Dalma News əfsanəvi KVN – Şən və hazırcavablar klubunun «Bakılı oğlanlar» komandasının ən uğurlu iri, Azərbaycan aktyoru, publisist, Azərbaycan respublikasının əməkdar artisti, yaxınlarda özünün «ART IN BOXES²» sərgisinin təqdimatını keçirmiş Bəhrаm Bağırzadə ilə müsahibə aparmışdır. Qeyd edək ki, bu, Bəhram Bağırzadənin sadəcə növbəti yaradıcılıq layihəsi deyil, bu, özün haqqında, həyat haqqında , öz hisslərin və hərəkətlərin barədə düşünməyə, reallığın sərt və mücərrəd çərçivələrindən çıxmağa və qısa müddətə öz fikirlərinin sərbəst qanadlarını hiss etməyə çağırışdır. ART IN BOXES-in realizəsindən əldə olunanv vəsait isə xeyriyyəçiliyə sərf ediləcək.

Yaxınlarda Mədəniyyət və turizm nazirliyinin Muzey mərkəzində sizin «ART IN BOXES²» şəxsi sərginizin açılışı olmuşdur. Son zamanlar siz yetərincə tez-tez sərgilər təşkil edirsiniz. Siz sahəni tamamilə tərk etmək, yoxsa bütün hamısını birləşdirmək qərarınamı gəlmisiniz?

Deyirlər ki, Bəhram Bağırzadə – keçmiş KVNçidir, amma mən həmişə cavab verirəm ki, keçmiş KVNçilər olmur. KVN və yumor daim məndə yaşayır və bu sevgi həyatımın sonunadək mənimlədir. Məndən həmişə soruşurlar: «Bəhram, sən neynirsən, nə qoyub, nə aparırsan?». Mən isə cavab verirəm: «Mən insanlara sevinc daşıyıram». Mən sevməyi bacarıram, ona görə də məndə hər şey alınır. Sevməyi isə yalnız xoşbəxt insandır bacarır.

O ki qaldı mənim «ART IN BOXES²» sərgimə — bu, artıq sayca ikinci belə tədbirdir. Bu qeyri-adi layihə tamaşaçıların diqqətinə müasir bədii ideyalar, yeni obraz və mənalar təqdim edir.. Mən öz dünya görüşümü müxtəlif istiqamətlər və estetik formatlarda — suvenir, hədiyyə, konseptual, karikatur formatlarında, eləcə də «Avropa müəllif gözü ilə» seriyasında təklif edirəm. Mən mücərrəd quraşdırmalar deyil, kiçik həyat epizodları yaratmaqla reallığı bədii məkanda yaratmağa çalışmışam. Ən başlıcası isə, mən hər bir yaranışa öz hisslərimi, düşüncələrimi və ən səmimi duyğularımı qoymuşam! Tezliklə mənim sərgim Avropaya yollanmalıdır. Mən onu Almaniya, Belçika, Lüksemburq və digər ölkələrdə göstərməyi planlaşdırıram.

Siz kinoda yetərincə tez-tez çəkilmisiniz, bu gün sizin karyeranız həmin istiqamətdə necə inkişaf edir?

Pavel Priluçnıy və Bəhram Bагğırzadə

Mənim hesabımda 30-a yaxın film vardır. Elə bu yaz Rusiya və Azərbaycanda «Кilimancara» filminin premyerası keçirilməlidir ki, orda mənimlə bərabər, həm Azərbaycan, həm də Rusiyanın digər tanınmış aktyorları da çəkilmişlər. Onların arasında: Pavel Priluçnıy, Maksim Vitorqan, Tahir İmanov, Artyom Suçkov, Murad Məmmədov və digərləri var. Bu filmin baş prodüseri isə Aleksandr Sekalodur.

Bu komedik film bəyin sənin toyuna gəlmədikdə nə baş verməsindən danışır. Süjetin qısa təsviri belədir: «Əgər bəy (gəlinin nişanlısı) öz toyuna gəlməyibsə, yalnız bir şey qalır —onu tapmaq .Öz sevgilisini tapmaq üçün onun doğma Azərbaycanına yola düşən gözəl Marusya da məhz belə edir. Və nə yaxşı ki, onun yanında dostlardan ibarət mehriban və ya o qədər də mehriban olmayan və heç dost olmayan komanda var. Bakıda belə macəralar nə Marusyanın komandasından olanların, nə də sakinlərdən heç birinin ağlına belə gəlməzdi».

Mən düşünürəm ki, mart ayında filmin premyerasından sonra Bakıya səfər etmək istəyən rusiyalı turistlərin sayı bir neçə dəfə artacaq. Filmin çox maraqlı olacağı gözlənilir. Bəs hələ mənim sevimli, doğma Bakımı necə gözəl çəkmişlər!

Bundan başqa, fevralın 1-də həmçinin mənim də çəkildiyim «Bəxtüzüyü» filminin ilk tamaşası keçiriləcək. Süjet barədə qabaqcadan danışmayacağam, qoy bu, televiziya tamaşaçıları üçün sürpriz olsun. Bundan əlavə, mən indi üç filmdə çəkilirəm, lakin onlar barədə mən hələ söz açmayacağam, çünki çəkilişlər hələ bu yaxınlarda başlamışdır.

Sizin digər hobbi və təşəbbüslərinizə müraciət edək: siz şəhərimizin vəziyyəti haqqında kifayət qədər tez-tez yazırsınız, sahibsiz ev heyvanlarının problemini qaldırmışız. Sizi bu gün ən çox narahat edən nədir? Siz deputat (millət vəkili) olmaq üzərində düşünmüsüzmü, axı siz o qədər yaxşı ideyalara maliksiniz?

Xeyr, dəqiq olaraq, deputat yox, mən azadlıqsevər adamam, əl-qolumu heç nə ilə bağlamaq istəmirəm. Amma məxfi olaraq hamı məni Bakı şəhər meri adlandırır. Odur ki, məni paytaxtın problemləri də biganə qoya bilməz. Məni ən çox düşündürən sosial problemlər və paytaxtın urbanizasiya məsələsidir.

Gəlin yumora qayıdaq, siz KVN – Şən və hazırcavablar klubunun əfsanəvi «Bakılı oğlanlar» komandasının ən məşhur üzvlərindən birisiniz. Deyə bilərsinizmi, Azərbaycan «KVN»i bu gün nə qədər dəyişmişdir? Siz KVN-də bizim gənc «Bakılı oğlanlar» yığmasını necə qiymətləndirirsiniz?

Mənə bu gün KVN haqqında fikir söyləmək çətindir, çünki mən ona demək olar ki, baxmıram. Amma deyə bilərəm ki, bizim Şən və hazırcavablar klubundaki gənc «Bakılı oğlanlar» yığmamız çox perspektivlidir. Mən uşaqlara fəal kömək göstərir və inanıram ki, onlar parlaq yumoristik gələcəyə malikdirlər. Bu nə qədər ucadan səslənmiş olsa da, Azərbaycan xalqı çox istedadlı xalqdır. Sadəcə, hərəkət etmək lazımdır və Azərbaycan bunu Avroviziya, Avropa oyunları, İslam həmrəyliyi oyunları kimi böyük tədbirlərlə sübut edə bilmişdir. Hələ mən ölkəmizdə keçirilmiş iri miqyaslı idman yarışları haqqında söz açmıram.

Mənim KVN-ə dair son xatirələrim 2000-ci ildə biz «Çempionların Çempionları» Kuboku sahibləri olan vaxtlar bitməyə başladı. O zaman əsas mükafat uğrunda finala Moskva, Minsk, Mahaçqala və İrəvandan olan komandalar çıxmışdılar. Bu, ən xoş xatirələrdir. Xatirələr isə, necə deyərlər, bu, yeganə cənnətdir ki, bizi oradan qova bilməzlər.

Sizin fikrinizcə, ölkədə ümumiyyətlə, yumor qavrayışı dəyişibmi? Azərbaycanda indi insanlar ən çox nəyə gülürlər?

Mən hesab edirəm ki, dəyişib və şəxsən mənim üçün də. Mən bəzən gənclərin yumorunu başa düşmürəm. Gənclər indi başqa cür zarafat edirlər . Və bunda heç kim günahkar deyil, onların öz qavrayışı, öz yumoru var. Bu, o demək deyil ki, vəziyyət pis tərəfə dəyişib, bu, o deməkdir ki, nəsil dəyişib. Amma mən klassik və akademik yumoru qiymətləndirirəm, Azərbaycanda bu da var , lakin o azalmışdır.

Siz Azərbaycan televiziyasında komik artistlərin yumor və peşəkarlıq səviyyəsini necə qiymətləndirirsiniz — o, 90-cı illərlə müqayisədə yaxşılaşmış yoxsa pisləşmişdir?

Birmənalı olaraq yaxşılaşmışdır. Meydana daha çox yaradıcı və istedadlı komiklər gəlmişdir. Şübhəsiz, bir çox yeni aktyorlar var ki, onların oyunu bəzən qənaətbəxş təsir bağışlamır, amma bu qorxulu deyil. Biz hamımız əvvəlcə yanlıb səhv buraxırıq. Yalnız heç bir şey etməyən səhv buraxmır. Lakin, təəssüf ki, bir çox istedadlar var ki, üzə çıxmamış qalırlar. Bu, böyük bir problemdir, onları üzə çıxarıb böyük səhnəyə yönəltmək üçün prodüserlər çatışmır .

Siz necə düşünürsünüz, hansı mövzuda zarafatları daha çox sərfəli hesab etmək olar?

İstənilən məişət mövzularında zarafat aktual və demək olar ki, həmişə gülməlidir. Ancaq yaxşı olardı ki, mən ümumiyyətlə nəyin üzərində çox zarafat etməyin lazım olmadığını deyim. Bu, mənim fikrimcə, din və milliyyətdir. Mən öz yumorumda buna həmişə riayət etmişəm.

Və nəhayət, sizdən bizim oxucular üçün zarafat.

Məndən necəsə soruşdular ki: «Azərbaycanlıların saçları niyə belə qaradır?». Mən cavab verdim: «Öz işıqlı başlarını onların altında gizlətmək üçün» . Ancaq sonda mən bütün oxuculara demək, daha doğrusu, arzulamaq istəyirəm: «Müharibələrsiz rifah və sülh. Gəlin birgə yaşayaq, sevək, nəfəs alaq və yaradaq! Allah bizə kömək olsun!».

 

Аvtobioqrafik (tərcümeyi-hal) аrаyış

Bəhram Аrifoğlu Bağırzadə — Azərbaycan komediya aktyoru, rejissor, aparıcı, iştirakçı KVN —Şən və hazırcavablar klubunun «Bakılı Oğlanlar» komandasının üzvü. Kinematoqrafçılar ittifaqının, eləcə də Azərbaycan karikaturaçılar birliyinin üzvü.

Azərbaycan SSR, Bakı şəhərində dünyaya gəlmişdir. Bakı şəhər 189 saylı orta məktəbi bitirmişdir. 1989-cu ildə M. Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsinə qəbul olmuşdur. İdmanla fəal məşğul olmuş, idmanın müxtəlif növləri üzrə bir neçə dərəcəsi var, «Burevestnik» cəmiyyətinin Üzgüçülük üzrə çempionatının mükafatçısıdır, Həndbol üzrə Azərbaycan gənclər yığmasında çıxış etmişdir.

1994-cü ildən Azərbaycan dövlət televiziyasında işləməyə başlamış, orada özünün ilk müəllif verilişi «Bəhrаm-Vаdо-şou»sunu, eləcə də çoxsaylı kliplər və reklam çarxları yaratmışdır. 2006-cı ildən müxtəlif Azərbaycan və xarici telekanallarda teleaparıcı olmuşdur.

1987-ci ildə «Neftçi» futbol komandasının fan-klubunu yaratmış, 2014-cü ildə klubun müşahidə şurasının üzvü olmuşdur. On yaşından televiziya tamaşaları və müzikllərdə çəkilməyə başlamışdır. 2005-ci ildə «Planet «Bakılı oğlanlar» «KVN» -teatrının artisti olmuşdur.

1990-cı ildə KVN —Şən və hazırcavablar klubunun dəfələrlə MDB çempionu adı qazanmış Azərbaycan komandası «Bakılı oğlanlar»ın(«Парни из Баку») oyunçusu, 2000-ci ildə isə «Çempionların Çempionları» Kubokunun sahibi olmuşdur.

1995-ci ildə özünün ilk kitabı — «Karikatura»nı dərc etdirmişdir. «Qorxuram çatdırmayam», «Günəşin tutulması», «Qeyri-adi qətl», «Mənim gənclik şəhərim» kitablarının, 10 toplunun —«Bəhramın lətifələri» , «Karikatura», «İrəli, Azərbaycan», iki cildlik «Mənim gənclik şəhərim», «Qadınlar nə deyir», «SSRİ: müsbət və mənfi cəhətləri», «Merə məktublar», « Bakının memarlığı: 2003-2015», «İçəri şəhər kinolentlərdə (1896-2016) », «Bakı məscidləri», «Azərbaycanfilm: aforizmlər və qanadlı ifadələr», «Mənim sevimli yeməklərim» və «Əbədiyyətlə bağlı İki şəhər» fotoalbomunun müəllifidir.

Filmoqrafiya: «Kənarda» (rej. V. Mustafayev, 1991), «Yuxu» (rej. F. Əliyev, 1994), « Dustaq» (rej. E. Cəfərov, 1995), «Hər şey yaxşılığa doğru» (rej. V. Mustafayev, 1997), «Yerlə göy arasında» (rej. V. Mustafayev, 1998), «Milli bomba» (rej. V. Mustafayev, 2000), «Yoxlama» (rej. V. Mustafayev, 2005), «Silah» (rej. A. Каsatkin, 2007), «Bremen musiqiçiləri» (rej. A. Абдулов, 1998), «Hanı vəkil ?» (rej. U.Könül, 2009), «İnsan» (rej. Ş. Mahmudbəyov), «Əmanət pullar» (rej. E. Мirabdullayev), «Üç qız» (rej. M. İbrahimbəyov), «Bir dəfə Qafqazda» (rej. C. İmamverdiyev), «Еhrаm TV» (rej. Ayaz Salayev), «Gorxma, mən səninləyəm! 1919» (rej. Y. Qusman), «Qırmızı sedan» (rej. Arzu Urşan), «Polkovnikin xəzinəsi » (rej. Fikrət Əliyev). Qısametrajlı filmlər rejissoru Emil Quliyevin «Robinzon və doqquz Cümə» (Gürcüstan-Azərbaycan). 1998-ci ildə isə özünün «Üç həyat» ilk sənədli və 2016-cı ildə «Ölülər» filmlərini (rej. T. İmanov) çəkmişdir.

 

Таtyana Ələkbərovа