarla da peyvənd edib calamaq lazımdır. Musiqi də daxil olmaqla tərbiyə mədəniyyəti çox vacibdir.
Karyeranıza qayıdaq…Siz ən müxtəlif dünya ölkələrində konsertlərlə yetərincə tez-tez çıxış edirsiz. Avropalılar və MDB ölkələri vətəndaşlarının zövqləri nə qədər fərqlidir?
Hamının əvəzinə cavab verə bilmərəm. Məsələn, mənə Avropa musiqisi yaxındır, onun üzərində böyümüşəm. Yalnız muğam istisna təşkil edir. Lakin bu, artıq fəlsəfədir. Ümumiyyətlə, etnik musiqi az populyardır, amma onu başa düşmək, onun səviyyəsinə yetişmək lazımdır. O, bəzən bir çox həyati problemlərini həll etməyə kömək edir. İncəsənət həyat tərzi olmalıdır, zövqlər isə həmişə müxtəlif olacaq.
Bəs son dəfə harda olmusunuz? Və yaxın vaxtlarda hara yola düşəcəksiniz?
Bu yaxınlarda «İpək yolunun ulduzu» layihəsinin münsiflər heyəti tərkibində Qazaxıstanda olmuşam. Musiqi müsabiqəsi «İpək yolu» vasitəsilə keçən ölkələrdən olan gənc ifaçıları birləşdirir. Bu layihədə müxtəlif, lakin eyni zamanda, ümumi mədəniyyət və ənənələrlə birləşmiş Azərbaycan, Qazaxıstan, Türkiyə, Gürcüstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, həmçinin Başqırdıstan və Tatarıstan kimi ölkələrdən olan vokalçılar ıştirak edirlər.
Tezliklə yeni ingilis dilli sinql (disk) yazmaq üçün İsveçə gedirəm, kompozisiya hələ tam hazır deyil, lakin Allah qoysa yaxın gələcəkdə. Bundan əlavə, «I miss you» kompozisiyası var ki, mən onu öz pərəstişkarım Sara Əmiran Dilrüba ilə həmmüəlliflikdə yazmışam. Və bu mahnıya klip çəkməyə hazırlaşıram ki,onun çəkilişləri yaxın vaxtlarda Xaçmazda (Azərbaycanın şimalında şəhər — red.) keçiriləcəkdir. Bu, çox şəxsi bir mahnı olaraq, sözün əsl mənasında mənim bütün daxili yaşantılarımı açıb xoş xatirələri yada salacaq…
Şöz şəxsilikdən gedərsə, Sizcə yaradıcı insanın tənfa olması daha yaxşıdırmı?
İnsanlar bu dünyaya tək gəlir və həyatdan da tək gedirlər. Mən tək olsam da tənha deyiləm. Elə olur ki, insan hətta münasibətlərdə də tək olur. Yaradıcı insan sevgi, ehtiras, ünsiyyətə həmişə «ac» olmalıdır… Bu yanğı və ya susuzluq olmasa, yaratmağın da mənası olmayacaq. Məhz məhdudiyyətlər insana hiss etmək və ən başlıcası, bu hissləri dinləyicilərə ötürmək imkanı verir. Əgər siz hər şeyə malik olarsızsa, həyat yavaş-yavaş mənasını itirəcək. Ən başlıcası — həyatın qədr-qiymətini bilmək və xoşbəxt olmaqdır!
Таtyana Ələkbərova
Fotomateriallar Zaur Nəcəfbəyov, Azər Jafar, Fərid Bağırov və AyMoment Groupa məxsusdur.