Gürcüstanda  məmurların  pul  mükafatlarının  qalxma  yaxud  enməsinə  dair  məsələ  öz  aktuallığını  itirmir. Ölkədəki  ağır  iqtisadi  vəziyyət  fonunda  hakim  dairələrdə  vaxtaşırı “toqqaları  möhkəm  bağlamaq” çağırışları  eşidilməkgədir. Parlament  çoxluğunun  üzvü  Zakariya  Kutsnaşvili  bu  sözləri  həyata  keçirməyi  qərara  alaraq, məmurlara  premyalar  vermək  təcrübəsindən  imtina  etmək  üzrə  qanunverici  təşəbbüslə  çıxış  etmiş, intəhası  həm  müxalifətdən  olan  həmkarları, həm  də  hakim  koalisiya  üzvlərinin  narazılığı  ilə  qarşılaşmişdir.

Bu  təşəbbüsün  müzakirəsi  ötən  həftə  maliyyə-büdcə  və  regional  siyasət  üzrə  komitədə  keçmiş  və  dəstək  qazanmışdır. Təşəbbüs  qəbul  olunarsa, dəyişiklik  747 yüksəkvəzifəli  şəxsə  şamil  olacaq. Bunlar  əsas  etibarilə  məvacibləri  2000 laridən ($854) artıq olan  şəxslərdir. Kutsnaşvilinin  təklifinin  mahiyyəti  ondan  ibarətdir  ki, yüksək  rütbəli  dövlət  məmurları  1 yanvar  2016-cı  ilədək  yalnız  maaşla  kifayətlənib  premyalara  iddıa  etməsinlər. Onun  fikrincə, həmin  təşəbbüs  ictimaiyyətdəki  həyəcanları  bir  qədər  səngiyər  və  eyni  zamanda “kəmərləri  möhkəm  dartmaq” siyasətini  davam  etdirməklə  büdcədə  təxminən  4,5 milyon  lari (1,9mln. dollar) qənaətə  nail  olmaq mümkündür.

Kutsnaşvilinin  mövqeilə  maliyyə  naziri  Nodar  Xaduri  də  razı  deyil  ki, onun fikrincə  dövlət  xidmətində  çox  layiqli  adamlar  çalışır  və  onların  əməyi  layiqincə  qiymətləndirilməlidir.

Qeyd  edək  ki, bü  təşəbbüsün  müzakirəsində  xeyli  tənqid  səslənmişdir. Deputatlar  qeyd  etmişlər  ki, qanun  layihəsi  texniki  və  hüquqi  cəhətdən  özünü  doğrultmamış  və “Dövlət  xidməti  haqqında  qanun” normalarına  ziddir. Prosessial  məsələlər  və  qanunlar  üzrə  komitənin  iclasında  komitə  sədri  Giorgı  Kaxiani  bildirmişdir  ki, hökumət  dövlət  sisteminin  islahatlarını  planlaşdırır ki, orda  həmçinin  dövlət  məmurlarının  əmək  haqqları  məsələsinə  də  toxunulacaq. O, əlavə  etmişdir  ki,  bu  qanunvericilik  paketi  artıq  parlament  tərəfindən  qəbul  olunmuşdur.

“Mən  xalqla  şəxsən  təmasda  oluram  və  kütlələri  qıcıqlandırıb  əsəbləşdirən  başlıca məsələ odur  ki,  biz  öz  vaxtında  bu  naqis  irsi  dəyişməmişik. Görünür, siz  əhali  ilə  az  ünsiyyətdə  olursunuz”,- deyə  Kutsnaşvili  Giorgi  Kaxıanıyə  cavab  vermişdir.

Kutsnaşvilinin  təşəbbüsünə  “Vahid  milli  hərəkat” müxalif  parlament  partiyasının  üzvləri  də  reaksiya  göstərmişlər. Onların  fikrincə, Kutsnaşvili  nazir  və  xidməti  şəxslərin  onsuz  da  tam  maaş  ala  bilmədikləri  yerdə  kəsməyə  cəhd  göstərir.

Hərçənd  digər  tərəfdən, “Milli  hərəkat” nümayəndələri  vaxtilə  dövlət  məmurlarına  yüksək  pul  mükafatları  təsis  etməklə  böyük  səhvə  yol  vermişlər  ki, elə  buna  gorə  də  onun  altını  çəkirlər.

“Milli  hərəkat”ın  üzvü  Xatuna  Qoqorişvili  hesab  edir  ki, Kutsnişvilinin  qanun  layihəsinə  əsasən, qənaət  cüzi  olacaq.  “Hökumət mükafatlar üzrə qərar qəbul edəndən sonra  əslində hec kim  premya almamışdır, ancaq bu o demək deyil  ki, xərclər azalmışdır. Xərclər əvvəlkindən daha çoxdur, sadəcə olaraq məbləğlər necə deyərlər, “nadbavkalar”(əlavələr), həvəsləndirici  bəxşişlər  və s.  kimi ayrılırdı”,- deyə  Qoqorişvili  əlavə  etmişdir ki, onların  partiyası hər cür nadbavkalara (əlavələrə) qadağa qoymaq lehinədir.

Kutsnaşvilinin  təşəbbüsü həmçinin ölkə hakimiyyətinə  onların elə  həmin təşəbbüslə bağlı seçkiqabağı  vədlərini  xatırlatmağa  tələsən  bir sıra  ictimai-siyasi xadimlərin  birmənalı olmayan rəylərilə üzləşmişdir. “Xalq  əvvəlki  hakimiyyətin səhvlərindən  qəzəblənmişdir, odur ki,  bugünki  hakimiyyət öz  sələflərinin nöqsanlarını təkrar  etməməlidir”,- deyə təşəbbüsün  oponentləri  vurğulayırlar.

İctimaiyyətin  digər  hissəsi  ehtiyat  edir ki, hökumət  dövlət  məmurlarının mükafatlarını ixtisar etməklə onları alternativ yolların axtarışına   və  dövlət müəssisələrində korrupsiya əməllərinə sövq edir. Tarixçi  Serqo Vardosanidzenin  fikrincə, bu,  təhlükəli  addımdır. “İxtisar etmək lazımdır – demək pis deyil, təki  bunun  arxasında  dövlət  üçün böyük təhlükə gizlənmiş olmasın. Mən bəzilərinin məvacibinin  200,  digərlərinin isə 5000 lari olmasının tərəfdarı deyiləm. Lakin vəzifəli şəxsin maliyyə vəsaitlərinə əli asan çatırsa və biz onu istədiyini  götürməyin leqal  imkanından  məhrum ediriksə, bu, korrupsiyanın güclənməsini  təhrikləndirə bilər”, – deyə tarixçi qeyd etmişdir.

Kutsnaşvilinin  təşəbbüsünə  bir neçə  sözlə internet şəbəkəsinin  gürcü istifadəçiləri  də rəy bildirmişlər. Onların  əksəriyyəti  layihəyə  müsbət  qiymət verərək , onu son dövrün ən yaxşı  təklifi adlandırmışlar:  Çox adam aclıq  həddindədir, mən  bunu vicdan və ləyaqət işi hesab edirəm. İnsanlar aclıq  çəkərkən  məmurun premya almağa nə mənəvi, nə də insani hüququ yoxdur”.

Elələri də tapılır ki, onların fikrincə, əgər məmur öz işi ilə  mükafata layiq görülübsə, o həmin mükafatı almalıdır.

Radikalyönlü  vətəndaşlar arasında  baçqa fikir ifadə olunur: “Bu gün hakimiyyətdə ölkəni istismar edib, xalqın pulunu  mənimsəyən  banditlər peyda olmuşdur. İndi onlar  bu istər nadbavka, istərsə də mükafat adlansın, sözləri dəyişməyə cəhd göstərirlər ki, bunun nəticəsində nə dəyişə bilər ki?  Siz xəcalət  çəkməlisiniz, ancaq  çəkmirsiz, çünki vicdanınızı itirmisiz”.

“IDFI — İnformasiya azadlığının inkişaf institutu” (qeyri hökumət təşkilatı) necə deyərlər, ”toqqaların tarım çəkilməsi” siyasətinin 2015-ci ilin  birinci  kvartalında nazirliyin əmək kompensasiyasında  necə əks  olunduğu ilə maraqlanmışdır. Aydın olmuşdur ki, əksər hallarda  2014-cü ilin müvafiq dövrü ilə müqayisədə  yüksəkrütbəli  vəzifəli  şəxslərin  əmək kompensasiyası on,  bəzi  hallarda  isə hətta  yüz  dəfələrlə  artmışdır. IDFI-də belə düşünürlər ki, ölkənin dövlət müəssisələrində əməyin kompensasiya sistemi bir daha nəzərəçarpan tənzimləmə tələb edir. Bu gün biz premial sistemdən əlavəetmə sisteminə keçmə tendensiyasına malikik.