Beynəlxalq universal EКSPО-2025 (Expo-2025) sərgisinin keçiriləcəyi yer bu il müəyyənləşəcək. Namizədlərdən biri Bakıdır. Son vaxtlara qədər Azərbaycan paytaxtının rəqibləri Yekaterinburq (Rusiya), Paris (Fransa) və Osaka (Yaponiya) idi. Düzdür, Paris EKSPO-nun keçirilməsini iqtisadi cəhətdən səmərəsiz hesab edərək, bu günlər öz ərizəsini geri götürmüşdür.
Şəhərin son seçimi 2018-ci ilin noyabrında ediləcək, lakin artıq 2018-ci ilin yazında Beynəlxalq sərgilər bürosunun qiymətləndirmə missiyası Bakıya gələcək.
Bu hadisə ərəfəsində Bakı getdikcə daha çox dəstək alır. Məsələn, yaxınlarda Türkiyə və İran Expo-2025-in keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsini dəstəkləmişlər. Bu, Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri Elmar Məmmədyarov, Məhəmməd Cavad Zərif və Меvlut Çavuşoğlunun üçtərəfli dekabr görüşündə baş vermişdir.
Bir qədər əvvəl Azərbaycanda xarici diplomatlar üçün Bakının potensialını açan təqdimat mərasimi keçirimişdir. Nəşrlər xarici mətbuatda da olmuşdur. Məsələn, The Jerusalem Post israilli politoloq, Bakı beynəlxalq multikulturalizm mərkəzinin İsrail bölməsinin başçısı Arye Qut məqalə dərc etmişdir ki, orda EKSPO-2025–in keçirilmə ehtimalını «daha yaxşı gələcəyin təmini üzrə iddialı layihə» adlandırmışdır.
Qeyd edək ki, Azərbaycanın EKSPO-da iştirak etmək təcrübəsi var: 2015-ci ildə Milanda universal sərgi, 2016-cı ildə Antalyada bağçılıq sərgisi, 2017-ci ildə Astanada ixtisaslaşdırılmış «Gələcəyin enerjisi» sərgisi. Azərbaycan pavilyonları sərgilərdə daim mükafatlar alırdı. Astanada Azərbaycan pavilyonuna gələnlərin sayı 1 milyon nəfərdən çox olmuşdu.
Bakıda EKSPO-2025-in keçirilməsi üçün artıq Zığ şossesi və Dream Land qolf-klubun yaxınlığındakı ərazinin hazırlanmasına başlamışlar. Düzdür, Azərbaycan əhalisi məsələn, Azərbaycanın «Formula-1» Qran-prisi, İslam oyunları, Avropa oyunları və s. kimi böyük beynəlxalq tədbirlərin gətirdiyi çətinlikləri nəzərə alaraq, bu ideyaya xüsusi nikbinlik olmadan yanaşmışdır.
Bununla belə, AO «NK «Аstana EKSPО-2017»də ictimaiyyətlə əlaqələr departamentinin direktoru Sergey Кuyanov Dalma News ilə söhbətində EKSPO-2017-nin keçirilməsində uğurlu Qazaxıstan təcrübəsinin Azərbaycana kömək edə bilib-bilməyəcəyi və bu tədbirin təşkili zamanı ölkəni hansı «sualtı daşların» gözləməsi haqqında söz açmışdır.
Sergey Кuyanovun sözlərinə görə, «Аstana EKSPО-2017» Beynəlxalq sərgilər bürosunun (ВSB) baş katibi Visente Gonsales Lossertales tərəfindən son 25-30 il ərzində ən uğurlu sərgi kimi tanınmışdır.
«Beynəlxalq nümayəndə heyətlərinin iştirakçıları və üzvlərindən çoxlu müsbət rəylər səsləndi. Odur ki, sərgimizin baş tutduğunu deməyə bizim tam əsasımız vardır. Vaxtilə biz digər bir uğurlu sərginin — «Milan-2015»in təcrübəsini çox dərindən öyrənmişik , bu gün isə bizim şirkət Dubayda 2020-ci ildə keçiriləcək sərginin təşkilatçıları ilə müxtəlif sahələrdəki təcrübə ilə bölüşür»,- deyə o bildirib.
«O ki qaldı sualtı daşlara, burada dəqiq və mükəmməl bir resept vermək olmaz. Hər bir sərgi fərdidir və bir çox amillərdən asılıdır. Amma ən başlıcası — bu, sərgiyə gələnlərin maraqlarıdır. Bəli, şübhəsiz, rəsmi formatlar çox vacibdir, onlar ölkəyə beynəlxalq səhnədə öz maraqlarını irəli sürməyə və yeni dostlar qazanmağa kömək edir. Lakin sərginin əsas göstəricisi – bu, ora gələnlərin sayıdır. Əgər lap əzəldən ekzpozisiyadan tutmuş şəhər nəqliyyatınadək hər şeydə əsas oriyentir kimi məhz sərginin qonağının marağı əsas götürülərsə, sizin sərginiz uğura məhkumdur ki, mən «Astana EKSPO-2017»nin təşkilatçıları adından Azərbaycan xalqı və Bakı şəhərinə elə həmin uğuru arzulayıram!», — deyə Sergey Кuyanov vurğulamışdır.
Qeyd edək ki, ixtisaslaşdırılmış sərginin universal sərgidən fərqi ondadır ki, elə Bakının da iddia etdiyi universal sərgidə pavilyonları iştirakçı ölkələrin özləri tikirlər ki, bu da bir tərəfdən təşkilatçıların xərclərini azaldır. Lakin bununla yanaşı, EKSPO ərazisi yetərincə çoxdur. Belə ki, əldə olan məlumata görə, Bakı EKSPO-na 200-dən 300 hektara qədər ərazi ayrılmışdır. İntəhası, məsələn, Astanada ixtisaslaşdırılmış EKSPO-2017 sərgisi 174 hektar ərazini tutmuşdur. Astanada EKSPO-2017-nin keçirildiyi üç ay ərzində sərgini üç milyondan çox adam ziyarət etmişdir. Əgər Bakı EKSPO-2025-i keçirmək hüququ qazanarsa, o 6 ay davam edəcək və proqnozlara görə, sərgini 18 milyon nəfər ziyarət etməlidir.
İndi isə faktlar. RBK nəşri EKSPO-2025-in keçirilməsinə iddia ərizələrini analiz etmiş və nəticədə belə bir səhnə alınmışdır.
Yekaterinburq. Bu şəhərdə sərgi 2025-ci il mayın 2-dən noyabrın 2-nədək keçməlidir. Yekaterinburqdaki EKSPO-2025-in mövzusu «Dünyanı dəyiş: gələcək nəsillər üçün innovasiyalar və yaxşı həyat» kimi səslənir. EKSPO-park üçün Yekaterinburqda Verx-İsetsk gölməçəsi sahilində 555 ha ərazi ayrılmışdır ki, bu, sərgilərin keçirilmə tarixində ən böyük bir ərazidir. Orada milyon kvadratmetr mənzil, bir o qədər də sərgi pavilyonları, mədəni və sosial obyektlər tikiləcək. Bura gələnlərin sayının 14 milyon nəfər təşkil edəcəyi gözlənilir.
Bakı. Qafqazda, Xəzər dənizinin sahilində yerləşən ən böyük şəhər. «Qitələr və sivilizasiyaların kəsişməsindəki megapolis insanların əsrlər boyu yaşadığı şərq və qərb, şimal və cənub arasında ticari, siyasi və mədəni bir körpüdür», — deyə şəhərin ərizəsində göstərilir. EKSPO-2025 burada 2025-ci il 10 may və 10 noyabr arasında keçməlidir. Bakınün elan etdiyi mövzu — «İnsan kapitalının inkişafı, daha yaxşı bir gələcək qurmaq» adlanır. Şəhər təxminən 18 milyon EKSPO qonağını qəbul etməyi planlaşdırır.
Оsaka. Yaponiyanın ərizəsində deyilir ki, bir mərkəz kimi Каnsay ilə Оsаka regionu müasir və qabaqcıl texnologiyalar və elm ilə birləşdirən adət-ənənələrin zəngin mədəniyyət ərazisidir. Şəhərdə sərgini 2025-ci il mayın 3-dən noyabrın 3-nədək keçirmək istəyirlər. EKSPO-nun mövzusu — «Bizim həyatımız üçün gələcək cəmiyyətin layihələşdirilməsi»dir. Gələnlərin sayı — 28-30 milyon nəfər.
EKSPO-2025-in keçirilmə dəyərinə gəlincə, bununla bağlı dəqiq məlumat yoxdur. Amma, nümunə üçün, Sergey Кuyanovun müxbirimizə dediyi kimi, Astanada 2017-ci ildə ixtisaslaşdırılmış sərgi rəsmi məlumatlara görə, 1,3 milyard dollara başa gəlmişdi. Yekaterinburq üzrə də ilkin rəqəmlər var — Rusiya təxminən 2,65 milyard dollar sərf etmək niyyətindədir. Belə çıxır ki, EKSPO-nun keçirilməsi Azərbaycana da çox baha başa gələcək.
Azərbaycan iqtisadçısı, Davamlı inkişaf araşdırmaları mərkəzinin sədri Nəriman Ağayevin Dalma News ilə söhbətində bildirdiyinə görə, 3 milyard dollar məbləğində xərcdən söz gedə bilər.
«Lakin bu o qədər də böyük məbləğ deyil. Belə çıxır ki, 6-7 il ərzində bir ilə təxminən 500 milyon dollar düşür. Bu, tamamilə realdır. Bundan əlavə, hazırda boş qalan ərazilər işə salınacaq (rabitə, logistika və s.). Bu yeni iş yerləri verəcək, proqnozlaşdırıram ki, milli valyutanın məzənnəsi də möhkəmlənə bilər. Belə ki, əgər biz müsabiqəni uda bilsək , çox yaxşı olacaq», – deyə müsahibimiz bildirdi.
Nəriman Ağayev əmindir ki, Bakıda EKSPO-dan gələn gəlir onun keçirilməsinə sərf edilən xərcləri ödəyəcək, sərgi isə daxili və xarici turizmin inkişafına kömək edəcək. «İnsanları, əlbəttə, 3 milyard dollar rəqəmi qorxuda bilər. Amma, yenə də deyirəm, əgər bölsək, hər ilə 500 milyon düşər. Biz lazımsız xərclərə böyük məbləğlər sərf edirik, EKSPO isə – bu, gələcəyə sərmayə qoymaq, bu, tarix və ölkənin dünyada tanınma prosesınin inkişafı deməkdır», – deyə o qeyd etmişdir.
Məmməd Məmmədzadə